Contents
  1. Müqəddımə
  2. Birinci hissə
  3. Azərbaycan və sərhədi
  4. Aran
  5. Bakı dənizi
  6. Bakı
  7. Dərbənd
  8. Şirvan
  9. Şamaxı
  10. Şəki (nuxa)
  11. Gəncə
  12. Bərdə
  13. Qarabağ
  14. Rəvan
  15. Naxçıvan
  16. Muğan
  17. Təbriz
  18. Ərdəbil
  19. Marağa
  20. İkinci hissə
  21. İqtisadi azərbaycan
  22. Neft
  23. Mis (baqer)
  24. İpək
  25. Pambıq
  26. Yun və xalı
  27. Balıq və kürü
  28. Hamiş

Page 8 of 13 · 54%

Naxçıvan

Bu şəhərin əsl adı “Nəqşe-cahan”dır. “Naxçıvan” və “Nəxşevan” “Nəqşecəhan”ın ərəbləşməsidir. Iran hökmdarı Qubad tərəfindən bina olunması rəvayət olunur. Övliya Çələbi Naxçıvan haqqında yazır: “Azərbaycan hüdudunda başqa xanlıqdır ki, xanı çox əsgərə malikdir. Etimadül-dövləsi, kələntəri, münşisi, darğası, diz çökən ağası, çikyiyən ağası vardır ki, bu əsnafın həp hökumətdə əlaqələri var. Qazisi, şeyxül-islamı dəxi vardır. Bu şəhəri zamani-qədimdə Şah Əfrasiyab bina etmişdir ki, hala əcdadının mədfun olduğu qübbələr nümayandır. Zamani dövətində Nəxşevan o dərəcə məmur və abadan imiş ki, dəştü səhrasında bir xətvə əraziyi-xaliyə yox imiş. Sonra moğol tayfası təməə düşüb, yer götürməz əsgərlərlə gəlib bu şəhərin nəqşe-cahanını pozaraq xarabüyəbab, qələsini münhədim edib, türab etmişlərdir. Sonra osmanlılardan Məhəmməd Salsi əsrində osmanlılar əlində ikən Şah Qümrah tərəfindən Zülfüqar xan gəlib, Nəxşivanı istila eləmişdir. Sonra Muradxan Rabe əsgəri gəlib, təbaniyəsi Məhəmməd Paşa buranı fəth etmişdir. Murad Rabedən sonra burası da məmur və abadan olmuşdur. On min iki yüz torpaq örtülü xanədani-əzimlərə arəstə, yetmiş ədəd came və ibadətxanələrlə pirastədir. Qırx məscidi, iyirmi mehman sarayı, yeddi gözəl hamamı, minə qədər dükanı var. İmarətinin əksəri gözəldir. Bağ və bağçası az olduğundan meyvəli ağacları azdır. Yeddi dürlü pambığı (zağı, zəfərani, ləli, xas, bəyaz), ğəlləsi, hüntəsi məmduhdur. Əhli-sənayesi məharətlidir. Qələmkarı Bəhrampuri, dəstəxan çitləri məşhuri-cahandır. Arpası pək qüvvətli və çoxdur. Bir ata qara arpanın dörd qiyəsi yetişir. Bostanlarında suluca qovun və qarpızı olur. Gözəlləri əbyəzəlyundur. Ərkəkləri zor zoviyəli tac, uzun sərbənd sarar, qələmkari pişək piş came geyərlər. Ayaqlarına əlvan keçə çaqışır, yaşıl, qırmızı, narıncı, turuncu papış geyərlər. Zənənləri sivri-sivri taqiyə geyib, üzərinə bəyaz azar boyanur, ayaqlarına əlvan cəzmə geyərlər. Gözəlləri qunaqun kəbudi kürkdən börki- İsfahan geyib, mirzayi delar əmsal xüraman və rəftar, zarafat və nəzakət göftar edərək xalq ilə hüsni-ülfət edərlər. Camaat kəsirəli qərib cameləri vardır ki, hər biri birər cənəti-firdous, xüldi-bərindir. Əz cümle cənabi Əhməd paşa camei, Fərhad paşa camei müzəyyən, münəqqəş, kaseyi-fəğfur və çinimina camələrdir. Neçəsinin qübbələri də çini ilə məsturdur. Istanbul tərzi otuz üç minarələri vardır. Əhməd paşa çamei kimidir. Cənabi həmmami qayət lətif, rövşənir. Amma dərü divarı kaşi çinidir. Fərşi sərapa bərqai, bəlğəmi, sumaği mərmərdir. Öylə münəvvər bir həmmamdır ki, cümlə camları büllur və nəcəf mövrandır. Qübbəsinin ortasında böyük bir hovuz var. Xülasə bu həmmami- xoşhavanın mədhində, lətafət və nəzafətin tövsifində həsən və səhban belə aciz olsa gərək, deyil ki, bu övliyayi-bərtəqsir... sövq-şahisində ənqən xacələr münim sövdəgərlər vardır. Hər biri gəncineyiQarunə malik, maldar tüccar zuetibardır. Xalqı eyş və işrət əhlidir. Bu şəhərin rəaya və bərayası dehqani lisanı üzrə qonuşurlar. Amma arif şairləri, nədim zərifləri zarafat və nəzakətlə pəhləvi və moğoli lisanından kəlimat edərlər ki, qədim lisanlardır”. Katib Çələbinin rəvayətinə görə Naxçıvanın qədimdən mətin bir hasarı var imiş. Hülaku xan oranı aldıqda xalqını qırdı və qalanı xarab elədi. Elxanilər də Naxçıvana malik idilər. Bunlar şəhəri Nəsir Tusinin təlimi ilə ala bildilər. Ağacdan toplar yapıb, içinə qurğuşun doldurub, mancanaq ilə şəhərə atdılar və bu vasitə ilə qalanı fəth etdilər.

Əmir Teymur Naxçıvanın abadanlığına çox çalışmışdır. Mirzə Şahruxun miyaşərti ilə şəhərə bir arx da çıxardılar. Azərbaycan Atabəylər hökumətini təsis edən Eldəniz xanın qəbri Naxçıvandadır.

Muğan

Muğan yaxud Muqan – Muğan bin Yasəf adı ilə təsmiyə olunması rəvayət edilir. Hal-hazırkı Muğan Azərbaycanın şərq cəhətində Bakı dənizi yaxınındadır. Şəhərlərindən birisi Bacrəvan imiş. Venetsiyalı Marino Sanuto miladın 320 sənə tarixində təb etdirdiyi xəritəsində Muğan haqqında yazır: “Planities Mogan, in gna tartare hyimant”: (tatarlar qışlayan Muğan səhrası). Qubad şah zamanı Muğana sular çıxarılıb, abad olunmuşdu. O zamandan qalan “Kafər arxı” Çingiz zamanına qədər davam etdi. Çingiz hücumları Muğanın mədəni həyatını söndürdü. Teymurləng qədim arxları əhya etdirdi və bu sayədə səhranın həyatı təkrar canlandı. Nadir şah zamanına qədər davam edən abadanlıq yenə məhv oldu.

1828 tarixində Türkmənçay müahidəsi mucibincə Muğan Rusiyaya ilhaq olundu. Məmləkətin hüdudlarında rus əksəriyyətini təmin etmək məsələsi rus təşəbbüsü ilə Muğan səhrasında yollar açdı. Çar hökuməti Muğan səhrasını tədric ilə sulandırıb, içəri Rusiyadan mühacirlər gətirib, yerləşdirməyə çalışdı. Gözəl pambıq məhsulatı verən Muğanda az bir zamanda bir çox rus kəndləri inşa olundu. Məsudi məzkur Muğandan başqa bir də Muğan səltənəti olduğunu qeyd edir, sərhədi Şəki, Bərdə və Gəncə arası imiş; paytaxtı Muğan şəhəri imiş.

Əl-Müqəddəsinin rəvayətinə görə Muğan iki çay arasında bir şəhər imiş. Meyvə bağları və gözəl bağçaları ilə Təbrizə bərabər imiş.

Muğan bəzən müstəqil, bəzən Şirvana tabe bir halda idarə olunarmış. “Cahannüma” Qarabağ haqqında yazdıqda “Qarabağ Şirvan şərqində Muğandan bir bələdə və nahiyədir” deyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ayrılıq axşamı

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

4 min
Şair

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

6 min
Nitq

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

3 min
Doqquz ay keçmiş

– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?

3 min

Poems by other poets