Yenə, a Saraçlı, nə yandırırsan,Qəlbində sızlayan kamanınmı var?Sən ki ağ gündəsən, şükür Allaha,Üzünə gülməyən zamanınmı var?

Çöllərdə qızaran qanmı, laləmi,Hönkürək gözəlmi, gur şəlaləmi.Od olub yandırır ahın aləmi,Dağlardan çəkilməz dumanınmı var?

Zəlimxan, insanda o qüdrət hanı,Yolundan qaytara gedən karvanı,Torpağın qoynunda çürüyən canı,Yoxsa sağaltmağa gümanınmı var?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri