Contents
  1. Müqəddımə
  2. Birinci hissə
  3. Azərbaycan və sərhədi
  4. Aran
  5. Bakı dənizi
  6. Bakı
  7. Dərbənd
  8. Şirvan
  9. Şamaxı
  10. Şəki (nuxa)
  11. Gəncə
  12. Bərdə
  13. Qarabağ
  14. Rəvan
  15. Naxçıvan
  16. Muğan
  17. Təbriz
  18. Ərdəbil
  19. Marağa
  20. İkinci hissə
  21. İqtisadi azərbaycan
  22. Neft
  23. Mis (baqer)
  24. İpək
  25. Pambıq
  26. Yun və xalı
  27. Balıq və kürü
  28. Hamiş

Page 7 of 13 · 46%

Qarabağ

Hal-hazırkı Qarabağ Gəncə vilayətinin cənub hissəsindən ibarətdir. Rus istilasına qədər (1822) xanlıq imiş. Ümdə şəhəri Şuşadır. Nadir şahın vəfatı ilə doğan Iran ixtişaşı zamanı Pənah xan Cavanşir və Otuz iki nam ellərinin vasitəsilə Qarabağı əldə edib, Şuşa qələsini yapdırdı. Şuşa ədəbiyyatımızda “Şişə” adı ilə mərufdur. Ağa Məhəmməd şah Qacar bu şəhəri istila etmədən əvvəl Qarabağ hökmranı İbrahim Xəlil xana yazmışdı:

“Zi məncənəqi-fələk səngi-fitnə mibarəd,

To əbləhanə girifti miyani-şişə qərar”.

Xanın eşik ağası Molla Pənah “Vaqif” Ağa Məhəmməd şaha cavabən

bu misraları göndərmişdi:

“Gər nigahdari-mən anəst ki, mən mindanəm,

Şişeira dər bəğəli-səng nigəh midarəd”.

Şair “Zakir” Şuşa ruhanilərinin hərəkətlərini zəmm edərkən yazır:

Qarabağ tarixinə dair “Qarabağnamə” adlı bir kitab Ibrahim xanın vəziri Mirzə Camal tərəfindən
yazılıb. Farsca yazılmış bu əsərin yeganə nüsxəsi cavan mühibblərimizdən
Ağa oğlu Məhəmməd bəydədir.

“Şişəyə dəsti-qəza səngi-cəfa yağdırdı,

Şişəvəş sındı bu gün rövnəş-islam yenə”.

Firidun bəy Köçərli Şuşanı “şairlər yuvası” deyə adlandırır, çünki bu şəhər bir çox şairlər vücuda gətirmiş. Böyük mütəfəkkir Əhməd bəy Ağayev, Azərbaycan ədəbiyyatı müdəqqiqi Firidun bəy Köçərli, teatrnəvis Əbdürrəhim bəy Haqverdiyev və Nəcəf bəy Vəzirov, birinci türk və islam operanəvisi (kompozitor) Üzeyir bəy Hacıbəyli kimi bir çox müqtədir zatlar həp Şuşanın məhsullarıdırlar. Qafqasiyanın məşhur xanəndə və sazəndələrini Qarabağ yetişdirir.

Övliya Çələbinin rəvayətinə görə Azərbaycanda üç ədəd Qarabağ var. Osmanlı səyyahı ikisini təsvir eləyir. Biri Təbriz sərhədində başqaca sultanlıq imiş.

Əgəri Fateh Sultan Məhəmmədxan vəzirlərindən Qoca Fərhad paşa bu şəhəri dağıtmışdı. Təkrar abad olduqdan sonra Sultan Muradxan Rabe ordusu tərəfindən xarab edildi.

Üç yüz il əvvəl üç min evli, yeddi cameli, yeddi həmmamlı, üç xanlı və altı yüz dükanlı bir şəhər idi. Gözəl bağları və cürbəcür meyvələri ilə məruf imiş.

İkinci Qarabağ Naxçıvan torpağında böyük bir şəhər və sultanlıq imiş. Bu şəhərin Mənuçöhr tərəfindən inşa olunduğu rəvayət olunur. Teymurləng və başqa komandanların qışladığı Qarabağlar burasıdır. On minə qədər evə, yetmişə qədər məscidə, karvansaraylara, həmmamlara malik bir şəhər imiş. Bağlarında iyirmi altı cürə armudu olarmış: mələcə, abbasi, ordubadi kimi.

“Cahannüma”ya əlavə olunan Qafqas xəritəsində yalnız bircə “Qarabağlar” göstərilir. O da Şamaxı şəhərinin şərq cəhətində, deməli, Şamaxıdan çıxdıqda Kür çayına çatmadan Qarabağlara rast gəlinərmiş.

Rəvan

Çuxur-Səd adlı bir ölkənin paytaxtı imiş. Övliya Çələbinin qövlünə görə 810 tarixində Teymurləngin sövdəgərlərindən Xacə xan Ləhicani ismində birisi təsadüfən bu ölkəyə gəlib çıxır və məhsuldar

Şuşa şəhərində əlan “mələcə” armudları əmələ gəlir. bir yer olduğunu görüb, düyü əkmək ilə məşğul olur və bir kənd inşa edir. Sonra Şah Ismayıl o kəndin yerində qələ bina olunmasını Rəvanquluxan am vəzirinə əmr edir. Vəzir yeddi ildə bina etdiyi qələnin dını Rəvan qoyub. Ərəb çoğrafiyunları Dəbil adlı şəhərdən bəhs dirlər; Rəvanın yerində qədim bir şəhər imiş. Ipək qumaşları ilə məşhur miş. Dəbil islam hökmranlarına tabe cameli, bağlı, bağçalı şəhər miş.

Osmanlı sultanı Muradxan Salis zamanında Fərhad paşa Rəvanı ldı. Hicrətin 1014 tarixində Şah Abbas yeddi ay mühasirədən sonra əvanı Irana ilhaq etdi. 1035- də sultan Muradxan hücum edib, Rəvanı lə gətirdi. Bir miqdar əsgər ilə Murtəza paşanı hakim təyin edib, uradxan məmləkətə qayıdır. Burdan istifadə edərək Şah Səfi qoşun toplayıb, Rəvanı istila etdi.

Övliya Çələbi Rəvanı belə təsvir eləyir: “Səneyi-1045 tarixindən bəri Rəvan dəsti-əcəmdə olub. Bu vəchlə məmur və abadan olmuşdur. Lakin qələsi yalın qat divar ilə məbna olduğundan hücumi-şədidə təhəmmül edəməz... Üç ədəd qüvvətli dəmir qapıları vardır. Təbriz qapısı cənuba açılır, meydan qapısı şimala açılır ki, buna yayla qapısı da deyərlər; Cövkan meydanı bu tərəfdədir. Biri də əcəmlərin “Dərvazeyipül” dedikləri körpü qapısıdır. Üç minə qədər qələ nəfəratı, uç min xan əsgəri, yeddi min əyalət əsgəri vardır. Burası bir qaç kərə xanlar xanlığı olmuşdur. Qazısı, mollası, şeyxi-şərifi, kələntəri, darğası, münşisi, yasavul ağası, qorucu başısı, eşik ağası, diz çökən ağası, yeddi mehmandar və şəhbəndərləri vardır. Şəhər içində iki min altmışa qədər torpaq örtülü ev vardır. Ən məmuru xan sarayıdır ki, Əmirgün xan məmur etmişdir. Bu saray qürbində sol tərəfdə şah zərbxanası vardır ki, abbası və bisi kəsilir. Yayla qapısından təşrə olan böyük varuşə əski şəhər deyərlər. Xan və cameli və çarşılı, bazarlı bir varuşdur. Körpü başında xan bağı vardır. Yenə orada came, xan, həmmam, çarşı çoxdur: adətən şəhərdir”.

Rəvan xanlığı Türkmənçay müahidəsi mucibincə İrandan alınıb Rusiyaya ilhaq olundu. Böyük rus inqilabı nəticəsi olaraq Rəvan Ermənistan cümhuriyyətinin paytaxtı oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ayrılıq axşamı

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

4 min
Şair

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

6 min
Nitq

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

3 min
Doqquz ay keçmiş

– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?

3 min

Poems by other poets