Page 2 of 4 · 25%

Gördüm rəfiqim buxaq məsələsində çox uzun müşərrəf eləyəcək, onun sözünü kəsib sual etdim:

– Gəncədə düşmək üçün yaxşı mehmanxanalar varmı?

Dedi:

– Çox gözəl müsəlman “qəsdin”ləri var: “İstanbul”, “Tehran”, “Parij” yaxşı əla nömrələr, əla xörəklər, çox rahat olarsınız.

Mehmanxanaların adını bilib, çəkilib kənarda bir stəkan çay istəyib əyləşdim. Təzə aşnam da aldığı qəzetəni qatlayıb qoltuq cibinə qoyub, gedib bir kürsü üstündə əyləşdi. Bir azdan sonra rəfiq başladı xoruldamağa. Bunun belə xorultusundan yəqin etdim ki, qoynundakı çılpaq xanımlar hamısı onun vaqiəsinə giriblər.

Xülasə, sübh açıldı, nasilşİki oyadıb dedim:

– Şeyləri götür, apar faytona.

Genə nasilşik şeyləri götürüb qabağa düşdü. Mən də onun dalınca. İçdiyim çayın pulunu verib, çıxdım çölə və mənimlə də bərabər bir neçə nəfər çıxdı. Vağzalın qapısında çoxlu fayton dayanıb minik gözləyirdilər. Faytonçuların bir hissəsi müsəlman idi, bir hissəsi erməni. Ermənilər müsəlman faytonuna əyləşmirdilər, müsəlmanlar da erməni faytonlarına, mənim də nasilşİkim “fayton” – deyib qışqıranda br erməni faytonu yerindən tərpənmədi. Bir qoca qırmızısaqqal müsəlman faytonu sürüb, gəlib mənim qabağımda durdu. Nasilşik şeyləri faytona qoyub altı şahı məndən zəhmət haqqı alıb “spasibo”, yəni “çox razıyam”, ya “çox sağ ol” – deyib papağını başından çıxarıb, yenə təzədən başına qoyub getdi. Mən də əyləşdim faytona. Qoca kişi atların cilovunu üç

dəfə bərk dartıb sonra qamçı ilə İki dəfə atlara, bir dəfə də mənim başıma vurub yola
düşdü.
Xülasə, faytonçu yarım saat məni səhra ilə gətirdi. Yolun bir tərəfində
müsəlmanlar səbziyyat əkirdilər. O biri tərəfində üzüm ağaclarına qarğı düzürdülər.
Yolun qırağı ilə xırdaca arx axırdı və arxın qırağında da bir nəfər qoca kişi çömbəlib
saqqalının xınasını yuyurdu. Hərdənbir ovcu ilə suyu götürüb üzünə vururdu və çox
əziyyətlə saqqalından xırda-xırda kağız parçalarını qoparırdı. Yavaş-yavaş gəlib bir
böyük meydana yetişdik. Meydanın ortası dolu idi eşşəkçi ilə, qatırçı ilə, arabaçı ilə.
Kimi odun satır, kimi qalır satır, kimi saman satır, kimi süd satır, kimi kömür satır.
Meydanın üç tərəfi dükanlardı və bu dükanlarda əyləşənlərin yüzdən həştadı
başmaqçı, lapçınçı, papaqçı, lavaşçı, səngəkçi, kömür satandır. Yerdə qalan baqqal,
əttar və parçaçıdır.
Dükanların qabağında Şah Abbas vaxtından qalma böyükböyük çinarlar var, hər
çinarın üstündə İki yüz qarğa yuvası var, qarğa qırıltısından qulaq tutulur. O saat öz
ürəyimdə dedim ki, bu ağacların altından ötən gərək başına çadır tutsun və ya bir
çuval geysin, yoxsa gərək paltarından əl çəkə. Meydandan ötən vaxt gördüm çox
adam bir yerə cəm olub, ortalıqda İki müsəlman bir-biri ilə bərk vuruşur, camaat nə
qədər eyləyir bunları araşdıra bilməyir. Faytonçuya dedim:
– Dayanma, tez ol sür.
Faytonçu soruşdu:
– Bəs haraya düşəcəksən?
Dedim:
– Sür müsəlman qəsdinlərinin birinə.
Beş dəqiqədən sonra faytonçu Zərrabi küçəsinə çönüb bir qədər gedəndən sonra
bir evin qabağında faytonu saxladı. Bura “Tehran” nömrələri idi.
Gəncədə əvvəl getdim məscidə və gördüm ki, mövluddur. Bir yerdə xeyli məktəb

uşaqları və camaat yığılıblar mövlud oxuyurlar. Bəzi cavanlar da istəyirlər ki, nitqlər

oxusunlar. Bir molla qoymayır, deyir ki, bəsdir, vaxt yoxdur, xörək vaxtı keçir.
Bir küncdə də bir neçə molla yığılıblar, molla Yusif gətirdiyi fitvaları oxuyub
şadlıqlarından ləzgihəngi oynayırlar. Fitvada yazılmışdır

ki: “Şəriət elmi az və qeyri elmlər çox oxuyan məktəblər haramdır, xilafişərdir. Halvanın və xeyrət plovlarının səvabı və lazım olmağını dananlar kafir və mürtəddirlər...”

Oradan çıxdım meydana. Gördüm bir hambal car çağırır ki, üç gündür Hacı Seyid Ağanın qızıl quşu qaçıbdır, ağa gündüzlər də ağlayır, gecələr də. Hər kəs tapsa, cənab Ağa cənnətin altımıncı qapısının açarını ona bağışlayacaqdır. Oradan da gəzə-gəzə getdim əllafxanaya. Gördüm ki, əllaflar hamısı yığılıb bir qaraçı arvadın başına, taleylərinə növbətlə baxdırırlar. Daha axşam yaxınlaşırdı. Başladım kluba getməyə. Yolum düşdü bir əllaf dükanının qabağından. Gördüm dükanın dalında bir yaxşıca uşaq oturubdur.

Dedim:

– Ağa, bu kimdir?

Dedi:

– Elə belə, sənin nə işin var, balam?!

Qərəz, getdim kluba. Gördüm bir neçə əməlli adamlar, əllərində birinci cərgə bilet, qapının ağzında boyunları çiynində durublar.

Dedim:

– Niyə gedib oturmursunuz?

Dedilər:

– Məktəb uşaqları ilə on dörd şahılıq bilet sahibləri yerimizi tutublar, “dur” deyəndə xəncərə, tapançaya baxırlar.

Qərəz, oturdum. “Nadir şah” oyunu başlandı. Nadir oğlunun gözünü çıxardanda, İki düşməni barışdıranda camaat o qədər güldü ki, hətta biri özündən getdi... hə, hə!.. Bir də gördüm ki, bufetdən bir “Bayatı kürd” səsi gəlir. Getdim ki, sakit eləyəm, çünki oyuna çox əziyyət eyləyirdi.

Gördüm qarabağlıdır, bərk keflənib, özü kimi bir dəstə keflənmiş müsəlman qardaşlardan başına yığıb, özü üçün xanəndəlik eyləyir.

Dedim:

– Qardaş, bəsdir. Oyuna, camaata çox əziyyət olur.

Dedi:

– Bircə de görüm altıaçılanı tanıyırsanmı?

Bir də gördüm vaxt keçir, getdim yatmağa.

Mənzilə qayıdantək mehmanxana nökəri daxil olub paşpurt istədi. O saat təzə aldığım həmişəlik bəy paşpurtunu cibimdən çıxardıb verdim. Keçmişdə ildə bir dəfə rəiyyət paşpurtu alardım və orada da yazılardı: “Mozalan Mirzə Xanqulu oğlu”. Amma təzə paşpurtda yazılmışdı: “Mozalanbəy Xanqulubəyoviç Qozqıranbəyov”. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə, apardı. Bir az keçdi, gördüm qapını döyürlər, soruşdum:

– Kimsən?

Gördüm deyirlər:

– Içəri girməyə izin var?

Dedim:

– Hər kəssən, buyur.

Qapı açıldı. Bir balaca, gödək adam, başında Gəncə papağı, daxil oldu:

– Salaməleyküm.

– Əleykəssalam!

Sonra balaca şəxs başladı məndən üzr istəməyə:

– Bəy, bağışla, nökərlər səni tanımayıblar, sənə kəmetinalıq ediblər. Eşitmişəm nökər xurcuna yapışıb deyibdir ki, çamadanı da özün götür, sən də hirslənmisən.

Soruşdum:

– Bəs sən kimsən?

Dedi:

– Mənim adım qarabağlı balasıdır. Gəncədə hər kəsdən sual etsən ki, Bala Seyid kimdi, o saat məni nişan verər. Qarabağda, Bakıda, İrəvanda, hər yerdə mənim adım məlumdur və gələnlər birbaş mənim nömrələrimə düşürlər.

Dedim:

– Çox əcəb, seyid də mehmanxana saxlarmı?

Gördüm seyid pozuldu. Dedi:

– Bəy, mehmanxana saxlamaq məgər ki, xilafi-şərdir. Allaha şükür, şərab satmayırıq, nömrələrdə qumar oynanmır, cavanlar yığılıb keyf eyləmirlər. Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram, müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər. Məgər bu xilafi-şər əməldir?

Dedim:

– Ağa seyid, mən deyəni sən başa düşmədin, mənim dediyim budur ki, eyid nömrə saxlamaz, seyid dükan açmaz, seyid hamballıq eləməz. Seyidsən, get xüms yığ, yəni kəndlərdə it qoruya-qoruya “tuğ” gəzdir, məscidlərdə özün üçün pul yığ. Nə mehmanxanabazlıqdır. On dörd şahı maya qoy, yeddi ərşin qədək al, sarı başına, düş kəndlərin canına. Bir ildən sonra inandırıram səni, yüzlükdən yorğan tikərsən, bu gecə dürüst fikir elə, peşman olmazsan!

Bala seyid mənim sözlərimə təbəssüm eyləyib soruşdu:

– Bir şeyə meyl edəcəksiniz, ya nə?

Dedim:

– Bir qədər xörək göndər.

Seyid “baş üstə” deyib getdi. Nökər boşqab, çəngəl, bıçaq, qaşıq gətirib stolun üstünə düzüb getdi. Sonra da bir boşqab plov gətirdi qoydu.

Plovu təzə yeyib qurtarmışdım, gördüm qapı açıldı, mənim köhnə Tiflis rəfiqlərimdən bir nəfər, Məşədi Həsən adlı, girdi içəri və üzünü mənə tutub dedi:

– Paho, ya Allah, a kişi, sən hara, Gəncə hara? Kufə hara, Şam hara? Nə əcəb, xeyirdimi? Sən ki, Tiflisdən kənara çıxmazdın, İndi nə olub bizim ətrafa qədəm basdın? Doğrusu, bu gün səni məsciddə gördüm, istədim duram yanına gələm, yerimdən dura bilmədim, çünki axund çuxamın ətəyinin üstündə oturmuşdu, başı da plova qarışıqdı, zəhmət verib “çuxamın üstündən dur” deyə bilməzdim. Sonra da başımı qalxızdım, gördüm məsciddə yoxsan. Məsciddən çıxan tək dedim, gərək gedim mehmanxanaları axtarım. Gəlib burada soruşuram ki, Tiflisdən buraya adam gəlməyib? Deyirlər ki, bir bəy gəlib, on İkinci nömrəyə düşüb. Taxtaya baxıram, orada da yazılıb “Qozqıranbəyov”, pənah Allaha – deyib gəlmişəm. Çox şad oldum ki, neçə ildən sonra sağ və salamat görüşdük.

Məşədi Həsən mənim çarpayımın üstündə bardaş qurub əyləşdi.

Papağını çıxarıb qoydu yana və diqqətlə üzümə baxıb dedi:

– A kişi, axır heç qocalmayıbsan, belə mən Tiflisdə qoyduğum Mozalansan. Bir de görüm bu Qrzqıranbəyov familini haradan alıbsan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

M.F.Axundovun həyat və fəaliyyəti

1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.

15 min
Mirzə Fətəli və ərəb əlifbası

Ərəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.

3 min
Maksim Qorkinin həyat və yaradıcılığı

Çocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.

16 min
Azərbaycanda teatr

Xalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.

22 min

Poems by other poets