Üçüncü pərdə
Page 3 of 3 · 67%
təqdim edir.)
Mirzə Mehdi. Oğul, bu yol nahaqdır. Sənin axırkı sözlərin kifayətdir. Bir söz ki bir cavanın diriliyinə səbəb olacaq, onu deməmək günahdır.
Kamran. Yox, mirzə əmi, xahiş edirəm qəbul edəsiniz. Bu xırdaca töhfə mərəzimə müalicə etmənizin həqqi, zəhməti olsun.
Mirzə Mehdi (pulları götürür). Əlbəttə, oğlum, sifarişini yetirrəm.
Kamran. Allah sizdən razı olsun, mirzə əmi, izin verin əlinizdən
öpüm.
Mirzə Mehdi. Yox, yox, oğlum, lazım deyil.
Kamran zorən onun əlini öpür.
Kamran. Qulluğunuzdan mürəxxəs olum.
Mirzə Mehdi. Xoş gəldin, oğul, səni xoşbəxt olasan. (Kamran çıxır, bir başqa xəstə daxil olur.) Gəl əyləş görüm...
Pərdə
On ikinci şəkil
Hacı Kamyabın evi. Bibixatun və Gövhərtac.
Gövhərtac. Həkimbaşının dünən mənə verdiyi nə gözəl dərman idi! Bir qaşıq içəntək naxoşluğum bilmərrə rəf oldu getdi. İndi daha heç yerim ağrımır.
Bibixatun. Atan da buyurdu, bir yaxşı qoyun aparıb, məscid həyətində kəsib, füqəraya paylasınlar. Bir atlı da Xudayar xanın yanına göndər ki, sənin salamat çıxdığını xəbər versin. Yoxsa yazıq xanın gündə adamı gəlirdi.
Gövhərtac. Vallah, ana can, Mirzə Mehdi kimi həkim Yer üzündə yoxdu. Atam istəyirdi Parisdənmi, haradanmı həkim gətirtsin. Onların heç birisi mənim dərdimi tapmayacaqdı. Amma Mirzə Mehdi belə asanlıqla tapıb, məni diriltdi.
Bibixatun. Mirzə Mehdinin xidmətinə bu anayın canı Qurban.
Gövhərtac. İndi, ana can, yemək, içmək istəyirəm. Könlümdən oxumaq, oynamaq keçir.
Bibixatun. Həkimbaşı da elə buyururdu. Deyirdi gərək Gövhərtacın başını qarışdırasınız oxumağa, çalmağa. Gərək xiffət eləməsin.
Gö vhərtac. Kimin xiffətin eləyəcəyəm?
Bibixatun. Nə bilim? Bir para Hacı Rzanın, Xudadadın arvadları kimi ağzı göyçəklər orada, burada danışırdılar ki, guya sən qotur
Kamra nın dərdindən xəstələnibsən.
Gövhərtac. K a m r a n nədir? Adam onun dərdindən xəstə olar? O gedəndən bir az bikef oldum. Çünki həmişə onunla bir yerdə olurduq, uşaqlıqda bir yerdə oynayırdıq, atılıb-düşürdük. Sonra yadımdan elə çıxdı ki, heç bilmirəm Kamran. adlı dünyada adam varmı.
Bibixatun. Atan istərdimi ki, sən gedib qotur Kamran a arvad olaydın?! Səni verdi Xudayar xan kimi kişinin oğluna. Gedəcəksən, qılıncının dalı da kəsəcək, qabağı da. Qoy Hacı Rzanın arvadının canı çıxsın.
Gövhərtac. Ana can, mən bu gün atama deyəndə ki, sağalmışam atam dedi sənin sağalmağına görə mən böyük ziyafət düzəldib, tamam şəhərin qızgəlinlərini bura dolduracağam, kef eləsinlər.
Bibixatun. Elədir, bala. Odur bax, yavaş-yavaş gəlirlər. Neçə nəfər qız gəlib Gövhərtac ilə öpüşürlər.
Qızlardanbiri. Gözümüz aydın, ay Gövhərtac, şükür Allaha, salamat çıxdın.
Bibixatun. Şükür içində olasan, a qızım, Allah sənə də bir belə bəxt açsın. (Pəncərədən baxır.) Ora bax, ora. Hacı Rzanın arvadı ilə Hacı Xudadadın arvadı gəlir. İndiyədək dalda ağızlarına gələni mənim haqqımda söyləyirdilər. İndi gəlib iki min yaltaqlıq eləyəcəklər.
Hacı Rzanınarvadı. Ay Bibixatun, and olsun oğlumun canına, Hacı gəlib mənə deyəndə ki, Hacı Kamyab qızını Xudayar xanın oğluna verir, elə bildim dünyanı mənə verdilər. O qədər şad oldum. Sən bilirsən ki, mən səni bacımdan artıq istəyirəm. Allah qızını xoşbəxt eləsin. Sonra onun xəstələndiyini eşidib çox qəmgin oldum. İndi şükür olsun Allaha, salamat çıxdı.
Bibixatun. Mənim qızımın Xudayar xanın oğluna verildiyinə çox adam köks ötürür. Guya Hacı Kamyab Xudayar xandan əskik kişidir. Xudayar xanın mülkündən, dövlətindən Hacı Kamyabınkı çoxdur. Siz elə bilirsiniz ki, mən çox şadam? Mən heç Xudayar xanın oğlunu qızıma layiq bilmirəm.
Hacı Xudadadınarvadı. Nə sözdür, Hacı Kamyabın özü də bir xandır.
Qadınlar, qızlar bir-bir daxil olub Gövhərtac ilə, anası ilə öpüşürlər.
Bir dəstə Qadın sazandası gəlir.
Bibixatun. Əyləşin, şam hazır olunca doyunca çalın, oynayın. Sazandalar çalırlar. Böyük rəqs.
Hacı Rzanınarvadı. A Bibixatun, qızıyın şadlıq günüdür, sən niyə bir durub oynamırsan?
Bibixatun. Oynamaq mənim harama yaraşır? Heç mənim bir yerdə oynadığımı görübsən?
Hacı Xudadadınarvadı. Elə demə, Bibixatun, Hacı Səttarın oğlunun
toyunda heç kəsə macal vermirdin. İndi nə olubdur oynamırsan?
Bibixatun. O bir başqa vaxt idi, keçdi.
Hacı Rzanınarvadı. A Bibixatun, ondan bəri qocalmadın ki? Ana məgər qızının şad günündə şad olmaz, dur ayağa, bir-ikibaş oyna. Hər bir tərəfdən. Bibixatun oynayacaq, Bibixatun oynayacaq.
Hacı Rzanın və Hacı Xudadadın arvadları onun qolundan tutub durğuzurlar.
Bibixatun. Hərçənd mənə layiq eləməz, ancaq xahiş eləyirsiniz, oynaram. Sazandalar çalırlar, Bibixatun oynayır.
Hacı Rzanınarvadı (Hacı Xudadadın arvadına). Eşitdin?
Hacı Xudadadınarvadı. Eşitdim.
Hacı Rzanınarvadı. Yəni mən xan qayınanasıyam, belə adamların məclisində oynamaq mənə yaramaz. Gör nə sümük sındırmadan oynayır.
Hacı Xudadadınarvadı. Bəli, Ərdəbil pişiyi, küftə görməmiş.
Bibixatun (yorulmuş oturur). Bu da mən, sizin xatiriniz üçün oynadım.
Hamı. Sağ olsun Bibixatun, sağ olsun Bibixatun! Yenə böyük rəqs.
Qızlardanbiri. İndi növbət Gövhərtacındır, gərək o oynasın.
Bibixatun. Gövhərtac, qızım, gəl. (Çağırır.) Ay qız, Gövhərtac,
Gövhərtac! Bu qız necə oldu? Bircə otağına baxın, yoxsa ürəyi pis oldu?
Bir nəfər qızlardan otağa baxıb qayıdır.
Qızlardanbiri. Öz otağında da yoxdur.
Bibixatun (təşvişə düşür). Ay uşaq, bu evləri dürüst axtarın. Bu qız hara getdi?!
Neçə nəfər çıxır.
Hacı Rzanınarvadı. Hara getmiş olacaq?
Hacı Xudadadınarvadı. Harda olsa İndi gəlib çıxar, evdən qaçmayacaqdır ki!
Qulluqçularqayıdırlar. Xanım, otaqların hamısını axtardıq, heç yerdə yoxdur.
Bibixatun. Bəlkə bağçaya çıxıbdır?
Qulluqçu. Bağçada da yoxdur.
Bibixatun. Bəs bu qız yerə batmadı, göyə çıxmadı?! (Qadınların arasına qarışıqlıq düşür.) Tez Hacı Kamyaba xəbər verin.
Hacı Rzanınarvadı. Mən imanım, qız qaçdı.
Hacı Xudadadınarvadı. Qəbrinə qaçsın, hara qaçacaq?
Hacı Rzanınarvadı. Belə sevgilisi K a m r a nın evinə.
Hacı Xudadadınarvadı. Sən də danışdığını bilmirsən, Xudayar xanın oğlunu buraxıb itin birinə gedəcək?!
Hacı Rzanınarvadı. Bilirsən ki, qızı öz xoşuna qoysalar, ya zurnaçıya gedər, ya balabançıya.
Qulluqçular. Hacı ağa gəlir.
Qadı nlar hamısı çıxırlar, Bibixatundan savay.
Hacı Kamyab. Bu nə xəbərdir? Qız yoxdur nədir?
Bibixatun. Gəl ay başı daşlının oğlu, başına çarə qıl, gör qızın necə oldu?
Hacı Kamyab. Qızım necə olacaq?
Bibixatun. Necə olacaq? Elə olacaq ki, çıxıb evdən qaçıb. Get axtar tap! Hacı Kamyab. Vay mənim başıma, sinəmdə ilan bəslədim. Qızı yəqin
Kamran apardı. Bu saat şəhəri adam ilə dolduraram, hər yerə atlılar göndərrəm. Qızımın ölüsünü, ya dirisini tapıb gətirərlər. Qəm yemə, arvad. Mənə Hacı Kamyab deyərlər. Dünyanın altını üstünə çevirərəm! (Çıxır.)
Bibixatun (qışqırır). Aman Allah, aman! Allah, mənim başıma bir daş sal, Allah! Yer ayrılsın, məni udsun! Pərvərdigara, Əzraili göndər gəlsin, mənim canımı alsın! Xudaya, mən bundan sonra Hacı Rzanın, Hacı Xudadadın arvadlarının üzlərinə nə gözlə baxacağam?! Aman Allah, aman, Allah aman! (Çıxır.)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-kamran-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Həmin otaq. Mirzə Qoşunəli. qapını açıb daxil olur. Qapı açıq qalır, qapının dalında üç*nəfər kənd əhli görünür.*
Üçüncü məclisHəmin otaqdır. Hacı Səmədağa, Mehrixanım və Mirzə Qoşunəli., qoltuğunda bir*mücrü, durublar otağın ortasında.*
Dördüncü məclisHəmin otaq. Fərhad başıaçıq əyləşib, əlində bir neçə paket, baxır. Cibindən bir şəkil*çıxarıb baxır, bir dərin ah çəkib qoyur cibinə.*
Beşinci məclisVaqe olur Dustaqxananın mərizxanasında. İki taxt qoyulub, birinin üstündə*Fərhad**, o birinin üstündə bir ayrı Dustaq.
Poems by other poets
Ruxun şövqilə ah etsəm olur dudən şərər peyda,Nə mehr olur bu kim zərrati-atəşnak edər peyda
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən
SəndədirMah camalın şölə saçır ay kimi,Gözüm, könlüm, ay Süsənbər səndədir.
Qəzəl: Hər zəman kan qəd-o balaهر زمان کان قد و بالا ز نظر میگذردوه چها بر دل و بر دیدهٔ تر میگذرد