Dördüncü pərdə
Page 3 of 4 · 50%
On beşinci şəkil
Müctəhid Hacı Mirzə Əhməd ağanın yatağı. Qadınlar ilə əhatə olunmuş
Gövhərtac bəsti üzərində əyləşib, məşşatə ona ziynət verir.
Məşşatə. Ay xanımlar, bura müctəhid evidir. Burada çalmaq, oynamaq haramdır. Mən gəlinə ziynət vururam, siz də yığılın bir mahnı düzəldin.
Qızlar, q a d ı n l a r (səs-səsə verib oxuyurlar)
Gəlin, qızlar, sürmə çəkin gözünə,
Ay həsrətdir bu gəlinin üzünə.
Toy olunur Kamyabın qızına;
Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə)
Qızıl güldən qırmızıdır yanağı,
Ənbər qoxur dodaqları, buxağı.
Bu evdə sayəli olsun ayağı;
Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə)
Qapının dalında durubdur yarı,
Tükənib oğlanın səbri-qərarı,
Bəd nəzərdən hifz et bunları, tarı;
Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə)
Çiçək düzün tellərinə, saçına,
Canlar Qurban kirpiyinə, qaşına.
Oğlan dönmüş qızıl quşa, laçına;
Ay qız, sənin toyun mübarək olsun. (İki dəfə)
Məşşatə. Qurban olum belə qızı doğan anaya. Bircə tamaşa eləyin, bu gözəllikdə can şahın hərəmxanasında da tapılmaz. Bu gözəllikdə gül də, mələk də yoxdur.
Müctəhidinböyükarvadı. Ay qızım, səni həmişə xoşbəxt yaşayasan. Onunla mehriban dolan, onun itaətində ol. Allahın əmri də belədir. Bacılar, daha durun dağılın.
Hamı (bir-bir). Allah xoşbəxt eləsin, boya-başa çatdırsın, oğullu, qızlı olsun.
Gedirlər. Gövhərtac gözünü qapıya dikib. Qapı açılır.
Göv hər tac (hövlnak). Kamran!
Müc təh i d (daxil olur. Gövhərtac qalxıb, üzünü örtmüş, ona təzim edir). Ay qız, sən bu evə xoş gəlibsən. Bu ev sənə peşkəş.
Gövhərtac baş əyir. Müctəhid əbasını açıb divardan asır, əmmaməni çıxarıb
kənara qoyduqda Gövhərtac şəkkə düşüb bir kənara qısılır.
Müc təh i d. Ay qız, bir üzünü mənə göstər görüm, tərifə layiqsənmi? (Gövhərtac bərk üzünü tutur.) Allahümmə rəzəqna şənnətən, lətifətən, vəchətən və zəvvicna minəl huril-eyn! (Bunu deyib qızı qucaqlamaq istəyir.
Gövhərtac onu döşündən itələyir. Müctəhid yıxılıb, bir də durub qıza hücum edəndə qız qışqırıb yıxılır. Arvadlar qışqırtıya yüyürürlər.) Götürün qoyun çarpayının üstünə, qız uşağıdır, qorxudan qışqırdı, İndi ayılar. (Gövhərtacı götürüb çarpayının üstünə uzadırlar.)
Di çıxın gedin, burada işiniz yoxdur.
Arvadlar çıxırlar.
Müctəhid gəlib Gövhərtacın sifətinə baxır.
Bu nə qaşdır, bu nə gözdür, bu necə türfə buxaq,
Həq səni eyləsin, ey şux, yaman gözdən iraq.
(Əyilib öpür, qaranlıq olur.)
Pərdə
On altıncı şəkil
Çayxana. Cavanlar, qocalar, işçilər, kəndlilər. Hərə bir tərəfdə oturub çay içir. Çayçı
Kərbəlayı Qafar samovarın böyründə əyləşib çay tökür. Qulluqçu aparıb qonaqların
qabağına qoyur.
Kərbəlayı Qafar (bir nəfər qonağa). Ağa Seyid Cabbar, təzə xəbəri eşitməyibsən?
Seyid Cabbar. Şəhərdə bir təzə xəbər var, o da Hacı Mirzə Əhməd ağanın Hacı Kamyabın qızını alması. Doğrusu, bu əhvalat Hacı Kamyabın daha da şöhrətinə və başıucalığına səbəb olacaq. Hacı Kamyab yatsaydı, yuxusunda da müctəhid ağanın ona damad olmasını görməzdi.
Kərbəlayı Qafar. Xeyr a, əhvalatı başdan-başa bilməlidir. Məsələ bir tək ağanın evlənməsi deyil. Ağa indiyədək yeddi-səkkiz arvad alıb. Məsələ qızın öz ayağilə gəlib ona düçar olmasıdır.
Seyid Cabbar. Deməli?
Səyyad peyi seyd dəvidən əcəbi nist,
Seyd əz peyi səyyad dəvidən məzə darəd.
Kərbəlayı Qafar. Bəli, bəli! Bundan sonra Hacı Kamyabın qabağında durmaq olmayacaq.
Birnəfərcavan. Hacı Mirzə Əhməd ağa yaxşı iş görübdür? Bu sifət müctəhidə yaraşan sifətdirmi? Heç bir insanlıqdan az-çox xəbər olan, əmanətə xəyanət etməz. O ki Allahın elmini oxuyubdur.
Seyid Cabbar. Hansı əmanətə xəyanət edibdir?
Birnəfərcavan. Iki cavan vücud biri-birlərini sevib, ona pənah gətirirlər. O da onların biri-birlərinə yetirməyin əvəzində onları biri-birindən ayırıb, özü qıza sahib olub, oğlanı qovdurur. Eyib olsun ona.
Seyid Cabbar. Bihəya, sən nə cürət edib burada müctəhid ağanın sözünü danışırsan?! Müctəhid ağa məgər sənin yoldaşındır? Qorxmayırsan burada sənin cəmdəyini yıxalar?
İkincicavan. Doğru danışanın papağı yırtıq olar. Kimin nə haqqı var ona bir çırtma vura?! Bəlkə biz hamımız əhvalatdan müxbirik. Hacı Mirzə Əhməd ağanın hərəkəti hamımıza toxunubdur. Hətta ürəyimizdə ona bir nifrət də əmələ gəlibdir.
Seyid Cabbar. Kərbəlayı Qafar, bu oğlanlar ikisi də kafirdirlər. Bunların hər ikisinin qətli vacibdir. Bunların çay içdikləri qab murdardır, suya çəkilməlidir.
Birincicavan. Istədiyimi dedim, arif olan anlar.
Seyid Cabbar (çay içənlərə). Həzərat! Bunlar mürtəddirlər, qanları halaldır vurun bu binamusları! Neçə adam cavanların üstünə tökülür. Cavanlardan biri müdafiə üçün xəncər, o biri tapança çəkir. Üç nəfər kəndli cavanlara tərəf düzülürlər.
Birincikəndli. Qardaşlar, nə istəyirsiniz bu cavanlardan?
Seyid Cabbar. Görmürsünüz Hacı Mirzə Əhməd ağanın haqqında nə danışırlar?
Birincikəndli. Hacı Mirzə Əhməd ağa da bizim kimi bir adam deyilmi? Onun haqında söz danışılanda qiyamətmi qopar?
Seyid Cabbar. Qopar, o bizim müctəhidimizdir, atamızdır, peyğəmbərimizin canişinidir.
Kamran (rəfiqlərilə daxil olur). Nədir, nə qeyl-qaldır?
Birincicavan. Budur, işin sahibi gəldi, sizinlə özü söhbət eləsin.
Kamran. Nə söhbət?
Birincicavan. Burada Hacı Mirzə Əhməd ağanın evlənməyinin söhbətidir. Biz ağanın əməlinin müctəhidlik sifətinə yaraşmadığından danışdıq. İndi camaat bizim adımızı kafir qoyub, bizi öldürmək istəyir.
Kamran. Qardaşlar, bir qədər sakit olun. Mən də bir neçə söz deyim. Sonra vacib bilsəniz, məni də, bu cavanlarla bir yerdə öldürə bilərsiniz.
Seyid Cabbar. Mürtədin biri də gəldi.
Kamran. Ağa, mürtəd nəyə deyirsiniz?
Seyid Cabbar. Mürtəd sizin kimi dindən çıxanlara: Allaha, dinə, müctəhidlərə səbb edənlərə.
Kamran. İndi, ağa, izin verin mən də bir neçə söz deyim. Əgər məni haqsız görsəniz, öldürə bilərsiniz.
Seyid Cabbar. Mən sizin kimi mürtədlərin danışığına qulaq da asmaq istəmirəm. Sizə qulaq asmaq da günahdır.
Cavanlar və kəndlilər. Danış, danış!
Kamran. Qardaşlar, mən əmim qızını sevirdim, o da məni sevirdi. Əmim qızını başqasına vermək istəyirdi. Biz sözləşib, qaçıb gedib Hacı Mirzə Əhməd ağaya pənah gətirdik. Müctəhid qızın kəbinini özünə kəsib, məni rədd elədi. Mən sizi inandırıram ki, mənim müctəhid ilə ədavətim var isə də, şəxsidir. Onu meydana çəkmirəm. Mən bilirəm, o bilir. Ancaq bir məsələ var ki, əvvəla, müctəhid bir şəxsin sevgilisini əlindən alıb özünə zövcə etdikdə, günah əməl tutur, ya yox?
Cavanlarvəkəndlilər. Bəli, günah əməl tutur.
Seyid Cabbar. Necə şəriəti pozub peyğəmbər özü oğlum dediyi Zeydin arvadını görüb, ona eşq yetirib, boşadıb aldı?! Deyəcəksiniz: o da günah əməl tutub.
Kamran. Mən bu əhvalatı bilmirdim, günahdan da günahdır və belə əməl tutana mən peyğəmbər demərəm.
Seyid Cabbar. Yox, bu, mürtədlikdən də ötdü. And olsun cəddimə, bunun qanı halaldır.
Kəndli. Əgər peyğəmbər bu işi tutubsa, mən ona peyğəmbər demərəm. Bu işi heç bir avam kəndli eləməz.
Kamran. Peyğəmbər tutmasa, onun nəvəsi deməz. Yəqin bu, olmuş işdir. Müctəhid mənim əmimə buyursa idi ki, mən qızı Kamrana verəcəyəm sən danışma, əmim nə deyə bilərdi?
Cavanlar. Heç bir şey.
Kamran. Müctəhid bilmirmi ki, qızın razılığı olmasa, ona kəbin kəsmək şərrən haramdır?
Cavanlar. Əlbəttə bilir.
Kamran. Bunu bilə-bilə zorən mənim nişanlımın kəbinini özünə kəsmək şəriəti pozmaqdır, ya yox?
Hamı. Pozmaqdır, pozmaqdır.
Kamran. Müctəhid Hacı Mirzə Əhməd ağanın yeddi nəfər arvadı var. Bu arvadları nə ilə saxlayır? Yüz min tümənlər ilə ona imam malı gəlir. Ondan min tümən füqəraya vermir. Qalan pullar necə olur? Şəhərin tacirlərinin qarnına dolan plov kimin hesabınadır?
Cavanlar. Füqəranın.
Kamran. İndi siz fikir eləyiniz. Bir belə günah əmələ bizim birimiz mürtəkib olsaq, deyərlər avamdır, hamildir. Bu sözləri müctəhidə demək olarmı? O, avam, cahil deyil, alİmdir. Cəmi ülumdan xəbərdardır. O bilir ki, şəriətdə onun yeri cəhənnəmdir. O ya cəhənnəm odunu özünə qəbul edir, yainki cəhənnəm odunun yoxluğunu yəqin edibdir. Vəxti ki, füqəraya məxsus iman malını mənimsəyib şərafətlə yeyib, kef çəkir və Allahın buyurduğunu pozur, yəqin ya boynuna günah götürür, yainki Allahın yoxluğunu öz elmilə təyin edibdir. Bunu görəndə mən yəqin edirəm ki, nə yuxarıda, nə aşağıda heç bir şey yoxdur. Məhz bu avam camaatı qoyun kimi soymaq üçün din büsatını üləma əlində bir alət qayırıbdır. Yəqin bilin ki, müctəhid Mirzə Əhməd ağa Allahın və cəhənnəm odunun varlığını etiqad etsə idi, bu əməlləri tutmazdır. O ki alimlikdə etiqad etmir, yəqin yoxdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-kamran-dorduncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
1870-ci sənənin may ayının 4/17-ci günündə Şuşa qəzasında təvəllüd etmişəm. Atam Əsəd bəy qəza dəftərxanasının mütərcimi olub. Üç sinnində ikən atamı qeyb edib, bir neçə il əmim Əbdülkərim bəyin təhti-tərbiyəsində, sonra anamın ikinci şöhəri Həsənəli bəy Sadıqovun tərbiyəsi altına keçmişəm. Bu kişi mənə həqiqət ikinci atalıq etdiyindən, onu həmişə xeyirlə yad edirəm. Rus əlifbasının və rus qiraətini ilk dəfə Həsənəli bəydən öyrənmişəm. 1880-cı ilin may ayınadək kənddə olub, sonra Şuşa şəhərinə köçüb, altı sinifli şəhər məktəbinə girmək üçün hazırlanmağa başladım və bu niyyətlə məni müəllim Yusif bəy Məlik-Haqnəzərovun müvəqqəti yay məktəbinə qoydular. Sentyabr ayında imtahan verib, şəhər məktəbinə daxil oldum və bir ildən sonra Şuşada təzə açılmış realni məktəbə keçdim. Realni məktəbdə oxuyarkən, yenə hər ay Yusif bəyin “kontoruna” gedirdim. Yusif bəy mütəəssib bir teatro həvəskarı idi. Yay fəsillərində Şuşaya cəm olan kənd müəllimlərinin iştirakilə neçə teatrolar qabaqca Şahnəzərovun evində və sonra şəhər klubunun zalında verirdilər. Oynanılan əsərlər ancaq Mirzə Fətəlinin komediyalarıydı. Onlardan savayı meydanda heç bir əsər yox idi. Yusif bəy özü mütəəssib olub şagirdlərini də teatro tərəfinə həmişə təşviq edərdi. Və mənim teatroya həvəsim, onun təşviqi sayəsində başlanıb, gəldikcə artdı. Axır vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına baxmayaraq, mənim əsərlərimdə rollar götürüb, gözəl oynardı.Realni məktəbin dördüncü sinfində ikən, Mirzə Fətəlinin komediyalarına oxşar əsərlər yazmağa başladım. Söz yox ki, bunlar hamısı zəif və uşaq əlindən çıxmış cızmaqaralar idi. Hər yazdığımı aparıb Yusif bəyə göstərərdim. O da oxuyub, fəqət imlamı düzəldib, qaytarardı özümə və gözəl nəsihət ilə yola salardı.
Tərcümeyi-halımTəvəllüdüm 1870-ci ilin may ayının 4\17-ci günündə Şuşa şəhərinin 20 kilometrliyində vaqe Ağbulaq kəndinin civarında Dolus bulağı adlanan çeşmənin kənarında. Atam Əsəd bəy və anam Hüsnü Cahan xanımdır. Üç yaşında ikən atamı qeyb edib, yetim qalmışam və məni əmim Əbdülkərim bəy öz təhti-tərbiyəsinə almış. Atamın vəfatından üç sənə sonra anam kənd çinovniki Həsənəli bəy Sadıqova ərə getmiş. Bu izdivacdan əmim narazı olduğundan, üç sənə mənim anamı evinə qəbul etməyib, mənə də onunla görüşməyi qadağan etdi. Neçə sənə əmim evində qalmaq mənim üçün bir əzab idi. Əmimin arvadı bir yandan və qardaşı oğlu bir yandan əmimdən bixəbər mənə olmazın əzablar verirdilər. Əmimə şikayətlənməkdən qorxurdum. Çünki şikayətdən sonra ikiqat əzabını alacaq idim. Axır bir gün davam etməyib ayaqyalın, başıaçıq birbaş anamın yanına qaçdım. Anamın ikinci əri məni öz oğlu kimi qəbul edib, həqiqətdə öz oğlundan ayırmayıb, mənim tərbiyəmlə məşğul oldu və mən o kişinin tərbiyəsi sayəsində oxuyub 1890-cı sənədə Şuşada və 1891-ci sənədə Tiflisdə realni məktəbi bitirib ali təhsil üçün Peterburqa getdim. Peterburqda əvvəl Yollar institutuna daxil olub və sonra bir para səbəblərdən oradan darülfünunun Şərq şöbəsinə keçib, 1899-cu sənədə ikmali-təhsil alıb Qafqaza qayıtdım. İki sənə Şuşada qalıb 1901-ci sənədə Bakıya köçdüm. Üç sənə burada müəllimlik vəzifəsi daşıdım. 1904-cü sənədə dübarə Şuşaya qayıdıb, orada bələdiyyə idarəsi üzvlüyünə intixab olundum. 1906-cı sənədə birinci padşahlıq dumaya Gəncə quberniyası tərəfindən məbus getdim. Duma qovulduqdan sonra “Nadejda” sığorta və nəqliyyat cəmiyyətinin müfəttişi vəzifəsini alaraq Qafqaza qayıdıb Gəncədə sakin oldum. 1908-ci sənə “Nadejda” cəmiyyəti dərşikəst oldu və məni Hacı Zeynalabdin Tağıyevin paroxodstvasına müfəttişlik vəzifəsinə təklif etdilər. Bu axır vəzifələr mənə Zaqafqaziyanın və İranın çox yerlərini siyahət edib qiymətli məlumat almağıma səbəb oldu.1911-ci sənədə “Tağıyev-Behbudov” keyfiyyətindən dolayı qulluqda olan qarabağlıları və o cümlədən məni paroxodstvadan ixrac etdilər (bu xüsusda İndi də əlimdə sənəd var). Paroxodstvadan xaric olandan sonra Ağdama köçüb orada 1916-cı sənəyədək yaşayıb ədəbiyyatla məşğul oldum. 1916-cı sənədə məişətimizin ağırlaşmasına görə Tiflisə gedib orada “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsinə qəbul oldum və “Şəhərlər ittifaqı”nın Qafqaz şöbəsi əxbarının rus dilində aylıq jurnalının müdiriyyətini mənə həvalə etdilər. Fevral inqilabından sonra Tiflis icraiyyə komitəsinin və onun mərkəzi şurasının üzvlüyünə intixab olundum. Həmin ilin mart ayında Borçalı qəzasına komissar intixab olunub Şulaver qəsəbəsinə gedib, bir il yarım orada işlədim. Zaqafqaziya xüsusi cümhuriyyətlərə ayrıldıqdan sonra gürcü hökuməti idarələri milliləşdirməyi qərara aldı. O səbəbdən işlədiyim idarəni gürcülərə təhvil verib Tiflisə qayıtdım. Tiflisdə azərbaycanlılar üçün təzə açılmış ali-ibtidai məktəbə inspektor təyin olunub yenə müəllimliyə üz qoydum. Həmin sənənin oktyabrında Gürcüstan parlamanına Tiflis azərbaycanlıları tərəfindən göndərilən dörd məbusun biri mən oldum. 1919- cu sənədə Gürcüstan parlamanı əvəzinə məclisimüəssisan çağırıldı.
Bizim yabılığımızMəlumdur ki, dünyada cins at var. Bir cinsə köhlən, o birisinə yabı deyirlər. Köhlən at ilə yabının təfavütünü hamı bilir. Ona görə artıq təfsilata bu barədə ehtiyac yoxdur. Köhlən atlar aristokrat hesab olunurlar. Onların yeməyinə, içməyinə, tövləsinə həmişə artıq diqqət olunur. Bəzi köhlənə üçdörd nəfər adam qulluqçu təyin edirlər. Köhlən atlara gözəl yerlər ararlar, baha qiymətə alınmış çullar ilə onların lətif bədənlərini örtərlər. Köhlən atın qiyməti üç yüz manatdan tutmuş neçə minəcən gedər. Bir neçə il bundan irəli padşahlıq at zavodu üçün bir ata iki yüz min manat pul verib ingilisdən alıb gətirdilər.Atın köhləni ancaq minik üçün və ya müzəyyən faytonlara və karetalara qoşulmaq üçün saxlanılır. Ağır işə köhlən atı nəcib olmağına görə salmazlar. Ağır işlər, arabalar və yüklər üçün də yabı saxlarlar. Yabının biri alınır otuz manatdan tutmuş altmış manatacan. Yabının yeməyinə, içməyinə artıq diqqət olunmaz. Ayda bir dəfə tumarlanmaz, həmişə belində bir ağır palan, görürsən gah çuval altında, gah səbət altına gedir.
Tənqidə tənqidDüşənbə günü Hacı Zeynalabdin Tağıyevin teatrında oynanan mənim “Ağa Məhəmməd şah Qacar” sərlövhəli əsərim barəsində bir qəzetə bir böyük tənqid yazmış. Tənqid nə dil ilə yazılıb, oxucular özləri görürlər və mənim haman dildə ona cavab verməyimi özümə naşayistə bilib, yenə söz demək istəyirəm.Əlbəttə, hər bir təsnif barəsində hər şəxs öz təsəvvürünü yazmaqda və danışmaqda hurdür. Amma şəxsiyyətə toxunmaq, şəxsiyyət haqqında iftira, böhtan və yalan danışmaq ədib sifəti deyil.