Səni oyadım deyəPəncərənə daş atdım.Ah, şüşə niyə sındı,Mən ki lap yavaş atdım.

Bu sevgi şıltaqlığıQırdı tökdü şüşəni.Kim təmkinli görübdüEşq oduna düşəni.

Sənə olan istəyimYanar oddu, kül deyil.Sındırdığım şüşədir,Yaxşı ki, könül deyil!!!

1975, 5 yanvar

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq