Görmədim
Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,Bən hənuz əsla cəfadən başqa bir şey görmədim.
Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq,Həp visali daima təqib edər bir ayrılıq,Söyliyorlar: “Daim zevqi-səadət var”, yazıq!Seyr edib boş iddiadən başqa bir şey görmədim.
Gördüyüm hər müztərib simayə duydum mərhəmət,Yarə, həm əğyarə yar oldum da, sevdim bicihət;Aşina zənn etdiyim hər yüzdə heyhat!.. AqibətBoş təməllüqdən, riyadən başqa bir şey görmədim.
Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir.Hər səadət rühü oxşar pək sönük bir şölədir.Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir...Görmədim, əsla bəladən başqa bir şey görmədim.
Kitabxana.az · https://kitabxana.az/en/works/cavid-gormedim
Use ← → keys to move, R for a random poem
More by this author
Səhnə ilk pərdədə olduğu kibi ixtiyar şeyxin çardağını – qülbəsini göstərir. Şeyx dışarıda, çardağın altında təsbih çəkərək dalıb getmiş...Son bahar, öylə, sisli hava...
Dördüncü pərdəOrmanda bir cığır... Ətrafda iki-üç kötük, qüruba yarım saət var. Pək uzaqda həzin bir ahənglə bir qədər ney, yaxud çoban düdüyü çalınır. Sonra ağacların arasından silah və qurşunlar quşanmış köylü türk qiyafətində iki haydut çıqar.B i r i n c i h a y d u t
KnyazƏ Ş X A SK n y a z – yucaboylu, qarasaçlı, məğrur baqışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında.
Birinci pərdəTiflisdə ətrafı yeşillik, çiçəklərlə süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi… Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası… K n y a z ağ əlbisə geyinmiş, milli qıyafətdə, ağ qalpağını sandaliyə üzərinə bıraqmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zevq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qıyafətli Ş a k r o ilə M a r q o da bəzən yardım edər. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir tövrilə Solomona.*K n y a z
Poems by other poets · Love
Məcnunsuz çöllərin Leylisiyəm mən,İtkin yarm sorağına düşmüşəm.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Dağıt o əyri qaşın üstə zülfi- qarə, yerDağıt o əyri qaşın üstə zülfi-qarə, yeri,Vuranda qeybəti-kübradə zülfüqarə yeri.