Contents
  1. Müqəddımə
  2. Birinci hissə
  3. Azərbaycan və sərhədi
  4. Aran
  5. Bakı dənizi
  6. Bakı
  7. Dərbənd
  8. Şirvan
  9. Şamaxı
  10. Şəki (nuxa)
  11. Gəncə
  12. Bərdə
  13. Qarabağ
  14. Rəvan
  15. Naxçıvan
  16. Muğan
  17. Təbriz
  18. Ərdəbil
  19. Marağa
  20. İkinci hissə
  21. İqtisadi azərbaycan
  22. Neft
  23. Mis (baqer)
  24. İpək
  25. Pambıq
  26. Yun və xalı
  27. Balıq və kürü
  28. Hamiş

Page 3 of 13 · 15%

Bakı

Bakuyə-Badku-Badkubə-Bakı rus axınına qarşı İran şahı Dara tərəfindən yapılmış bir qələ olduğu rəvayət olunur. Məsudi qövlüncə Bakının yanında yanar dağlı cəzirələr var imiş. Hind atəşpərəstləri “Baku” dedikləri əvvəl bu cəzirələrdən ibarət imiş. Ehtimal ki, şəhər də adını buradan almış. Çünki “Baku” hindu dilində cəzirə deməkdir.

Başqa bir qövlə görə “Baqu” kəlməsi hind lisanlarından “Keçərate- qədim” dilində “həqiqətə doğru” mənasını ifadə edirmiş.

Şəhərin qədim təsvirinə ətraflı olaraq yalnız Övliya Çələbi “Səyahətnamə” sində rast gəlirik. Ərəb coğrafiyunları oranın neft və vulkanları lə maraqlanmışdılar.

Osmanlı səyyahı Bakı haqqında böylə yazır: “İç qələsinin qərbə nazir bir qapısı vardır. Hədidi-Naxçivanidəndir. Mühiti yeddi yüz addımdır. Yetmiş qələ, altı yüz bədəndir. Divarının qəddi qırx zira, makidir.

Qaya üzərində olduğundan xəndəyi yoxdur. Dəruni-qələdə torpaq örtülü yetmişə qədər əski ev vardır. “Heydər Şah Camesi” namilə bir də came varsa da, minarəsizdir. Xan, həmmam və sairdən nişan yox. Lakin dərya kənarındakı ribatəzimi minə qədər evli, bağ və bağçalı, came, xan və həmmamlı çarşı və bazarlı bir şəhər məmurdur ki, üç tərafi sud ilə mühafizə olub, üç qapısı var. Şimala açılır. Gilan qapısı, cənuba Babül-əbvab qələsi qapısı, qərbə ləbi-dəryada liman qapısıdır.

Bu ribatdan yeddi ədəd böyük minarə görülməkdə idi. Üç həmmamı varsa da, “Mirzə xan” həmmamı qayət xoşdur. Çarşı və bazarı o qədər müzəyyən deyilir. Lakin Moskov sərhədi olduğundan Şahsevən, diz çökən əsgərləri vardır.

Şirvan əyalətində başqaca xanlıqdır ki, üç min əsgər və on iki hakimi vardır. Başqaca qazisi və yeddi nahiyəsi vardır. Bir kaç kərə Moskov qazağı qarşı Idil nəhrindəki şaykələr ilə gəlib, Gilanı və Bakı nahiyələrini zəbt və qarət etmişdir. Çünki qarşı tərəfi üç yüz mildə Moskov diyarıdır. Hətta o sənə bu qələyi Özdəmirzadə fəth etmiş, içində osmanlılardan Qubad paşa hakim ikən əcəmin təşviqi ilə Moskov qazağı gəlib Bakı qələsini mühasirə etmişsə də, onlarla bərabər əcəmlər dəndan-itiğdən keçirilmişdir. Hala cəmikləri sahili-bəhrdə bir püşteyi-ali üzərində durur. Şəhərin havası sahilcədir. Çünki qəzalarında pirinç, kətan, bağ, bostan hasil olur. Lətif pənbəsi olur. Amma suyu neft yağı qoxar. Şəhər qürbündə yeddi yerdə neft mədənləri vardır ki, hər biri bir lövndür: sarı, qırmızı, qara ilax... Nahiyələrindən misgər, sədan, rinəb, nəvahisi-əhalisi şəmi-əsl, şəmi-rouğən yakmayıb, həp qara neft yağını çıraqda yakarlar. Xalqı qayət təndürüst və tənpərvərdirlər”.

Bakı Şirvanın yeganə əskələsi olduğu üçün əhəmiyyətli bir şəhər idi. Məmləkətim bütün ixracat və idxalatı Bakı vasitəsilə olurdu. Çin, Türküstan, Rusiya və İran karvanları həmişə mətaları ilə Bakıya gələrdilər. Rusiya tüccarları elçi rəpi qoyub, duz, neft, zafəran, ipək alardılar və əvəzində Bakıya samur, balıq dişi, sincab, bulğari telatin gətirirdilər. Çinin ipəyi ən qədim zamanlarda Bakı vasitəsilə qərbə gedərdi...

Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtıdır. Hökumət məclisiməbusan və dövlətin böyük müəssisələri bu şəhərdədir. Azərbaycanlıların mədəni tarixində Bakının böyük rolu var: birinci qəzetəsi, birinci qız məktəbi, birinci milli teatrı, darülfünun, qiraətxana və kitabxana... bu şəhərdə təsis olunmuşdur.Bir çox cəmiyyət-xeyriyyələr, tüccari şirkətlər burdadır. Azəri sərmayədarlarının mərkəzi, Avropa təhsili görmüş əksər münəvvərlərimizin iqamətgahı Bakıdadır.

Bakı Azərbaycanın maddi və mənəvi anasıdır. Məmləkətimizin hansı yerində fəlakət üz verərsə, xalq üzünü Bakıya çevirər və Bakı sevə-sevə köməyə gedər. Iyirmi sənə əvvəl Şamaxı zəlzələsində, on beş sənə müqəddəm Qarabağ aclığında, beş il bundan irəliki Qars və Ərdəhan qırğınında zərər görmüş müsəlmanlara Bakının böyük köməyi oldu.

Bakı müqtədir müəllifimiz Abbasqulu Aqa “Qüdsi” və ilk artistimiz Hüseyn Ərəblinin vətənidir. Azəri coğrafiyunu Mövlana Əbdülrəşid bin Saleh Bakuyi də bu şəhərə mənsubdur).

“Musavat” firqəsinin lideri və istiqlalımız yolunda mühüm rollar oynamış Məhəmməd Əmin Rəsulzadə də bakılıdır.

Azərbaycanda qiraətxana yalnız qəzetə oxunan müəssisəyə deyirlər. Qiraətxanalarda yemək,
içmək və tütün çəkmək yasaqdır. Istanbulda “qiraətxana” bizdə “qəhvəxana” mənasında qollanılır.
“Bakuyi” 15-ci əsr miladinin əvvəllərində yaşamışdır. Əsəri “Təlxisül-asar və əcayibül-mülk
qəhhar” ərəbcə yazılıb.
Mühərrir Məhəmməd Əmin Rəsulzadə haqqında “Mətbuatımızın tarixi” qismimizdə bəhs
olunacaq.

Dərbənd

Dərbəndin iki adı daha var: “Dəmir qanı” və “Babül-əbvab”. Rəvayətə görə bu şəhəri Iskəndər Zülqərneyn bina edib və məşhur “Səddi-Iskəndər” ilə şimaldan axıb gələn “yəcuc və məcuc”lardan cənubu mühafizə eləyibdir. Daha mötəbər qövl səddin Xosrov Nuşirəvan tərəfindən çəkildiyi və şəhərin də onun zamanında inşa olunmasıdır.

“Tarixi-Təbəri” Dərbənd haqqında yazır: “Azərbaycan nəhayətində neçə yollar vardır ki, ondan Xəzər şəhərinə gedirlər. Bəz qəredən və bəz dəryadan gedildiyindən onların cümləsinə Dərbənd deyirlər və ərəbcə “bab” deyərlər və əvvəl cəmi yollara “əbvab” deyirlər.

Orada dəniz kənarında bir şəhər vardır ki, ona Xəzər deyirlər, bu Xəzərdə cəmi yollar birləşdiyindən ona “Babül-Əbvab” deyirlər”.

Əbubəkr Əl-Həmədani deyir ki, Babül-Əbvab qabaq, yəni Qafqaz dağlarındakı keçidlərin ağzıdur. Orada çox qələ vardır. Əz cümlə-Babi-Sol, Babi-Lan, Babi- Şabran, Babi-Lazke, Babi-Barge, Babi-Simsin, Babi-Sərir, Babi-Filanşah, Babi- Tarunan, Babi-Təbərsəranşah, Babi-İranşah...

“Dərbəndnamə”nin şəhər haqqındakı rəvayətləri bir parça əfsanəvidir, lakin tarixi həqiqətdən xali deyil. Məlumdur ki, şimala malik türk köçəri qövmləri ilə cənub dövlətləri arasında həmişə vuruşma olurdu. Cənub mədəniyyəti zənginlik və abadanlığı ilə macəracu köçəriləri özünə cəlb eləyirdi. Yağmagir axının önünü almaq üçün tədbirlər çəkilməsini iqtiza edirdi. Bu tədbirlərin ən qüvvətlisi, şübhəsiz ki, Dərbənd səddi idi.

Şimal ilə cənubun ədavətini kəsmək üçün Qubad şah Xaqanın qızına elçi göndərdi. Xaqan razı oldu və qızını əqd edib, şahın paytaxtına göndərdi. Qubad şah təkrar elçi göndərdi və sülhün bərqərar olmasından razılıq edib, təvəqqe etdi ki, iki dövlət arasında bir sədd qərarlaşdırılsın ki, fitnə və fəsada yer qalmasın. Xaqan İskəndər səddini nişan verdi və orada bir şəhər inşa olunmasını arzu etdi. Qubad şah on min qoşun ilə bir çox ərbabi-ixtisas göndərib, Dərbəndin binasına şüru etdi. Yeddi ay müddətində İskəndər səddi təmir və şəhər bina olundu və dəmir qapılar

“Tarixi-Təbəri”, tərcüməsi, cild 3. İstanbul, 1306.

Böyləcə, şimal axınına qarşı qüvvətli bir divar çəkdikdən sonra
Qubad şah Xaqanın qızını bakir olaraq geri göndərdi. Qubadın fikrincə əvəz olundu. Dərbəndin müdafiəsi üçün Qubad İrandan bir çox tayfa köçürüb o səmtdə oturtdu. Xaqanın qızından olan övlad məmləkətdə nizayə səbəbiyyət verərmiş və şimal düşməni İrana daxil olarmış.

“Dərbəndnamə”nin bu əfsanəsini Əbül-Əbbas Əl-Tunsi başqa bir zamana isnad verir. Nuşirəvan Xəzər hökmdarına elçi göndərib, qızını ona vermək üzrə onun da qızını zövcəliyə istədi və düşmənə qarşı müştərək hərəkət etmək üçün ittifaq tələb etdi. Xaqan razı oldu və qızını verdi. Nuşirəvan isə hiyləgərlik edib, qızı əvəzinə cariyələrindən birini göndərdi və sonra məktub yazıb mülaqat tələb etdi. Müəyyən bir yerdə görüşdülər. Nuşirəvan sərkərdələrindən birinə üç yüz kişi alaraq türkləri qarət etməsini əmr etdi. O da padşahın əmrini yerinə yetirdi. Sabah bundan dolayı Xaqan Nuşirəvana şikayət etdi. Şah bu işdən xəbərsiz olduğunu söylədi. Sonra yenə eyni əmri verdi və Xaqanın yeni şikayətinə əvvəlki cavabı verdi. Bu dəfə Xaqan Nuşirəvanın hərəkətinə cavabən İran qoşununu qarət etdirdi. Nuşirəvan şikayət edərək ədavətin qarşısına çıxmaq çarələrini göstərdi və iki tərəf də razı olub, Dərbəndi bina etdilər. Səddin uzunluğu yeddi fərsəx oldu.

Əl-Müqəddəsin rəvayətinə görə sədd qabaq Qaf dağından enib dənizə qədər gedir. Divarın şimal cəhətində üç qapı var imiş. Şərq və cənubda, yəni dəniz və islam ölkələri tərəfdə qapılar çoxluca imiş.

Məsudi səddin Təbəsaran qələsinə qədər çəkildiyini söyləyir.

Nuşirəvan ehtiyaca müvafiq miqdarda divar uzunu dəmir qapılar asdırıb və bu qapıları Xəzər, Alan, Türk və Sərir kimi qövmlərin hücumundan mühafizə məqsədilə oraya bir çox millətlər köçürdüb oturtdu. İmtiyaz olaraq bu millətlərin hökmranlarına Nuşirəvan rütbələr əta edib və sərhədlərini göstərdi. Şirvan, Feilan, Liran, Xorasan, Təbəsəran və Zərengəran bu qəbildəndir ki, özlərinə məxsus şahları var idi. Ləkəz (Ləzgi) hökuməti o vaxt Şirvanın ən qüvvətli istinadgahı idi.

Dərbəndin şimalında Curcan ölkəsi var idi: paytaxtı Səməndər idi. Xəzərlərə tabe olan bu torpaqda cənuba qarşı birinci hücumlar vaqe olardı.

İbn Hövqəl Dərbəndin Əskələsini təsvir edərkən iki divar arasında olduğunu qeyd edir. Divarlar arasında çəkilən zəncir əskələni mühafizə edərmiş, gəmilər əzan ilə əskələyə girib çıxarmışlar.

Səməndərə ruslar “Petrovki” deyirlər.

Yaqut Həməvinin xəbərləri daha da maraqlıdırlar: “Dərbənddə” babül-məbhad üzərində divarda daşdan iki əstəvanə var. Hər bir əstəvanə üzərində ağ daşdan bir Arslan heykəli var. Divarın alt tərəfində iki daş var, onların üzərində dişi Arslan heykəlləri mövcuddur, qapının yanında daşdan bir insan heykəli var. Heykəlin ayaqları altında tabaşirdən bir tülkü və ağzında üzüm salxımı vardır. Şəhərin civarında suları toplayacaq bir səhric var və onun yanında bir pilləkan vardır ki, səhricə enilər. Pilləkanın yanında daşdan bir Arslan heykəli vardır ki, bunlar səddin tilsimi imişlər”.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ayrılıq axşamı

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

4 min
Şair

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

6 min
Nitq

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

3 min
Doqquz ay keçmiş

– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?

3 min

Poems by other poets