Ölməzlik
Bu izdiham, bu ləngər,bu çalxantı, bu axın,Torpağa candan əziz,Haqqa yaxından yaxın.Ürəyi həsrətinləbirgə döyündü xalqın,Vətənə sığmazlığınbu Vətəni böyütdü,Sən ölümü böyütdün,ölüm səni böyütdü.
Göstərdin bu millətəmillətə xidmət nədir,Göstərdin bu dövlətədövlətə hörmət nədir.Göstərdin insanlarainsana rəğbət nədir,Dən sünbülü bəslədi,sünbül dəni böyütdü,Sən ölümü böyütdün,ölüm səni böyütdü.Milyonların özüdübu axarın şahidi,Səni belə ucaldanTanrıdı, İlahidi.Tarix dedi MÖCÜZƏ ,zaman dedi DAHİDİ,Əbədi ünvan yerinməndə məni böyütdü,Sən ölümü böyütdün,ölüm səni böyütdü.
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-olmezlik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Məkkənin fəthi)(Ya Peyğəmbərl) Həqiqətən, Biz sənə
Ölümün də gözəl oldu həyatın kimi(Ya Peyğəmbərl Oğlun Qasim, yaxud İbrahimvəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli
Şairin ziyarətiPeyğəmbərin vida həccindən min üç yüz altmış üç il sonraZəlimxanın həcc ziyarəti
Onun üzü hörmətinəŞərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz(üz tutsanız), Allah oradadır. Şübhəsiz, Allah (öz
Başqa şairlərin şeirləri · Ölüm
بهر بیمار نوازی به من آئید همه
Yoxdu, yoxAğa, şikayətim var qulluğuna,Zərrəcə sözümdə yalan yoxdu, yox.
Gözəl yurdQafqas… O gözəl yurd, o müəbbəd* vətənimdir,Mən hürr olaraq doğdum o zümrüd yaxasında.
I. O çovğun bəlkə də çovğun deyildiTəbiətin üzü gör necə küldü,O qopan qiyamət sənin üçünmüş.