Tarixi, coğrafi və iqtisadi Azərbaycan
Contents
Page 4 of 13 · 23%
Övliya Çələbi zamanı Dərbənd İrana tabe bir xanlıq imiş. On iki hakimi, münşi və kələntəri, yasavul, qurucu, diz çökən, çikyeyən ağaları, iki min diz çökən tülünkü, doqquz min nökəri var imiş. Qələ haqqında Övliyanın yazıları bunlardır: Qələ bir püşteyn-ali üzərində xəms şəklində bina olunmuşdur. Ustad mühəndisi binayi-aqibət əndişi bu qələyi üç blok inşa etmiş və üç ədəd mətin və qəvi üçər qat dəmir qapılarla təhkim eləmiş. Qələnin bir bloku şərq canibinə hail olan divarda iki qapı vardır. Aşağı şəhərə məkşuf iki qəvi qapısı vardır. Biri məskur qapısıdır ki, şərq tərəfdən məskur nahiyəsinə açılır. Bu qapıdan çıxanlar at arabaları ilə Şamaxı qələsinə gedərlər. Bir qapısından dəxi çənuba Dəşte-Qıpçaq, Krım, Çərkəsistan tərəflərinə gedirlər.
Qələnin üçüncü bloku dəniz tərəfinə düşmüşdür. İçində o qədər abadanlıq yoxdur. Qələnin şəkli mürəbbe olub, dairən madar cirmi on bir min altmış addımdır. Yetmiş qəleyi-əzimi vardır ki, hər birində qürəba və mücrdan üçün bir mədrəsə, bir məscid bulunması müqərrərdir. Qələnin ətrafında yeddi min altmış dəndan və bədən vardır”.
Qələdən başqa şəhərin içindəki təsviri maraqlıdır: “Qələ dərunində min iki yüzə qədər torpaq örtülü ev vardır. Cənub tərəfində divara müttəsil böyük bir saray vardır ki, İran zəmininin birinci saraylarındandır.
Bu saraya müttəsil böyük bir came var, minarəsi yıxılmış. Bu came qərbində osmanlı tərzi-memarisində bina olunmuş ziba bir həmmam vardır. Banisi məlum deyil. Qələnin şərqə açılır qayıq qapısı qürbində Özdəmirzadə Osman paşa camesi, xanları, dükanları vardır”.
Şirvan
Şirvan qədim zamanlar bir şəhər olub və Nuşirəvan bina etdiyi rəvayət olunur. Əvvəlcə adı “Ənuşirəvan” imiş, sonra təxfif üçün “ənu”nu kəsiblər. “Şirəvan” qalıb. Bir qövlə görə “Şirəvand” (yəni, süd yeri) imiş, axırda “Şirvan” olub.
Əl-Müqəddəsinin ravayətinə görə Şirvan düz yerdə bina olunmuş böyük bir şəhər imiş. Ortasından çay axırmış. Binaları daş tikili imiş və meydanında bir came var imiş.
Başqa bir mənbədən əxz etdiyimiz məlumata nəzərən Şirvan şəhəri indiki Quba şəhərinin cənub-şərqində imiş. Guya şəhərin yerində əlan “Şirvan şah” adlı bir kənd mövcuddur.
“Həft iqlim”də Əmin Əhməd söyləyir ki, Şirvai zamani-sabiqdə ismi-şəhər idi. Hala bir neçə şəhəri müştəməl vilayət adıdır.ı Bakı, Şamaxı, Ərəs, Dərbənd və qeyri onlardandır.
Zatən tarixində də Şirvan vilayət olaraq şöhrət bulmuşdur; Həzrət Ömərin zamanından bəri ismi aydın bir şəkildə zikr olunmağa başlayır.
Azərbaycan Həzrət Ömərin xilafətində ərəblər tərəfindən alınmışdı. O zaman sərdari-əhli-islam Sürağə bin Əmir Şirvan səmtini mühafizəyə Bəkir bin Abdullanı göndərmişdi. Əbdülrəhman bin Rəbiə muqəddəmətül-ceyş təyin olunmuşdu. Əvvəl zaman fars padşahları övladından Şəhriyar nam kimsənə Şirvanda hökmran idi.
Əbdülrəhman və Bəkir Şirvana yavuqlaşdıqda Şəhriyar ərəblər qarşısında zəifliyini duyaraq amana gəldi və şimal axınına qarşı bir sədd təşkil edərək cənubu mühafizə etməsini təklif etdi. Məsələ Həzrəti Ömərə ərz olundu və Həzrəti-Ömər Şəhriyarın təklifini faydalı görüb qəbul etdi. “Bəni Əmiyə” əsrində Muslümə bin Əbdülmülk Şirvan cəhətlərinə səfər edib, xalqı dini-islama gətirdi.
Məsudi zamanında (hicrətin 332 tarixində) Məhəmməd bin Yəzid Şirvan şahı olub, bir aylıq qədər məsafəyə hökmü sürərdi.
Şirvan şahlarını Qazi Beyzavi “Nizamül-təvarix”də Bəhram Çubin nəslindən və Ərdəşir Babək övladından ədd eləyir. Məsudi də bu nöqteyi-nəzərdədir. Qazi Əhməd Qəffari isə “Cəhanara”da Nuşirəvan
“Gülüstani-İrəm”. Mirzə Abbasqulu Xan “Qüdsi”
“Cahannüma”da və Əhməd Cövdət tarixində “Şəhriyar” deyə zikr olunan bu zat
“Tarixi-Təbəri”də “Şəhrizad” təsmiyə olunur
zürriyyəti olduğunu qeyd edir. Şirvan şahlarının silsileyi-nəsəbləri bu üzrədir: Əbulmuzəffər Mənuçöhr bin Kəsran bin Kavus bin Şəhriyar bin Kərşasf bin Əfridun, bin Fəramərz bin Salar bin Zeyd bin Covn bin Mərziban bin Hörmüz bin Ənuşirəvan.
Mənuçöhrdən sonra evladlarından on iki nəfər Şirvanda hökmran oldular: Fərruxzad bin Mənuçöhr, Güştasb, Fərruxzad bin Fəramərzovan, Keyqubad, Kavus Keyqubad oğlu (vəfatı-773 tarixində) və sonra huşəng bin Kavus on il hökumət sürdükdən sonra səltənət Şeyx İbrahim bin Sultan Məhəmmədə keçdi (vafatı 820- də). Vəfatından sonra oğlu Xəlil Sultan oldu. 867 tarixlərində Şirvanşah padşah oldu və 906- da Şah İsmayıl tərəfindən qətl olundu. Yerinə oğlu Bəhram keçdi. Bir ildən sonra qardaşı Qazi bəy, bir ildən də sonra qardaşı Şeyx İbrahim cülus etdi. 909-da Şeyx İbrahim oğlu Sultan Xəlil taxta çıxdı. 945-də şah Təhmasib Şirvana səfər edib, Sultan Xəlili öldürtdü və bunun ilə Şirvan şahlığı münqəriz oldu.
Min tarixlərə yaxın osmanlılar iranlılara qələbə çalıb, Şirvanı aldılar.
Lakin Anadoluda Cəlalilər üsyanı zamanı Şah Abbas fürsət tapıb, təkrar Şirvanı İrana ilhaq etdi.
18-ci əsr miladinin sonlarında rus orduları Şirvanı zəbt etdi. İkinci Yekaterinanın vəfatı işləri dəyişdirdi və ruslar Şirvanı təxliyə etdilər. 19-cu əsrin əvvəllərində Şirvan xanlığı təkrar istila olunub, Rusiyaya ilhaq olundu. Şirvan bir çox böyük şəxslər yetirib: Xaqani, Seyid Əzim Şirvani, Sabir ədəbiyyatımızın zinətidirlər. Dini sahədə şöhrət bulmuş bir çox alimlər də Şirvanın məhsullarındandır.
Kitabxana.az · https://kitabxana.az/en/works/cemenzeminli-tarixi-cografi-ve-iqtisadi-azerbaycan
Use ← → keys to move, R for a random poem
More by this author
Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.
ŞairEvə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?
NitqMirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.
Doqquz ay keçmiş– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?