Dərd
Hər çiyin tab gətirməz,Ağır yükdü dərd daşı.Daşıyırsan, həyatdaKişi kimi dərd daşı.
Enər gözə çən kimi,Düşər saça dən kimi.Damla daş dələn kimi,Dəlib deşər dərd daşı.
Əzər-tikər qum eylər,Kotan çəkər, şum eylər.Dərd əridər, mum eylər,Sərt qayanı, sərt daşı.
Mərd yaşamaq gərəkdi,Sərt yaşamaq gərəkdi,Dərd daşımaq gərəkdi,Möhkəm dayan, mərd daşı.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-derd-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Türk dünyasının böyük şairi Nəcib Fazil*Qısakürəyin ruhuna ulu sevgilərlə*
Mənliksiz yaşamaq bir mənlik deyilSevgidən alışmaq peşəmdir mənim,Nifrətdən danışmaq, o, – mənlik deyil.
Qara sazın yaddaşıQəbrə köçmür, qəlbə köçür,qana köçür
Saza baxsın tariximi yazanlarBoy boylamaq, söz söyləmək adətim,Qulaq asın, yasım-toyum danışsın.
Başqa şairlərin şeirləri
Başına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Ana diliDil açanda ilk dəfə ana söyləyərik biz,"Ana dili" adlanır bizim ilk dərsliyimiz.
GöyçəninSiz eşidin vəsfi-halın söyləyim,Yaxşı camaatdı eli Göyçənin.