İbrahim bəyin əhvalatı
اهل خانه عبارت از ابراهیم و والدهٔ مکرمهٔ او و خواهر کوچک وی که دوازده ساله است (الملقبه به سکینه خانم) و یک دختری که در شش سالگی به نام چرکس خریدهاند.
در عثمانی و عرب اینجور جاریه گذاردن رسم است که در خردسالگی خریده تربیت مینمایند. بعد مثل اولاد به شوهر میدهند. بعضی برای خود یا فرزند خود تزویج مینمایند. نام اصلی این دختر معلوم نیست ولی خانم بزرگ به این دختر «محبوبه» نام نهاد. این محبوبه زیاد با فهم و فراست، با هوش بود. در اندک زمان تحصیل کمال بسیار کرد. بعد از اکمال درس به مکتب دیگرش نهادند. طباخی و خانهداری یاد گرفت. از آن مکتب هم آراسته و پیراسته درآمد. بعد خانم معلمه آورد در خانه علم موسیقیاش آموخت - چنانچه در این زمان رسم است از برای خواتین تربیتشده این فن تا درجهای لازم و ملزوم واقع شده. محبوبه را از چهارده سالگی خانم آزاد نمود و عنوان خانمی داد و به جمیع اهالی خانه از اولاد و خدام غدغن اکید شد که کسی بی لفظ خانم اسم محبوبه را نیاورد، یا «خانم کوچک» بگویند. معلوم است خیال خانم بزرگ از این ترتیبات آن بود که او را تزویج به ابراهیمبیگ نماید. چه در مصر کمتر وجیههای [مانند او] یافت میشد بلکه نادرةالامثال بود؛ و اگر محبوبه خانم را به زوجیت دیگری میدادند، لایق همسری شاهزادگان بزرگ بود.
ظاهر است که در مصر و اسلامبول جفت غالب شاهزادگان دختران چرکس است که تعلیم و تربیت یافتهاند. محبوبه خانم به غیر از وجاهت و معرفت، کمال ممتازی را در طبقهٔ زنان به تعصب و محبت ایرانیان داشت؛ گویا تعصب ابراهیمبیگ در قلب او هم سرایت نموده بود. با تمام اهالی ایران مهربان، چنانچه در خردسالگی هر وقت در خانه را میزدند، میرفت پشت در و در را میکشاد؛ اگر عجم بود از لباس و صحبتش معلوم نموده میگفت: «بسمالله بفرمایید» او را آورده در اتاق بیرونی مینشانده به اندرون خبر میآورد. اگر عرب و عثمانی بود، در را میبست و میپرسید که «کیستی و چه کار داری؟» تا مطلب را معلوم میکرد و به اندرون خبر میآورد. ولو اینکه پاشای عرب بود، با این وضع با او رفتار مینمود. همه به حال این دخترک میخندیدند. در ایرانخواهی مشهور شده بود.
الحاصل در میان مردم شایع بود که این محبوبه، محبوبهٔ ابراهیمبیگ خواهد شد. لهذا از جای دیگر جسارت خواستگاری نمیکردند و خود محبوبه هم این فقره را فهمیده بود که عشق میورزید. هیچوقت ندیدم که محبوبه محبوب خود را ببیند و رنگ رخسارش مانند گل سرخ نشکفد ولی ابراهیمبیگ از این عوالم دور بوده ابداً خبر از این مقدمات نداشت. این محبوبه هجده ساله بود که ما سفر ایران کردیم و مسعود نام غلام سیاه را حاجی در ده سالگی خریده در وقت رفتن به مکهٔ مکرمه آزاد کرد و با خود به مکه برده حاجی مسعود شد و خدمتکار صادق و کاردانی بود؛ که گویا اصل عائله عبارت از ابراهیمبیگ، والدهٔ معظمهاش حاجیه خانم، خواهر مکرمهاش سکینه خاتون، حاجی مسعود، محبوبه خانم و بنده بودم. باقی خدمه از زن و مرد، چند نفر مواجبخوار بود که گاهی بعضی تبدیل و بعضی دایمی بودند، هر کدام به موجب پاکفطرتی مکافات مییافتند. این قدر شرح و بیان از خانوادهٔ ایشان کافی و خوب است، رجوع به اصل مقصد شود.
Ailə üzvləri İbrahimdən, onun hörmətli anası və Səkinə adlı on iki yaşlı bacısından ibarət idi. Çərkəz adlı bir qızı da altı yaşında tapıb öz evlərinə gətirmişdilər.
Osmanlı və ərəb ölkələrində belə bir qayda vardır ki, bir qızı uşaq yaşlarında alıb tərbiyə edir, sonra da onu öz doğma uşaqları kimi ərə verirlər. Bəziləri də özləri alır və ya uşaqlarına ərə verirlər. Qeyd etdiyimiz qızın da əsil adı məlum deyildi. Ancaq böyük xanım bu qızın adını Məhbubə qoymuşdu. Məhbubə olduqca fərasətli, qabiliyyətli, huşlu bir uşaq idi. Az müddət içərisində çox şey öyrəndi. Dərsini oxuyub başa çatdırandan sonra onu başqa bir məktəbə qoydular, orada aşpazlıq, evdarlıq qaydalarını öyrəndi, həmin məktəbdən də yaraşıqlı çıxdı. Sonra xanım evə bir musiqi müəlliməsi gətirdib ona musiqi öyrətdi. Bu dövrdə dəb olduğu kimi, bu fənni bilmək tərbiyəli qadınlar üçün müəyyən dərəcədə lazım idi.
Məhbubə on dörd yaşına çatdıqda xanım onu kənizlikdən azad edib, "xanım" ləqəbi verdi, bütün ailə üzvlərinə və nökər-külfətə də qəti şəkildə tapşırdı ki, heç kəs Məhbubənin adını "xanım" sözü əlavə etmədən dilinə gətirməsin, ya da hamı ona "balaca xanım" desin.
Məlumdur ki, bu kimi göstərişlərdən böyük xanımın məqsədi Məhbubəni İbrahim bəyə almaq idi. Çünki bütün Misirdə onun kimi gözəl bir qız tapmaq çətin idi. Əslində o, çox nadir vücud idi.
Məhbubə xanımı başqa bir adama ərə vermək istəsəydilər, onda o, görkəmli şahzadələrin arvadı olmağa layiq idi.
Bu da məlumdur ki, Misirdə və İstambulda əksər şahzadələrin arvadı təlim alıb, tərbiyə olunmuş çərkəz qızlarındandır. Məhbubə xanım misilsiz gözəlliyə və mərifətə malik olmaqdan başqa, iranlılara dərin məhəbbət bəsləməsi, onların təəssübünü çəkməsilə də qadınlar arasında müstəsna bir yer tuturdu. Elə bil ki, İbrahim bəyin təəssübü onun da ürəyinə yol tapmışdı. Bütün iranlılara mehribanlıq göstərirdi, belə ki, hələ kiçik yaşlarında ikən qapı döyüldükdə gedib açardı, qapını döyən iranlı olsaydı, onu həmin adamın danışığından, geyimindən sezib deyərdi:
"Bismillah, buyurun içəri". Onu gətirib biruni otaqda əyləşdirər, sonra əndəruna xəbər gətirərdi. Gələn ərəb və ya Osmanlı olsaydı, qapını bağlayıb: "Kimsən, nə istəyirsən?" -- deyə soruşar və məsələni aydınlaşdırıb, əndəruna xəbər gətirərdi. Gələn ərəb paşası olsaydı, elə onunla da bu cür rəftar edərdi. Bu xırda qızın davranışına hamı gülərdi. Doğrudan da, iranpərəstlikdə ad qazanmışdı.
Əlqərəz, camaat arasında belə bir xəbər yayılmışdı ki, Məhbubə İbrahim bəyin məhbubəsi olacaqdır. Ona görə də başqa yerdən ona elçiliyə getməyə cəsarət göstərmirdilər. Bu məsələni duymuş olan Məhbubənin özü də İbrahim bəyə vurulmuşdu. Bir dəfə də olsun görməmişdim ki, öz sevgilisini gördükdə Məhbubənin sifəti qızıl gül kimi açılmasın. Ancaq İbrahim eşq aləmindən çox uzaq idi. Onun bu xəbərlərdən xəbəri yox idi.
Biz İran səyahətinə çıxanda Məhbubə on səkkiz yaşına qədəm qoymuşdu. Hacı vaxtilə Məsud adlı on dörd yaşlı bir qara qul da almışdı. Məkkə ziyarətinə gedərkən onu azad elədi, özü ilə Məkkəyə apardı və o "Hacı Məsud" oldu. Olduqca sədaqətli, bacarıqlı və vəfalı bir xidmətçi idi. Deməli, ailə üzvləri -- İbrahim bəy, onun möhtərəm anası Haciyə xanım, əziz bacısı Səkinə xanım, Hacı Məsud, Məhbubə xanım və bəndədən ibarət idi. Qadınlı-kişili bir neçə qulluqçumuz da var idi ki, bəziləri dəyişilir, bəziləri də daimi idilər. Onların hər birisi göstərdikləri xidmətlərinə görə mükafatlanardı. İndi İbrahim bəyin ailəsi haqqında bu məlumatı verdikdən sonra, yaxşısı budur ki, əsil mətləbə keçək.
Kitabxana.az · https://kitabxana.az/works/zeynalabdin-maragayi-2-ibrahim-beyin-ehvalati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gecədən üç saat keçirdi. Səccadənin başında məni yuxu tutdu. Yuxuda gördüm ikindi çağıdır. Gündəki adətim üzrə qəbristanlığa ziyarətə gedirəm. Şəhərdən çıxdım. Uzaqdan bir nəfərin qəbristanlıq tərəfdən gəldiyini gördüm. Yaxınlaşdıqda onu tanıdım. Kor şeyx Qədir idi. Elə yuxu aləmində düşündüm ki, şeyx Qədir iki il bundan əvvəl vəfat eləyibdir, bu o ola bilməz. O, iki il bundan qabaq atlara qoşulan tramvaydan düşüb yıxıldı, elə oradaca vəfat elədi. Çox vaxt olur ki, tramvayda adam ayaq üstə durur, ya da tələsib, gedə-gedə özünü bayıra tullayır. Bu kimi vaxtlarda təhlükə ehtimalı olur. Bu yazıq da tramvay dayanmamış düşmək istərkən yerə yıxılıb, daha ayağa dura bilməmişdi.Həmin şəxs bir qədər irəlilədi, gördüm şeyx Qədirin özüdür. Haman əbası və əmmaməsi, bir əlində əsası, o biri əlində təsbihi var idi. Mənə yaxınlaşan kimi salam verdim, əleykəssəlam cavabını eşitdim. Məndən soruşdu:
Yusif əminin yuxusu, 2Dedim:“Bəs bu uzun məsafəni necə keçib yuxarı qalxacağam?”
Yusif əminin yuxusu, 3edərdik.Yox mənim səbrim, məni öz yanına dəvət elə,
Yusif əminin yuxusu, 4Ayılandan sonra məni əvvəlkindən daha bərk ağlamaq tutdu. Səhər istədim yuxumu Haciyə xanıma nağıl eləyim. Düşündüm ki, dərdini bir daha təzələrəm, yarasını qoparıb duz səpmiş olaram. Çünki bu kimi sözlər müsibəti yada salır, möhnətin, qəmin, kədərin artmasına səbəb olur.Gün çıxandan sonra qəbiristanlığa tərəf yola düşdüm. Gözlərimdən ürək qanı axıdıb, məzarın torpağını islatdım. Doyunca ağlayandan sonra Mirzə Abbasın evinə gedib yuxumu söyləmək istədim. Gördüm Hacı Təbrizi, Rza xan mazandaranlı da oradadırlar. Dünən Firəngistandan gəlmişdilər. İstəyirdilər Haciyə xanıma başsağlığı vermək üçün bizə gəlsinlər.