Contents
  1. Birinci rükn
  2. Birinci bab
  3. İkinci bab
  4. Üçüncü bab
  5. Dördüncü bab
  6. İkinci rükn
  7. Birinci bab
  8. İkinci bab
  9. Üçüncü bab
  10. Dördüncü bab
  11. Beşinci bab
  12. Üçüncü rükn
  13. Birinci bab
  14. İkinci bab
  15. Üçüncü bab
  16. Dördüncü bab
  17. Beşinci bab
  18. Altıncı bab
  19. Yeddinci bab
  20. Səkkizinci bab
  21. Doqquzuncu bab
  22. Dördüncü rükn
  23. Birinci bab
  24. İkinci bab
  25. Üçüncü bab
  26. Dördüncü bab
  27. Beşinci bab
  28. Altıncı bab
  29. Yeddinci bab
  30. BİLİYƏ AİDDİR
  31. Səkkizinci bab

Page 13 of 17 · 71%

Altıncısı, Tanrı insanları öz qüdrəti ilə yaratmış və onlara əql vermişdir ki, Tanrını tanısınlar. Əgər insanlar əqlə əsaslanan dəlillərlə Tanrını tanıyaraq, ona layiqincə ibadət etməyi öz öhdələrinə götürsəydilər, haradan bilərdilər ki, Tanrının xoşuna gələn ibadət necə olmalıdır. Buna görə, insanlara Tanrının istəyini əhatə edən qayda-qanunları öyrədən bir öyrədici lazım idi. Bu öyrədici onların özündən olmalı idi ki, onlarla qaynayıb-qarışsın ki, ondan çəkinməsinlər. O isə öz sözlərində doğruçu, əməldə düzgün və Tanrının mərhəmətinə nail olmalı idi. Belə bir öyrədici peyğəmbərdən, onun öyrətdiyi isə şəriətdən ibarətdir.

Kəşf əhli demişlər ki, həqqin zahiri və batini vardır. Batində mütləq qeybə aid olan (ancaq Tanrı tərəfindən başa düşülən) həqiqi vəhdət vardır. Çoxluq və təklik (ümumilik və xüsusilik) isə sabit olan zahiri şeylərin mövcudiyyətində olur. Zahirdə isə çoxluq həmişə vardır və ondan ayrı düşə bilməz. Çünki zahir adlar və sifətlərin təzahürüdür və onun çoxluğu həmin (adlar və sifətlərin) xüsusiyyətlərindən irəli gəlir. Buna görə (adlar və sifətlərin) hər birisinin xüsusi bir şəkli olmalıdır ki, nəticə etibarilə çoxluq lazım gəlir. Lakin (adlar və sifətlərin) hər birisi özünün təzahürünə, nüfuzuna və hökmlər (tələb etdiyinə) görə xaricdəki şeylər haqqında çəkişmə və münaqişə əmələ gəlir; çünki onların hər birisi zahiri isimlər ünvanı ilə digərini pərdələyir. Beləliklə, məsələnin ədalətli bir münsifə ehtiyacı olur ki, o, bu barələrdə rəy versin, dünya və axirətdə onların intizamını qorusun və onların hər birisini, istər zahiri, istərsə də batini inkişafa çatdırsın. Belə bir münsif peyğəmbərdən ibarətdir.

İkinci bab

İsmət (peyğəmbərin günahsızlığı) haqqındadır

Peyğəmbərlik (nübüvvət) günahsızlıq (ismət) tələb edir. Bəzi adamlar risalət (peyğəmbərlik) vaxtından başqa, bəziləri isə dəvət (dini təbliğat) zamanından başqa peyğəmbərin kiçik günahlar etməsini cayiz (yolveriləsi bir iş) hesab edirlər. Bəziləri peyğəmbərin peyğəmbərliyə çatmazdan əvvəl böyük günahlar, bəziləri isə, istər peyğəmbərlikdən əvvəl, istərsə də peyğəmbərlik dövründə kiçik günahlar etməsini cayiz bilirlər.

(Peyğəmbərin) günahsız olmasını rədd edənlər bir neçə səbəbə əsaslanırlar.

Birincisi, Quranda açıqcasına qeyd edilən sözlərə. Məsələn; “Adəm günah etdi”, “Səni şaşqın vəziyyətdə görüb yola gətirmədimmi?” sözləri və Quranın açıqcasına göstərdiyi bu kimi ayələrə.

İkincisi, ismət (məsumluq, günahsızlıq) elə bir xüsusiyyətdir ki, ona malik olan (şəxsi) günah etməkdən çəkindirir. Əgər belə bir xüsusiyyət peyğəmbərdə olarsa və buna görə o, günah etməzsə (günah edə bilmərsə), deməli o, səvaba (Tanrı tərəfindən verilən mükafata) layiq olmaz.

Üçüncüsü, (Allah) özü demişdir: “(De ki,) mən sizin kimi adamam”. Bu o deməkdir ki, insan günahsız ola bilməz. Belə olmasaydı, onunla mələklərin fərqi olmazdı.

Lakin birinci dəlilə iki yolla cavab vermişlər (rədd etmişlər).

Birincisi, Quran təfsir edilə bilər (təfsir ilə aydınlaşar) və onu təfsir etməkdən heç bir zərər gəlməz.

İkincisi, müarizə (bir yerə sığa bilməyən fikirlərin ziddiyyəti) vasitəsilə (aydın olar), çünki əgər müəyyən bir ayə yalan ola bilən bir günaha dəlalət edərsə, eyni zamanda həmin günahın düzgünlüyü ehtimalının olmamasını da doğurmuş olur.

İkinci dəlilə isə iki yolla cavab vermişlər.

Birincisi, məsumluq, aid olduğu şəxsin günah etməsinə mane olsa belə, həmin şəxsin ixtiyarını (azadlığını) əlindən almır. Necə ola bilər ki, bir şəxs ibadətə aid işin kəmiyyəti, növü və gecikməsi barədə faili-muxtar (sərbəst fəaliyyətdə) olsun, lakin ibadət ilə günahı (bir-birindən seçib ayırmaq işində faili-muxtar) olmasın?!

İkincisi, günah etmək elə bir işdir ki cəza ilə nəticələnir. Günah etməmək isə sabit bir şey (fəaliyyət) deyildir. Günah etməmək insanın öz vəziyyətində qalmasından (fəaliyyətsizliyindən) ibarətdir. Halbuki ancaq əməllər (fəaliyyətlər) səvaba layiqdir.

Üçüncü dəlilə isə üç yolla cavab vermişlər.

Birincisi, insanda günahsızlıq (ismət) əsasdır. Günah isə sonradan baş verən bir işdir və əməlin şüurlu olaraq yerinə yetirildiyi zaman baş verir. Nə üçün bəzi şəxslərdə əsas vəziyyətin davamı və bu vəziyyətin təsadüfi olaraq baş verən bir iş vasitəsilə dəyişilməməsi mümkün olmasın?

İkincisi, insanlarda adət fitri bir xüsusiyyətdir. Nə üçün bəzi şəxslərin, ibadətlə çox məşğul olduğuna görə, günaha heç də etina etməməsi mümkün olmasın?

Üçüncüsü, günah elə bir tərkib hissəsi deyildir ki, onsuz insan mükəmməl olmasın. Bəzi şəxslərin öz tanrısına qətiyyən müxalifət etməməyə müvəffəq olması nə üçün qəbul edilməsin?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Fəsli-ibtilayi-Musa

Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və

1 min
Fəsli-ibtilayi-Nuh əleyhissəlam

Badiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə

6 min
Fəsli-ibtilayi-Zəkəriyya və Yəhya

Cəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün

11 min
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edər

Həzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə

59 min

Poems by other poets