Düşünürəm
İldə bir yol fürsət tapıb, “ana” – deyib kəndə dönən,Ana üçün, bacı üçün şərbət olan, qəndə dönən,Əzizlənən oğul mənəm!Dönə-dönə nağılını, dastanını dinlədiyimBir insanın dodağında dastan mənəm, nağıl mənəm!Barmağıyla sığallanıb saçımdakı tumar mənim,Halal haqqı yaddan çıxsa, haqq gözümü yumar mənim!İldə bir yol getsəm beləBəlkə ildə min bir dəfə mən anamı düşünürəm.Ürəyimdən keçənləri gözlərimdən duyanımı,Qıyılmayan canı belə bala üçün qıyanımı,Gecə-gündüz şölə çəkib yanan şamı düşünürəm!O qüdrəti, o hikməti, o inamı düşünürəm!Neyləyibsə gözlərimdə yaz da, qış da şeirə dönüb,O şairi, o laylanı, o ilhamı düşünürəm!Eh... nə çıxar düşünməkdən,Qaralan ki deyil daha saçlarımda gördüyüm dən!!!
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-dusunurem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Tale yazdı, bəxt oyandı, gün doğdu,Dərgahında qonaq oldum Kəbənin.
Allahu ƏkbərYaxşı dinlə əzanı,Yaradanı, yazanı.
Açıldı üzümüzə Kəbənin qapılarıUlu bir ziyarətin yolunda zəvvar olduq,Allah bizim yarımız, biz Allaha yar olduq.
Çin səfəriArzusu tükənməz şair könlümün,İldə min tərəfə min səfəri var.
Başqa şairlərin şeirləri · İlahi eşq
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Vəfalı mənəmBilən bilir ki, məhəbbətdə haqq sədalı mənəmGözəl zəmanəmizin gərdişindən halı mənəm.
Fərman əlindədirSahildə aparmış məni əl boyda bir qayıq,Sahildə uzaqda qayıq ümman əlindədir.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.