Yaxınlıq.
Qəlbimin, ruhumun aynasındasan,Bağrımın başıtək yaxınsan mənə.Nur səndə, qaş səndə, üzük məndədi,Üzüyün qaşıtək yaxınsan mənə.
Ömrün ağrısı mən, acısı sənsən,Dərdin qardaşı mən, bacısı sənsən.Gözümdən tökülən acı su sənsən,Gözümün yaşıtək yaxınsan mənə.
Sevgimsən, yaşayır hər bəla səndə,Ər dözüm məndədi, kür bəla səndə.Baş məndə, başkəsən Kərbəla səndə,Başımın daşıtək yaxınsan mənə.
2004, noyabr
Kitabxana.az · https://kitabxana.az/works/zelimxan-yaqub-yaxinliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Gəraylı: Ey fələk, gündən artıqEy fələk, gündən artıq,Bu gözəlin cəmalı var,