Mətlə ül-etiqad
Contents
- Birinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- İkinci rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Üçüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- Səkkizinci bab
- Doqquzuncu bab
- Dördüncü rükn
- Birinci bab
- İkinci bab
- Üçüncü bab
- Dördüncü bab
- Beşinci bab
- Altıncı bab
- Yeddinci bab
- BİLİYƏ AİDDİR
- Səkkizinci bab
Page 6 of 17 · 29%
Dördüncü bab
İnsan haqqında biliyə aiddir
İnsan nəfs (ruh) və bədəndən ibarətdir. Ruhun varlığı sabitdir, insan başqa heyvanlarla iradi hərəkətinə görə müştərəkdir. Lakin ağıllı tədbirləri, məsələn, ticarət, ziraət (əkinçilik) və sairə ilə heyvanlardan fərqlənir. Məlum olur ki, insanın başqa heyvanlardan üstünlüyünün, yəni tədbir və iradə etməsinin səbəbi nəfsdir.
Demişlər ki, ruh müstəqil (öz varlığından asılı olmayan) bir cövhərdir və cövhərlərə əlavə edilən ərəzlərin əksinə olaraq, zehni mülahizələri (dərk etmək) qabiliyyəti vardır. Lakin ruh cisim deyildir, çünki cisim eyni zamanda iki surəti dərk edə bilməz. Halbuki ruhun ikidən də artıq surəti dərk etməyə qabiliyyəti vardır. Sonra ruh cismani də deyildir; çünki cismani əşyanın cismi hissələrə bölünməsi lazımdır. Halbuki ruh bəsit (bölünməz)dir. Sonra ruh nə maddədir, nə də surət, çünki maddə ilə surət bir-birindən ayrılmazdır; halbuki ruh (maddə və surətdən) ayrıla bilər. Beləliklə, isbat edildi ki, ruh bəsit bir cövhərdir və cisim deyildir. Həmçinin (ruh) cisimdəki imkan (qüvvə) olmadığı kimi, cismin surəti də deyildir.
Bəzi şəxslər demişlər ki, ruh bədəndən əvvəl törənmişdir. Bunlar (Tanrının) “sonra biz onu (insanı) başqa bir şəklə saldıq” sözünə isnad etmişlər.
Ərəstu və onun tərəfdarları ruhun bədəndən sonra törənməsini söyləmişlər və belə bir dəlil göstərirlər ki, əgər ruh bədəndən əvvəl mövcud olsaydı, sayca çox olardı və əgər (sayca çox olan bu ruhların) hər birisi üçün fərqləndirici (bir xüsusiyyət) təsəvvür etsək, onda ruhun mürəkkəb olması, yəni həm ümumi, həm də fərqlənmə cəhətlərinə malik olan bir şey olması lazım gələrdi. Halbuki ruh bəsit fərz edilmişdir. Beləliklə, labüd olaraq (əvvəlcə) bədən olmalıdır ki, ruhu növlərə görə şəxsi bölmələrə ayırsın.
(Ərəstuya) görə, bədən ruhun davam edib qalması üçün deyil, onun mövcudiyyəti üçün şərtdir.
Sonra deyilmişdir ki, ruh ürəkdə olan bölünməz bir hissədir.
Həmçinin deyilmişdir ki, ruh üç qüvvədən ibarətdir ki, onlardan birincisi, beyində olub, hikmət mənşəyidir. İkincisi, ürəkdə olub, qəzəb mənşəyidir. Üçüncüsü, qara ciyərdə olub, şəhvət (ehtiras) mənşəyidir.
Sonra deyilmişdir ki, ruh mizacdan və əxlatın etidalından ibarətdir.
Sonra deyilmişdir ki, ruh bədənin şəkli və əxlatın birləşdirilməsindən ibarətdir.
Sonra deyilmişdir ki, ruh həyatdan ibarətdir.
Sonra deyilmişdir ki, ruh beyində olan bir qüvvə olub, hiss və hərəkət mənşəyidir.
Nəzzam demişdir ki, ruh bədəndə gəzişən parçalanmayan və pozulmaz cisimlərdir.
Deyənlərin ən doğruçunu (Allah) demişdir ki, “(Ey Məhəmməd), de ki, ruh mənim Tanrımın işlərindəndir və sizə elmin az bir hissəsi verilmişdir”. (Siz ruhu dərk edə bilməzsiniz).
Yenə deyilmişdir ki, ruh bədənin pozulmasından sonra qalmaqda davam edir; çünki o, mücərrəd və bəsit bir cövhərdir və onun varlığı bir həqiqət olduğuna görə, yox olmasının imkanı ilə bir yerə sığmaz; çünki belə bir imkanın həqiqətə çevrilməsi ilə iki əksliyin bir araya toplanması lazım gələrdi.
Bədənə gəlincə, o, mayn nütfədən əmələ gəlmişdir. Nütfə kürəcik şəklində olub, ona insanın bütün xüsusiyyətləri və əlavələri imkan şəklində əmanət verilmişdir. Belə ki, həmin xüsusiyyətlər tədricən meydana gəlir. Nütfədəki bu imkan ilk ünsürdə və ya “Əflatun qəlibləri”ndə gizli olan varlıqlardakı imkan kimidir. Sonra həmin nütfə ana bətnində istilik vasitəsilə yetişir, öz növünə xas olan qabiliyyətə görə adi üzvlərə ayrılır, ünsüri (maddi) keyfiyyətləri qəbul edir və onda dörd təbiət əmələ gəlir, sümüklər, damarlar və sinirlər inkişaf edir, cismani şəkilləri təkmilləşir, içərisinə ruh verilir və qidalanaraq, təbii təkmilləşməyə doğru yönəlir. Sonra, bətndən çıxır və ruh onu üç mərhələdə idarə edir: birinci mərhələdə şəhvət (ehtiras) qüvvəsi – (qüvveyi-şəhəviyyə) vasitəsilə onu, təbii inkişaf olan boyatmaq üçün qidalar cəzb etməyə hazırlayır.
İkincisi mərhələdə qəzəb qüvvəsi – (qüvveyi-qəzəbiyyə) vasitəsilə onu, (öz) növünə məxsus şəklinin afətlərdən qorunması üçün, zərərli şeyləri rədd etməyə hazırlayır. Üçüncü mərhələdə isə mələkə (hifz və vərdiş) qüvvəsi – (qüvveyi-mələkiyyə) vasitəsilə onu həqiqi inkişaf olan yaxşı əməllərə hazırlayır.
Duyğulara gəldikdə, onların zahiri və batini (növləri) vardır.
Zahiri duyğular beşdir ki, eşitmə, görmə, dadma, toxunma, iybilmə duyğularından ibarətdir. Filosofların fikrincə, batini duyğular da beşdir ki, ortaq hiss (hissi-müştərəkə), təsəvvür, xəyal, hafizə və özünüidarə (davranma)dan ibarətdir. Kəlam tərəfdarları (mütəkəllimlər) isə sonuncunu nəzərə almırlar.
Qüvvələr isə səkkizdir: bunlar da cəzb edən – (cazibə), qidalandıran (ğaziyə), saxlayan – (masikə), becərən – (namiyə), törədən – (müvəllid), surət verən – (müsəvvirə), ifraz edən – (dafiə), rədd edən və həzm edən – (hazimə) qüvvələrdən ibarətdir.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-metle-ul-etiqad
Use ← → keys to move, R for a random poem
More by this author
Tiri-təhəmmül sərgəştələrinin və tiği-təvəkkül küştələrinin biri Həzrəti-Kəlimullahdür ki, qilləti-ə’vanü ənsarlə cəfayi-ali-Fir’on mütəhəmmil olub və
Fəsli-ibtilayi-Nuh əleyhissəlamBadiyeyi-möhnət bəlakeşlərinin və badeyi-məhəbbət sərxoşlarının biri dəxi həzrəti-Nuh Nəbidir ki, doqquz yüz il hədəfi-sihamisiyasəti- süfəhayi-qövm olduvə səngdillər cəfasın çəküb səbr qıldı və də’vət etməkdən təqsir etmədi və dəqayiqi-təbliği-əhkami-İlahidə andan təkahül və təkasül zühurə yetmədi. Təzəllümdə məsturdur ki, ol vaze’i-qanuni-şəriət və ol gülzari-rəyahini-kəramətə hər gün səhabisitəmdən jaləvar ol miqdar səngi-siyasət yetərdi ki, cismi-lətifi lə’liabdar kibi daşlar içində itərdi. Əmma yenə Cəbrail hazır olub, ol gülibağirisaləti laləvar cameyi-pürxun və ə’zayi parə-parə ilə daşlar içindən çıxarub, pərü balın ə’zasına sürüb, səhhət verüb üzərindən gedərdi və ol Həzrət yenə əncümənarayi-qövm olub kəlimeyi-"Qulu la ilahə illəllah" ibarətilə anlara ağazidə’vət edərdi. Müddətiömründə bu təriqi məsluk edüb, üç qərnün qövmi ilə
Fəsli-ibtilayi-Zəkəriyya və YəhyaCəfayi-fələk azürdələrinün və möhnəti-zəmanə əfsürdələrinün biriZəkəriyyayi-məzlum və biri Yəhyayi-mə’sumdur. Rəvayətdir ki, bir gün
Beşinci bab. Həzrəti Murtəza Əli vəfatın bəyan edərHəzrəti-mühəymini-mütə’al və məliki-biintiqal əmmət ətiyyatihi və tabətbəliyyatihi kəlami-mö’ciz nizamda buyurmuş ki: "Və latəhsəbən- nə’lləzinə
Poems by other poets
Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim.Gövhərin yekdanəsindən iləri pərgar idim.
Bu qızınBir xəlvətdə fürsət bulub tutasanTər xınalı nazik əlin bu qızın
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Əcəm qızıAhu gözlü, şux baxışlı, qəddi dal əcəm qızı,Ləbi qönçə, yanağı gül, siyah tel əcəm qızı,