Dünya durmaz bir məqamda,dönər, haldan-hala düşər,Yorulanda karvanbaşıişi daldan-dala düşər.Ayaqları dolaşandabaşı qeylü-qala düşər,Bir xilaskar sorağıylaçırpınanda arzu, diləkSənin yerin görünəcək!Tərəzinin ağır gözüşərə doğru əyiləndə,Haqla nahaq savaşındahaqqın haqqı yeyiləndə,“Bir ədalət tərəfdarıgəlib çıxa” deyiləndə,Qarışanda bir-birinəinsan, şeytan, iblis, mələk —Sənin yerin görünəcək!

Keçir tarix, gedir zaman,dövran əldən-ələ düşür,Hava tez-tez dəyişəndəcanlara vəlvələ düşür,Yada hər vaxt Ustad düşür,Ozan düşür, Dədə düşür,Öz hökmünü həftədə birdəyişəndə çərxi-fələk —Sənin yerin görünəcək!

Bu tufanlar, qasırğalar,bu dalğalar susandımı?Müşkülləri, çətinləriasan etmək asandımı?Bu rahatlıq asanlıqlayurda qədəm basandımı?Qara yellər at oynadıb,yarpaqları töksə külək —Sənin yerin görünəcək!

Günəş varsa, çiskin, dumaninsanlığı boğa bilməz,Baxışlardan nur tökülər,kin-küdurət yağa bilməz,Anaların nə günahı,hər gün dahi doğa bilməz,“Oğul” deyib uzaqlaragöz dikəndə bir ağbirçək —Sənin yerin görünəcək!

Mini sevər, biri sevməz,mini anar, biri anmaz,Sənsizliyin həsrətindəmini donar, biri donmaz,Haqq bilir ki, ölər, ancaqhaqlı olan Haqqı danmaz,Həqiqətlər xatırlanıbanılanda yalan-gerçək —Sənin yerin görünəcək!

On il bizim aramızdaata-oğul məhəbbəti,On il bizim aramızdaürək-ağıl məhəbbəti,On il artıq bir əfsanə,şirin nağıl məhəbbəti,Nə vaxt məni vurmaq üçünbaşım üstdə çaxsa şimşək —Sənin yerin görünəcək!

Tariximin kökündə də,zatında da, əslində də,Bu dünyaya təzə gələnneçə-neçə nəslində də,Hər yüz ilin başında da,hər ilin dörd fəslində də,Hər il sənin ad günündə,may günündə,Sənin bizə ulu nemət,İlahinin pay günündə,Azərbaycan başdan-başaaçılanda çiçək-çiçək,Dünya dadlı, dünya gözəl,dünya şirin görünəcək,

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri