Çiynimə bir əl toxundu...Yox, əl deyil, yaxşı bax,Payızın son meyvəsi –Qıpqırmızı bir yarpaq!

Mən yarpağa nəzər saldım:Şaxta vurmuş, gün döymüş,Çöhrəsi damar-damar.Yerdən, göydən soruşdum,Dedim səhər yelinə:– Burada nə hikmət var?Deyin, neçin bənzəyirYarpaq insan əlinə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri