Abdulla Shaig: For children
Böyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?
Uşaq bağçasıSəhər bağça şənlənir,Bir-bir uşaqlar gəlir.
Məktəblilər marşıBiz maarif cəbhəsininAlnı açıq əsgəriyik.
PionerləTəbiət canlanır, bahar çağıdır,Bağçalar, yamaclar çiçəklənmədə.
Ana yurdumÇöllərindir şən,Hər yerin gülşən.
Kiçik qəhrəmanAzayın atası Böyük Vətən müharibəsinin lap birinci ilində əsgər getmişdi. Anası da dəmir yolunda işə düzəlmişdi. Atasının ayrılığı Azaya çox təsir edirdi, onu hər yadına salanda faşistlərə lənət oxuyurdu.Bir gün Azay yuxudan həyəcan içində oyandı. Çox halsız və nəşəsiz idi. Anası oğlunun bu vəziyyətindən narahat oldu:
Vətən nəğməsiÇağırır Vətən,İstəyir kömək.
Bahar(Mahnı)Sevin ey çöl, ey orman,
Tonqal(Mahnı)Bir qırmızı güldür tonqal,
Tülkü və dəvəDəvə otlaya-otlaya,Kənddən bir az uzaqlaşdı.
Övlad qayğısıUşaq idim, yadımdadır, yaz idi.Şıltağım bu cahana sığmaz idi.
VətənSən ey gözəl vətənim,Yurdum, yuvamsan mənim,
Bahar bayramıEy səməni, saxla məniHər il göyərdərəm səni.
Sən güləndəSən güləndə ellərəAl günəşli yaz gəlir.
Zəfər nəğməsiSevin, sevin, ana Vətən!Təslim oldu zalım düşmən.
Qışın nəğməsiSaqqalı ağ, saçı ağ,Əlində zorba çomaq
Usta BəxtiyarBir gün öz taleyindən razı olan zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. Qoca vəzirinin bu söhbətlərdə iştirak etmədiyini hiss edincə şahın əhvalı pozuldu, vəzirin bu söhbətlərə münasibətini bilmək məqsədilə soruşdu:– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?..
BostançıYayın üzüm, əncir bişirən qızğın günlərindən biri idi. Günəş göydən qum üzərinə alov saçdıqca yer qorlu külə dönür, istidən nəfəs almaq olmayırdı. Zəhra qarı istidən qaçıb bir əncir ağacı kölgəsində uzandı. Bir az sonra yuxuya getdi. Oyandığı zaman günəş yavaş-yavaş əyilirdi. Yatdığı yerdən qalxıb oturmaq istəyirdi ki, sinəsində soyuq bir şeyin hərəkət etdiyini duydu. Tez əlini sinəsinə aparıb onun nə olduğunu bilməyə tələsdi. Əli köksü üzərində qıvrılıb yatmış ilana dəyər-dəyməz: “Vay, ilan!” deyə, dəli kimi bağırdı və həyəcanlı halda sinəsi ilə ilanı yerə atmaq istədi. Ancaq ilan da vaxtında öz işini görmüşdü. Zəhra qarı oyananda o da oyanmış, onun qışqırığı ilə ilanın sancıb qaçması bir olmuşdu.Balaca Səməd nənəsinin bağırtısını eşidincə əvvəlcə qorxub dayandı, sonra bir az özünə ürək verib, irəli gəldi. Bu zaman ayaqları ucundan bir ilan fışıltı ilə qaçıb yox oldu. Səməd onu görüncə qaça-qaça gəlib evdəkiləri xəbərdar etdi.
Üç itLaçın bacısı Tərlan ilə həyət bağçasının yanında oturub səssizcə beşdaş oynayırdılar. Oyunu bu dəfə Laçın qazanmışdı. Tərlan əlini yerə qoyur, Laçın daşı havaya atıb Tərlanın əlini əli ilə vurduqdan sonra daşı tez havada tuturdu. Tərlan əlini çəkərək dedi:– Ay insafsız, mən səni udanda belə bərk vururdum?
BaharUğur olsun, gözəl bahar!Səni ellər çox arzular.
Kolxoz bağındaBaharda, yay çağında,Bizim kolxoz bağında
İdman nəğməsiBiz gənclər, biz məktəblilər,Hər işdə göstərək hünər.
Timsah ovuGünəş tovuz qanadlarını Nil çayı sahillərinə çətir kimi açmış, quşlar xurma, limon və portağal ağaclarında səhər şənliyinə başlayaraq, budaqdan-budağa atılır, yeni doğmaqda olan günəşi şən nəğmələri ilə salamlayırdı. Səid, oğlu Nail ilə xurma ağaclarının quru budaqlarını kəsib yerə atırdılar. Bu zaman arvadı Zəhra aşağıdan səsləndi:– Səid, qapıya arşın malçı gəlmişdir, pul ver, Naziləyə paltarlıq üçün üç arşın çit alım.
Çalışan qazanarYaydı, isti bir gün idi,Ağaclar çox ölgün idi.
Tags are assigned automatically from keywords and refined by editors.