Contents
  1. Doqquzuncu şəkıl
  2. Onuncu şəkil
  3. On birinci şəkil
  4. On ikinci şəkil

Page 2 of 3 · 33%

Kamran. Mən sənə necə dedim, elə də elərsən. Apar ver əmimə, deyinən qoysun dövlətinin üstünə, azalmasın. (Qapı döyülür, Kamran çıxır.)

İbrahim. Ay arvad, oğluna sən nəsihət elə, uşağın ağlı özündə deyil.

Kamran (qayıdır). Yoldaşlarım gəlirlər. Siz gedin. Sonra söhbət edərik. (İbrahim və Cahanbanu gedirlər. Daxil olurlar: Cahanbəxş, F əramərz, Xurşid). Buyurun, buyurun.

Cahanbəxş. Oğlan, harada qalıbsan? Bu gün neçə gündür görünmürsən. Biz fikir etdik xəstələnibsən.

Kamran. Elə xəstə kimi varam.

Cahanbəxş. Yəni necə?

Kamran. Ta mən nə söyləyim? Neçə gündür ovqat təlxliyim var. Ona görə evdən çıxmıram.

Fəramərz. Ovqat təlxliyinin səbəbini biz hamımız bilirik.

Kamran. Bilirsiniz, daha nə xəbər alırsınız?

Fəramərz. Biz gəlmişik sənin dərdinə bir çarə tapaq. Sənin namusun bizim hamımızın namusudur. Tamam şəhərə məlumdur ki, Hacı Kamyab qızını Xudayar xanın oğluna verir. Hacının arvadı danışmamış yer qoymayıbdır. Hacı çox da olsun dövlətli, sən kasıb. Əmi qızı əmi oğluna düşər. Biz bilirik, sən bu işlərdən sınıbsan və bu məsələ bizim hamımızı sındırıbdır.

Kamran. Sizin əlinizdən nə gələ bilər?

Xurşid. Mən bu gün Hacı Kamyaba bir adsız kağız yazaram ki, qızını

Kamran a ver, ya özünü ölmüş bil.

Fəramərz. Qəribə təklifdir! Istəyirsən sabah gəlib Kamranı aparıb bassınlar həbsə?

Xurşid. Sən buyur, cənab Fəramərz!

Fəramərz. Əlacı qızı götürüb qaçmaqdır. Kamran ilə qızı elə gizlərik ki, şeytan da tapa bilməz. Bir neçə ay keçdikdən sonra üzə çıxardarıq.

Xurşid. Bilirsənmi ki, onda Xudayar xanın atlıları hacı Kamyabda istitaət qoymazlar?

Fəramərz. Cəhənnəmə qoymasınlar. Kamran a hacı Kamyabın məgər dövləti lazımdır? Ancaq onun və bizim namusumuz tapdalanmasın.

Kamran. Qardaşlarım, sizdən çox razıyam. Ancaq iş-işdən keçib. Qız götürüb qaçmaq istəyən gərək qız ilə bir əlaqə bağlasın. Məni hacı Kamyabın evinə yavuq qoymazlar. Amma qızın yanına mən adamımı göndərə bilərəm.

Fəramərz. Sən bir yol tap, biz də sənə kömək eləyək. Qızı götürüb qaçaq, aparaq elə bir möhkəm yerə ki, heç kəs oraya yaxın çıxmasın.

Cahanbəxş. Hanı o qüvvətli yer ki, Hacı Kamyabın oraya əli çatmasın?

Fəramərz. O qüvvətli yeri mən ərz eləyim. O yer Hacı Mirzə Əhməd ağa müctəhidin evi. Hacı Kamyab heç bir cürətlə müctəhidin evinə hücum edə bilməz.

Xurşid. K a m r a n, sən fikirləş, qız ilə əlaqə bağlamağa yol ara, qalan iş asandır. İndi bir boş çanağı dolu çanağa vurarıq, pənah Allaha. Gedək, uşaqlar. Ancaq iş baş tutmasa da qəm yemə.

Gedirlər.

Kamran (bir qədər fikirdən sonra). Ata.

İbrahim (daxil olur). Nədir, ay bala?

Kamran. Deyirlər Gövhərtac xəstə yatır.

İbrahim. Bəli, neçə gündür xəstədir.

Kamran. Həkimbaşı Mirzə Mehdi onu müalicə edir?

İbrahim. Bəli.

Kamran. Çox yaxşı, heç zad olmaz, bir az yatıb sağalacaq. Ata,

əmim sənə verdiyi iki min tüməni neylədin?

İbrahim. Məndədir, oğul. (Pulu çıxarır.)

Kamran. Ver buraya. (Alır.)

İbrahim. Bax belə. Ay oğul, hər adamın bir tayı olar. Yəqin bu

yoldaşlarının evində qızları var. Birinə elçi düşərik, alarsan, dərd-qəmin

yadından çıxar. Əlində də ki, maya var, alış-veriş edərsən.

Kamran. Gözəl alış-veriş edəcəyəm, ata, görərsən.

Pərdə

On birinci şəkil

Həkimbaşı Mirzə Mehdinin evi. Mirzə Mehdi öz otağında əyləşib xəstələri
qəbul edir. Mirzə Mehdi və bir nəfər xəstə.

Mirzə Mehdi. Sənin xəstəliyin elə ağır bir xəstəlik deyil. Bir neçə günə bilmərrə sağalarsan. (Nüsxə verir.) Burada həb yazmışam. Gündə üç dəfə çörəkdən sonra bu həbdən iki dənəsini atarsan, xəstəlik rədd olub gedər.

Xəstə. Zəhmət verdim, mirzə, mərhəmətiniz artıq olsun. (Pul verir, mirzə pulu alıb döşəyin altına qoyur.)

Birqadın (daxil olur). Mirzə, Qurbanın olum, səni deyib gəmişəm, ya məni burada öldür, ya dərdimə bir əlac elə.

Mirzə Mehdi. Bacı, təbib yanına gəlibsən, dərdini söylə, uzun dibaçə lazım deyil.

Qadın. Oxuduğuna Qurban olum, mirzə, gözümün ağı-qarası bircə oğlum var. Dünən yoldaşları ilə nahardan sonra gedib hamama, oradan qayıdan kimi dili tutulub, ölü kimi düşübdür. Amanın günüdür, mirzə.

Mirzə Mehdi. Bacı, sən nahaq mənim yanıma gəlibsən. Oğlun bir heyvanın çörəyini yeyib gedib hamama, çıxıb özünü verib soyuğa, olub heyzə, zatülcənb. Sən get bir baytar tap, apar oğluna müalicə eləsin. Ona insan müalicəsi kar eləməz. Heyvan müalicəsi lazımdır.

Qadın. Mirzə, mənim əlimi ətəyindən üzmə, izin ver, ayaqlarına sərilim. Al, bu balaca xərcliyi də ətə ver.

Mirzə Mehdi. Bu azdır. Mən belə pullara həkimlik eləmərəm.

Qadın. Artıq pulum yoxdur, Qurbanın olum. Yoxsul, dul arvadam.

Mirzə Mehdi. Yoxsulsan, get Mirzə Heydərquludan, Mirzə Ələkbərdən birisini apar, oğluna müalicə eləsin. Mənim həqqül qədəmim üç tüməndir. Onlar yarım tümənə də gedirlər.

Qadın. Əlacım nədir, Qurbanın olum? Qalanını də gələrsən, evdə verərəm.

Mirzə Mehdi. Evin haradadır?

Qadın. Evim Zərgəran məhəlləsində, Hacı Kamyab ilə qapıqapıyadır.

Mirzə Mehdi. Xub, get, məni evində gözlə. Bir azdan sonra mən hacı Kamyabın evinə gedəcəyəm. Oradan çıxanda, sənin də naxoşuna baxaram.

Qadın. Qədəminə Qurban olum, mirzə, mürəxxəs olum.

Mirzə Mehdi. Xoş gəldin.

Qadın gedir, Kamran. daxil olur.

Kamran. Salaməleyküm, mirzə əmi.

Mirzə Mehdi. Bay, əleykəssalam, qardaş oğlu. Sən nə əcəb buraya gəlibsən? Məgər sən xəstələnmişsən? Gəl-gəl, yavuğa gəl. Burada, yanımda əyləş. Söylə görək nə xəbərdir, dərdin nədir?

Kamran. Mirzə əmi, mənim dərdim böyük dərddir, çarəsi ancaq sizdədir. Siz müalicə etməsəniz, yəqin ki, öləcəyəm. Ancaq, doğrusu, açıb deməyə utanıram.

Mirzə Mehdi. Qardaş oğlu, adam dərdini həkimdən gizlətməz və gizlənən dərdə də çarə olmaz. De görüm, oğlum, dərdin nədir?

Kamran. Siz özünüz bilirsiniz ki, bu boyda uşaqlıqdan əmim Hacı Kamyabın evində qızı Gövhərtac ilə bir yerdə böyümüşəm və uşaqlıqdan bir-birimizə məhəbbət yetirmişik. Bu məhəbbət get-gedə özünün təbii yoluna düşdü. Bağışlayın, mirzə əmi, baş ağrısı verirəm və sizin vaxtınızı əlinizdən alıram.

Mirzə Mehdi. Söylə, oğlum, söylə eybi yoxdur.

Kamran. Bəli, axırda biz biri-birimizi sevdik. Doğrudur, mən böyüyəndən sonra əmim məni evindən genizdi. Bu da təbiidir. Bununla belə, həm mənim və həm Gövhərtacın yəqinimiz bu idi ki, əmim bizi biri-birimizdən ayırmayacaq və cəmi qohum-əqrəbanın da yəqini bunda idi ki, hamı deyirdi: Hacı Kamyab heç vaxt istəməz ki, dövləti kənar bir şəxsin əlinə keçsin. Yəqin qızını qardaşı oğluna verəcək. İndi əmim qızını Xudayar xanın oğluna verir. Ondan nişan da qəbul edibdir. Mən də qalmışam kənarda, əlim qoynumda. Gövhərtac da həmin gündən bəstəri naxoşdur. Onun heç bir mərəzi yoxdur, məgərinki məhəbbət.

Mirzə Mehdi. Onu mən də yəqin etmişəm. Bəs mənim yanıma gəlməkdən məqsədin nədir?

Kamran. Mirzə əmi, bu yerdə ancaq siz mənə kömək verə biləcəksiniz.

Mirzə Mehdi. Mən nə kömək verə bilərəm?

Kamran. Siz Gövhərtaca müalicə edirsiniz. Onunla hər gün görüşmək imkanı sizdə var. Mənim bircə sifarişimi ona yetirin.

Mirzə Mehdi. Nə sifarişin var? Deyilən, yetirim.

Kamran. Allah sizdən razı olsun, mirzə əmi. Mən sabah gecə onu neçə nəfər rəfiqlərimin köməyi ilə aparmağı qət etmişəm. Sizdən xahişim budur: ona deyərsiniz azandan bir saat keçmiş əndərunun küçə qapısında olsun.

Mirzə Mehdi (hiddətli). Bu nə növ təklifdir mənə eləyirsən?! Mənim boynuma atdığım vəzifənin qəbahətini düşünürsənmi? Eyib olsun sənə! Sənin atan İbrahim bir ağıllı kişidir. Amma sən ona oxşamayıbsan. Əgər İbrahimin və Hacı Kamyabın xatiri olmasaydı, sənə çox ağır sözlər deyərdim. Dur buradan zəhmət çək, get. Gör bir küpəgirən qarı tapa bilərsənmi ki, belə sifarişləri onunla göndərəsən.

Kamran. Mirzə əmi, məgər siz cavan olmayıbsınız? Məgər cavanlıq, məhəbbət nə olduğunu bilmirsiniz? Siz görürsünüz ki, mən cavanam, bu saat başıma hava vurub, danışığımı özüm də bilmirəm. Məni bağışlayınız. Siz həkimsiniz, mərizlərə dərman edirsiniz. Vəxt ki, sizin bircə sözünüz bir cavan mərizi ölümdən qurtaracaq, o sözü deməyi siz necə qəbul etmirsiniz? Rəhmətiniz gəlsin, mirzə əmi. Bu xırdaca töhfəni də məndən qəbul edin. (Atasından aldığı pulları həkimbaşıya

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets