این بنده یوسف ابن‌عبدالله مختصراً شرح حال خود را به مطالعه‌کنندگان این کتاب بیان می‌نماید: مسقط‌الرأس [من] دهخوارقان از محال تبریز است. چون عموی بنده در تبریز سکنی داشت، پدرم مرا به تبریز برده در نه سالگی به عم بزرگوار سپرد که به مکتب بگذارد، در سایهٔ او تحصیل علوم دینیه نمایم. هشت سال در دبستان محله خوانده و چهار سال هم در مدرسه در سلک طلاب منسلک بوده صرف و نحو را به اتمام رسانیده، خط نستعلیق را خوب می‌نوشتم. در بیست سالگی، پدر مرحوم را استطاعت مصارف تحصیل بنده نمانده آمده و مرا از مدرسه در خدمت خود به تفلیس برد. یک سال در آن‌جا اقامت نموده، بعد از مرحوم پدر استدعا نمودم که مرا مرخص نماید به اسلامبول روم. اذنم داد. به اسلامبول رسیده با یک نفر همشهری اتفاق ملاقات افتاد.

بعد از پرسش حال گفت: «اسلامبول جای آدم بی‌سرمایه نیست. بهتر این است برویم به مصر.»

به خیال او عمل کرده به مصر آمدم. دو سه ماهی به قدر قوه در تحصیل رزق مقسوم سعی نمودم؛ تا این‌که شنیدم حاجی... پدر ابراهیم‌بیگ را نویسنده‌ای لازم است؛ رفتم پیشش، بعد از امتحان قبولم نمود و به کتابت آن مرحوم مشغول بودم - هنوز تولد ابراهیم‌بیگ نشده بود - بعد از چند ماه خلاق عالم به حاجی مرحوم، ابراهیم‌بیگ را عطا فرمود و جناب حاجی به بنده آن‌قدر میل و محبت به هم رسانید که برادر و داداش خطابم می‌کرد. تا این‌که ابراهیم‌بیگ هشت ساله شد. به مکتب گذاشته عربی و فرانسوی و انگلیسی خواند ولی تعلیم فارسی و مشق نستعلیق را بنده در عهده نمودم تا کار به جایی رسید که غیر از تعلیم و تربیت ابراهیم‌بیگ بنده را شغل دیگر رجوع نمی‌شد و یک نفر نوکر مخصوص، مرحوم حاجی برای خدمت بنده تعیین کرده، از هر جهت اسباب آسایش و استراحت برای بنده حاصل شد و بسیار جهد کردند که بنده تأهل ورزم؛ ابا و امتناع نمودم. ولی در خانه مختار کل بودم. کسی با من رجوع نداشت. عشق و محبت من منحصر در تربیت این جوان بود. من ادعا نمی‌کنم که ابراهیم‌بیگ را من تربیت کردم، خیر، آن جوان فطرتاً مستعد و قابل بود، او را خلاق عالم به قدرت کامله خود قابل و کامل و با تربیت آفریده بود. چنانچه در حسن اخلاق و آداب محاوره و مکالمه و شرم و حیا و تواضع و فروتنی بی‌نظیر بود؛ در حسن و جمال، قد و قامت، چشم و ابرو، خط و خال، رفتار و گفتار، ملاحت و صباحت یوسف زمان خود بود.

به قامت چو سرو و به عارض چو ماه به فهم و فراست قوی دستگاه

هزاران زنان و دختران مصری، زلیخاسان مفتون جمال این عزیز مصر بودند و همه در کمین نشسته که اگر فرصت یابند پیراهن عصمتش را چاک زنند و حال آن‌که این جوان پاک‌دامن ابداً از آن عوالم خبری نداشت.

Nökəriniz Yusif Abdulla oğlu öz tərcümeyi-halını müxtəsər şəkildə bu kitabın oxucularına nağıl edir:

Doğulduğum yer Təbrizin rayonlarından olan Tufarqan qəsəbəsidir. Əmim Təbrizdə sakin olduğuna görə, atam məni doqquz yaşımda Təbrizə aparıb hörmətli əmimə tapşırdı ki, məktəbə qoysun. İstəyirdi onun nəzarəti altında dini elmləri öyrənim. Səkkiz il məhəllə məktəbində oxudum, dörd il də mədrəsədə tələbələr sırasında əyləşib sərf-nəhvi öyrəndim.

Nəstəliq xəttini də yaxşı yazırdım. İyirmi yaşıma çatdıqda mərhum atam təhsil xərcimin öhdəsindən gələ bilmədi. Məni mədrəsədən çıxarıb, özü ilə birlikdə Tiflisə apardı. Orada bir il qaldıq. Sonra mərhum atamdan İstambula getmək üçün icazə istədim. İzn verdi. İstambula getdim. Orada bir həmvətənliyə rast gəldim. Əhvalımdan xəbərdar olduqdan sonra dedi:

“İstambul sərmayəsiz adamın yeri deyil, yaxşısı budur ki, Misrə gedək.”

Onun dediyinə qulaq asdım. Misrə gəldim. İki-üç ay ruzi qazanmaq üçün çalışdım. Günlərin birində mənə dedilər ki, İbrahim bəyin atası Hacı ... yə bir mirzə lazımdır. Yanına getdim. Məni sınayandan sonra işə götürdü, o mərhumun mirzəsi sifətilə işə başladım. İbrahim bəy o vaxt hələ anadan olmamışdı. Neçə aydan sonra pərvərdigar İbrahim bəyi mərhum Hacıya bağışladı. Hacı cənabları mənə o dərəcədə məhəbbət göstərib hörmət eləyirdi ki, "qardaş və dadaş" deyə məni çağırırdı.

İbrahim bəy səkkiz yaşına çatdı. Onu məktəbə göndərdilər. Orada ərəb, fransız və ingilis dillərini öyrənirdi. Lakin fars dilinin təlimi və nəstəliq xəttinin məşqi mənim öhdəmdə idi. İş o yerə gəlib çatdı ki, İbrahim bəyin təlim və tərbiyəsindən başqa mənə ayrı bir iş tapşırmadılar. Mərhum Hacı mənə xidmət etmək üçün xüsusi bir nökər təyin etdi. Rahatlıq və asayiş şəraiti hər bir cəhətdən mənim üçün təmin edilmişdi. Çox üz vurdular ki, evlənim. Lakin mən boyun qaçırdım. Evin bütün ixtiyarı mənim əlimdə idi, heç kəs mənə toxunmurdu. Bütün eşqim və məhəbbətim yalnız bu cavanı tərbiyə etməkdən ibarət idi. Elə bir iddiada ola bilmərəm ki, İbrahim bəyi mən tərbiyə etmişəm. Yox, o cavanın özü təbiətən istedadlı və qabiliyyətli idi. Dünyanı yaradan onu ağıllı, kamallı, tərbiyəli yaratmışdı. Gözəl əxlaqda, şirin söhbətdə, təvazökarlıqda, həya və ismətdə heç kəs ona tay ola bilməzdi, qədd-qamət, qaş-göz, məlahət və gözəllikdə öz zəmanəsinin Yusifi idi.

Qaməti sərv idi, rüxsarı bir ay,

Fərasət, hünərdə olmaz ona tay.

Əsl-nəcabətdə misilsiz insan,

Bütün xasiyyəti ürəyəyatan.

Minlərcə misirli qızlar, qadınlar Züleyxa kimi bu Əzizi-Misrin camalına məftun olub, həya köynəyini parçalamaq üçün fürsət dalınca gəzirdilər. Ancaq bu pak vicdanlı cavanın və ətrafında baş verən hadisələrdən heç xəbəri yox idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Səyahətnamənin mətni, 6

“Bu gün Şah Əbdüləzimin ziyarətinə gedəcəyik. Gecəni də bir yerdə qonaq olacağıq.”Yusif əmi soruşdu:

18 dəq
Səyahətnamənin mətni, 7

Səhər tezdən durub namaz qıldıqdan, çay içdikdən sonra bir para xəyallar məni özünə məşğul eləməyə başladı. Gecə bəzi qarışıq yuxular görmüşdüm. Dəstədən dörd saat keçmiş Məşədi Həsəni uzaqdan gördüm. Pilləkanları çıxıb mənzilə gəlmək istəyirdi.Dedim:

28 dəq
Səyahətnamənin mətni, 8

Xülasə, o hadisə zamanı aldığım zərbələr üzündən iki-üç gün bayıra çıxa bilmədim. Dördüncü gün Hacıxan məni yoluxmağa gəldi. Amma onun aşpazı Qulaməli o vaxt gördüyümün əksinə olaraq təmiz, təzə paltar geymişdi. Başına təzə yumurta qılıqlı papaq qoymuşdu. Belinə xəncər taxmışdı. Mahud əba örtüb Hacıxanın arxasında dayanmışdı. Hacıxan məni zəif, solğun gördükdə soruşdu:“Olmasın azar, nə xəbərdir? Bu gün Məşədi Həsən əhvalatı mənə söylədi. Dedi ki....”

17 dəq
Səyahətnamənin mətni, 9

Günün batmasına yarım saat qalmış möhtərəm cənab rəsmi geyimlə qapıdan içəri girdi.“Bağışlayın, vaxt azdır, namazımı qılım gəlim,” -- dedi və getdi. Azan səsi təzəcə ucalmışdı ki, yenidən qayıtdı. Rəsmi geyimini dəyişmişdi. Ağ tirmədən tikilmiş gözəl paltar geymişdi. Salam verdi. Yerimdən qalxıb əlindən öpdüm. O da mənim alnımdan öpüb əyləşdi. Buyurdu:

13 dəq

Başqa şairlərin şeirləri