Sual
Başına hava gələn dövlətlər var,Bulandırır dünyanın havasını,Özünün bir çöpü itsə dünyanı dağıdar,Dağıdır min-min çöp bahasınabaşa gələn quşların yuvasını.
Özündə bir adam öləndə,Matəm günü elan edir.Tutmur, tutmaq istəmir,ancaq İraqda, Əfqanıstanda, Xocalıda,Qoşun-qoşun ölənlərin yasını.Görəsən elə bir oğul gələcəkmi dünyaya,Kəsə birdəfəlik xeyirlə şərin,Haqq ilə nahaqqın səngiməz davasını!
2010, 31 may
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-sual-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir