Qayğılar
Ömrüm boyu əl çəkmədi yaxamdan,Məni sıxan, məni əzən qayğılar.Həm qocaldı, həm də məni qocaltdı,Mən dözdüyüm, mənə dözən qayğılar.
Kar elədi, pambıq oldu qulaqda,Lal elədi, qıfıl oldu dodaqda,Şil elədi, qandal oldu ayaqda,Baş ağrıdan, ömür üzən qayğılar.
Üzə yaşı, gözə nəmi tanıtdı,Cana dərdi, qəlbə qəmi tanıtdı,Diri-diri cəhənnəmi tanıtdıQəbrə qədər mənlə gəzən qayğılar.
2002, 19 iyul
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-qaygilar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gəraylı: Ağalar, biwəfa yardan
Ağalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Olsaydı əlimdə mənim ixtiyarOlsaydı əlimdə mənim ixtiyar,Qəlbimi qoymazdım çəksin intizar,
Danko kimiVurğun, indi bizə elə gərəkdinQasırğa önünü kəsən dağ kimi.
MiçəkQurdum hər cür torumu, vermədi fayda miçəkə,Sataşır gündə gözüm xörəkdə, çayda miçəkə,