Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Səba, lütf etdin, əhli-dərdə dərmandan xəbər verdin,
Təni-məhzunə candan, canə canandan xəbər verdin.
Xəzani-qəmdə gördün iztirabın bülbüli-zarın,
Bahar əyyamı tək gülbərgi-xəndandan xəbər verdin.
Sözünü vəhyi-nazil gər der isəm hiç küfr olmaz,
Cəhanı tutmuş ikən küfr, imandan xəbər verdin.
Dedilər yar, üşşaqin gəlir cəm etməyə könlün,
Məgər kim, yarə üşşaqi-pərişandan xəbər verdin.
Süleyman məsnədindən divi-gümrəh rəğbətin kəsdin,
Dənizdə xatəmi-hökmi-Süleymandan xəbər verdin.
Füzuli, ruzigarın tirə oldu şami-hicrandan,
Nəsimi-sübh tək xurşidi-rəxşandan xəbər verdin.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-seba-lutf-etdin-ehli-derde-dermandan-xeber-verdin
Use ← → keys to move, R for a random poem
More by this author
Can verir rayiheyi-türbəti-pakin, ey tak,Nəvvər-Əllahu ləkəl-əzrə, səq-Əllahu sərak.
Cismimi yandırma, rəhm et yaşimə, ey bağrı daşCismimi yandırma, rəhm et yaşimə, ey bağrı daş!Ehtiyat et, yanmasın nagəh quru odunda yaş.
Çərx hər ay başına salmış qaşından bir xəyalÇərx hər ay başına salmış qaşından bir xəyal,Bu cəhətdəndir hər ay başında olmaq bir hilal.
Demiş hər qönçəyə aşiqligim razın səba derlərDemiş hər qönçəyə aşiqligim razın səba derlər,El ağızın tutmaq olmaz, qorxuram, ey gül, sana derlər.
Poems by other poets · Love
Fələyin qəhrindən, el töhmətindən,Dərdim artıb bir ümmana dönübdü.
Hər səhər bad əsər, arızı-cananə dəyərHər səhər bad əsər, arizi-cananə dəyər,Toxunur sərvə gəhi, gah gülüstanə dəyər.
Sevgidən danışan şeirlərimiSevgidən danışan şeirlərimiSiz əsla yazmayın mənim adıma.
BilməzəmSəbrim tükəndi, möhnətə qatlana bilməzəmSu başdan aşdı, eşq oduna yanə bilməzəm.