Tanrının yaratdığı gözəlliyə baxıram,Yanaq çiçək, sinə qar, dil zərif, daş incədi.Görün yaradan Allah necə yoğurub, yapıb,Niyyət ulu, sevgi saf, əl təmiz, iş incədi.Nə vaxt baxırsansa bax, gözəl elə gözəldi,Gözəllik başdan-başa ilhamdı, düşüncədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq