Mozalanbəyin səyahətnaməsi
Page 4 of 4 · 75%
“Sansusi”dən çıxıb getdik dumaya. Yuxarı mərtəbəyə çıxıb bir dar və alçaq otağa daxil olduq. Otağın bir başında bir böyük göy mahud örtülü stol, stolun dalında üç dənə kürsü, biri qlavaya, İkisi də üzvlər üçün qoyulub. Camaat vəkilləri yığılıb koma-koma orada-burada söhbət edirdilər. Bir az keçmişdi qapının zəngi çalındı: storojlar, piserlər, hamısı yüyürdülər qapıya. Bir də gördüm bir qoca kişinin qolundan neçə adam yapışıb yuxarı çıxartdılar, axırda gətirib üzvlər üçün müəyyən olan kürsülərin birisinin üstünə qoydular. Soruşdum:
– Bu kimdir?
Məşədi Həsən dedi ki, bu uprava üzvü Afşarov cənablarıdır.
Bu halda dübarə zəng çalındı, camaat qapıya yüyürüşüb tez ayrı qoca kişini
haman qərar gətirib o biri kürsünün üstünə qoydular. Məşədi Həsən dedi ki, bu da
İkinci üzv Cahangirxan Xoyski cənablarıdır. Məşədi Həsəndən soruşdum ki, səbəb
nədir ki, hər bir şəhərdə uprava üzvlərini cavanlardan seçirlər, amma Gəncədə
belədir?
Dedi:
– Şəxs dünyada nə qədər ömür etmiş olsa, bir eylə onun təcrübəsi artıq olar;
upravada da gərək təcrübəli adamlar əyləşsinlər. Bu cənab Afşarov həmin ermənidir
ki, bir vaxtında Gürcüstan padşahı ikinci İrakliyə hame olubdur və Cahangirxan
cənabları Axtaxan əsrində Xoydan gəlib, o vədədən Gəncədədir; gələndə də cavan
oğlanmış.
Dedim:
– Dur gedək.
Dedi:
– Dayan görək nə danışacaqlar?
İran şahı Ağa Məhəmməd şah Qacara (1742-1797) verilən addır.
Dedim:
– Lazım deyil, belə cahandidə, cəngazmudəl üzvlərin danışığında diqqət olmaz. Mənim də qələmim onların vəsfini yazmaqdan acizdir, necə ki, şair deyibdir:
Bəni-adəm əzaye yekdigərənd,
Ke dər afərineş ze yek cohərənd,
Ço ozvi bedərd avərəd ruzqar...
Bəravərənd qolamane u derəxt əz bix.
Məşədi Həsən dedi:
– Axır qafiyə düz gəlmədi.
Dedim:
– Eybi yoxdur, bunu da Sədi deyib.
Dumadan mənzilə qayıdıb yatdım.
Sabah tezdən Məşədi Həsən gəldi, getdik şəhəri gəzməyə. Gəncə şəhərinin ortasından bir böyük çay axır.
Bu çay şəhəri İki hissəyə bölüb, yuxarı hissəsi ermənistandır, aşağı hissəsi müsəlmanıstan. Ermənistandan bir şey yazmaq istəmirəm, çünki hər şəhərin ermənistanı bir növdür. Keçək müsəlmanıstana. Müsəlmanıstan neçə məhəllədir ki, bura dilində küçə deyirlər. Küçələr: Ozan, Zərrabi, Əttarlar (burada, keçmişdə cavanların qazancı dərin bir quyuya düşüb hələ də gedir), İmamlı (burada bir hacı Seyid Ağa Bala var),
Toyuqçu (məşhur mücahid Molla Əta kişinin vətəni) və Sofulu. Ozanda olanlar gecə-gündüz yatmayıb, əllərində tüfəng, qarovul çəkirlər, çünki orada sakin olanların malı quldurlara çox şirin gəlir. Zərrabi Gəncənin Yevropasıdır: dövlət idarələri və urus qulluqçuları hamısı Zərrabidə olurlar. Əttarların ləzzəti, cuhudun evi bağlanandan bəri qaçıb. Toyuqçu və Sofulu küçələrinə gedə bilmədik, çünki yağış yağmışdı, yolun palçığından tərpənmək olmayırdı, hətta tat məscidinin qabağında bir camış arabası palçığa batmışdı. Neçə adam çalışırdı, nə camışları, nə arabanı palçıqdan çıxarda bilməyirdilər. İmamlı küçəsində ancaq hamamları gördük. Məşədi Həsən uzaq getməyi məsləhət görmədi. Dedi:
– Xuda nə kərdə, Hacı Seyid Ağa Balanın əlinə düşərsən, evin yıxılar.
Soruşdum:
– Hacı Seyid Ağa Bala mənə nə eyləyəcək?
Dedi:
– Sənin canın üçün, əlinə düşdünmü, üç günün içində səni ya Məkkəyə göndərəcək, ya Kərbəlaya, ya Xorasana. Elə ki, eşidib birisinin əlinə bir az pul keçib, məsələn, bağ meyvəsi satıb, ya irs alıb, o saat gəlib ona İki min məzəmmət eyləyib göndərəcək ziyarətə. Ziyarətə gedənləri aparıb ötürür, kimisini vağzaladək, kimisini - dövlətlilərdən Bakıyadək, ya Batumadək. Iyirmi beş manatdan, əlli-yüz manata qədər çavuşluq həqqi alır. Neçə adamı bu növ ziyarətə göndərib. İndi bu adamların çoxusu gəliblər, çörəyə möhtacdırlar, amma Hacı Seyid Ağa Bala İmamlıda çayın kənarında İki mərtəbə barigah tikdirib.
Həqiqət, fikir elədim ki, bu adam xatalı adamdır, amma öz-özümə də qət elədim ki, bir gedim təklikdə onu görüm, çünki xatircəm idim ki, mən özüm xahiş etməsəm, məni yüz Hacı Seyid Ağa Bala ziyarətə göndərə bilməz. Məşədi Həsənə dedim:
– Eybi yoxdur, hacıdan uzaq qaçırıq, ancaq bir hamama girək.
Girdik hamama. Hamamın suyunun rəngi sapsarı, suyun üzündə o qədər yağ var idi ki, əgər içinə bir beş-altı pud noxud töksən yaxşı bozbaş olardı. O biri hamamlara girdik, o da həmçinin, axırda dedilər ki, hamamların birində nömrələr var. Nömrəli hamama getdik, orada da çimmək bizə mümkün olmadı, çünki nömrələrin içində çust qurudurdular. Ona görə yer yox idi. Məşədi Həsən dedi ki, çust tikən hamamçı ilə oduna şərik olub, şərt edibdir ki, nömrələrdə çust qurutsun.
Hamamçı dedi:
Müqəddəs yerlərə ziyarətə gedənlərə bələdçilik edən.
– Əgər bir saat gözləsəniz, çustları bir tərəfə yığaram, a biri tərəfdə çimərsiniz.
Dedim:
– Allah razı olsun, elə çimmiş kimi varıq.
Xülasə, hamamların heç birisində bizə çimmək mümkün olmadı.
Axırda gedib Çeralovun gürcü saxlayan təmiz nömrələrində çimib qayıtdıq mənzilə.
Gəncəni artıq gəzməyi lazım bilmədim. Hər yerdə əxz elədiyim bu oldu: yağış bərk yağanda müsəlman hissəsində nəinki piyada, dəvə ilə də gəzmək mümkün deyil. Evlər taxtapuşsuz olmağına görə hamısının içində yağışdan sonra qurbağalar quruldayır, bununla belə, küçələrə elektrik işığı çəkirlər. Mən təəccüb ilə dedim ki, sair yerlərdə şəhəri aşağıdan yuxarı abad edirlər, yəni əvvəl küçələr, sonra evlərin taxtapuşları, axırda elektrik. Amma burada işlər tərsinədir. Yuxarıdan aşağı abad edirlər.
Təəccüb etməyin ki, molla əmi, bu məktubu sizə Bakıdan yazıram. Öz xudsərliyimin ucundan bəlayə düşmüşəm: axı mən niyə Məşədi Həsən tək aqil şəxsin sözü qulaq asmadım? Axı mənim nə işim var idi Hacı Seyid Ağa Balanın evində? “Arığın qoruğda nə işi var, vuralar qılçasına?” Xülasə, iş işdən keçib. İndi gəlmişəm, “Islamiyyə” nömrələrində, dizlərimi qucaqlayıb fikrə getmişəm. Deyirəm: Ay Allah, Iranın bu şuriş vaxtında görəsən başıma nə müsibətlər gələcək, qayıdıb genə bir Tiflisi görəcəyəmmi? Axı mən hara, Xorasan hara? Sözüm yoxdur, Xorasan bir müqəddəs yerdir, ancaq ora mənim tək qəzet-qüzet yazan yeri deyil. Bir də fikir etdim ki, Qafqazın şəhərlərindən ildə yeddi min yeddi yüz yetmiş yeddi qumarbaz Xorasana gedir, hətta Qarabağdan məşhur lotu Qulu da gedib məşədi olub gəlib, genə toylarda lotuluğunu eyləyir. Məşhur mərhum xanəndə Hacı Hüsü də Məkkədən gələndən sonra əlinə qaval alıb xanəndəlik eləyirdi. Bu fikirdən sonra dedim: “Məgər qəzet yazan lotudan pisdir, niyə Xorasana gedə bilməz?” İndi bu xəyal ilə özümü sakit etmişəm. Sizin üçün də təfavüt eləməz: İrandan da bir az səya-
“Molla Nəsrəddin”ə işarədir
Özbaşınalıq, heç kəsin sözünə qulaq asmamaq.
Mehmanxana adıdır.
Qarışıqlıq, üsyan. Burada Səttarxan hərəkatına işarədir.
hətnamə yazaram, axırda genə Qafqaz durur, mən dururam. Gəlib o qədər yazacağam ki, axırda özünüz deyəcəksiniz “kifayətdir”.
Əhvalatı başdan deyim: Məşədi Həsənlə Çeralov hamamından gəldik mənim mənzilimə. Bir yerdə çay içdik, çaydan sonra mən yatdım. Məşədi Həsən də getdi evinə. Axşam durub üzümü yuyub çıxdım yola. Faytonçudan soruşdum ki, Hacı Ağa Balanın evini tanıyırsanmı?
Dedi:
– Çox gözəl tanıyıram, buyur əyləş.
Əyləşdim, gəldim hacının qulluğuna. Hacı mənə həqiqət artıq iltifat eylədi: özü qapıya – qabağa çıxıb, məni otağına apardı, əyləşdik.
Əhval-pürsanlıqdan sonra hacı üzünü mənə tutub buyurdu:
– Bağışlayın, sizi tanıya bilməyirəm.
Mən ərz eylədim ki, mən tiflisliyəm, adım da Mozalanbəydir.
Dedi:
– Bəli, bəli, eşitmişəm, Məşədi Mozalanbəy sizsiniz?
Ürəyim əvvəl bir gupp elədi. Dedim:
– Bağışlayın, ağa, mən məşədi deyiləm.
Buyurdu:
– Inşallah məşədi olarsınız, bəs Gəncəyə nə əcəb buyurubsunuz?
Dedim:
– Mən Qafqazı səyahət edirəm və bu niyyət ilə Gəncəyə gəlmişəm.
Hacı buyurdu:
– Dəxi gözəl, indi ki səyahətdir, bir Xorasana da səyahət edin, Iranı da görün, həm də öz müsəlmanlıq təklifinizdən çıxın, mən özüm sizi gərək yola salam.
Mən istədim bir az danışam, hacı durdu çıxdı, bir azdan sonra genə qayıtdı. Dalınca bir oğlan iki stəkan lətif çay gətirdi, yanında neçə növ mürəbbə. Çay içəndən sonra hacı xahiş etdi ki, mən ona keçmiş səyahətlərimdən nəql edim və buyurdu ki, mən səyahətnamə oxumağa çox bəndəm, ancaq “Molla Nəsrəddin”nin yazısını gözüm əməlli seçməyir, ona görə oxuya bilmirəm.
Bir az söhbət elədik, durdum ayağa, mənzilə gedim. Hacı qoymadı, plova saxladı. Plovdan sonra durdum xudahafiz elədim. Hacı qapıyadək məni ötürüb soruşdu:
– Haraya düşübsünüz?
Dedim:
– “Tehran” nömrələrinə.
Gəldim soyundum, girdim yerə, amma sübhədək gözümə yuxu gəlmədi. Sübh durub çay içirdim, qapını döydülər. Mən güman etdim ki, Məşədi Həsəndir, dedim: “Məşədi, gəl”. Qapı açıldı. Hacı Seyid Ağa
Bala daxil oldu.
– Salam, Məşədi Mozalanbəy.
– Əleykəssalam, hacı.
Əyləşdi, bir stəkan çay içdi və sonra dedi:
– Sabah saat xoşdur, inşallah günorta maşını ilə yola düşərsiniz.
Dedim:
– Ay ağa, axır bu bir günün işi deyil, gərək zaqraniçni paşpurt çıxardım, bu da bir-İki həftə möhlət istəyir. Mən necə sabah gedə bilərəm?
Bu növ istədim ağanın əlindən yaxamı qurtaram, olmadı. Cibindən bir Iran paşpurtu çıxarıb dedi:
– Buyur, zaqraniçni paşpurtun biri iyirmi manata düzəlir, amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Dörd manat verib özünüz ilə apararsınız, ancaq qayıdanda gətirib mənə verərsiniz. Mən də sahibinə verrəm.
Paşpurtda yazılmışdı: “Mazandaran vilayətində, Qarğadolanmaz kəndinin sakini Səftər Qulu oğlu”. Paşpurt da mənim dilimi kəsdi. Ələlxüsus, ağanın buyurmağı ki, mənim tək seyidin sözündən heç kəs çıxa bilməz.
Paşpurtu qoydum cibimə. Ağa getdi. Məşədi Həsən gəldi gördü çamadanı qablayıram. Soruşdu:
– Nə işdir?
Dedim:
– Dinmə, Xorasana gedirəm.
Dedi:
– Evin yıxılmasın, yoxsa Hacı Ağa Bala səni tapdı?
Dedim:
– Lazım deyil, danışma. Söz müxtəsər yaxşıdır.
Sabahdan Hacı Seyid Ağa Bala və Məşədi Həsən gəldilər. Bala seyidi çağırıb hesabını çəkdim. Bir fayton tutub getdik vağzala. Hacı Seyid Ağa Bala yol uzunu minacat oxuyurdu. Gəldik vağzala. Saat dördə on bir dəqiqə işləmiş maşın gəldi. Hacı Seyid Ağa Bala məndən iyirmi beş manat səlaməti alıb, “iltimasi-dua” deyib qayıtdı şəhərə. Məşədi
Həsən maşın yola düşüncə dayandı. Maşın üç dəfə fışka verdi. Məşədi Həsənlə öpüşüb ayıldıq. İndi, necə ki ərz elədim, Bakıda “İslamiyyə” nömrələrindəyəm. Bakını səyahət etməyə macal yoxdur, çünki bu axşam saat onun yarısında gərək paraxoda minəm. İnşallah, qayıdanbaş bir neçə gün Bakıda qalıb, oradan da əhvalat yazaram. Hələ ki, xudahafiz. Qarabağa on manat göndərin, seyid qəbrinin üstündə Yıxılqo əmiyə bir gün təkiyə edin. Bəlkə mənə İranda Mədəli tərəfdarlarından bir xəta toxunmasın.
Dilinin ucundan avara düşən:
Məşədi Mozalanbəy
Fit, fışdırıq.
Məhəmmədəli şah.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-mozalanbeyin-seyahetnamesi
Use ← → keys to move, R for a random poem
More by this author
1812-ci il idi. Napoleonun qoşunları Moskvaya doğru hərəkət edirdi. Zaqafqaziyada Nadir şah imperiyasının xarabalıqları üzərində yaranmış asılı və yarımasılı xanlıqlar, Pavel və Aleksandrın əlindən bir cüt general epoleti alan və xalqla istədikləri kimi rəftar edən despotlar tərəfindən idarə olunurdu. Xalq onların zülmü altında inləyirdi. Əhalinin həyatı və əmlakı bütünlüklə xanların əlində idi. Feodallara tabe olan kiçik bəylər özlərinin iyrənc tələblərini ödəmək və xanları daha da varlandırmaq üçün əhalinin son tikə çörəyini əlindən alırdılar. Müharibəyə başı qarışan mərkəzi hökumətin ucqarların həyatına nəzarət etmək imkanı yox idi və üsyanlara yol verməmək üçün cahil xanların özbaşınalığına göz yumurdu. Feodal xanların, bəylərin, xüsusən ruhanilərin caynağında olan xalq, nadanlığın tünd qaranlığında boğulurdu. Ancaq mollalar savadlı idilər, qalan xalq isə cəhalətdə qalmışdı, o vaxt ziyalıların olması haqqında düşünməyə belə dəyməzdi.Xalqın ağlında və düşüncəsində çox böyük çevriliş yaradan ilk Azərbaycan dramaturqu və mütəfəkkiri M.F.Axundov belə amansız cəhalətin hökm sürdüyü bir zamanda, 1812-ci ildə Şəki xanlığının mərkəzi Nuxa şəhərində doğulmuşdur.
Mirzə Fətəli və ərəb əlifbasıƏrəb əlifbasının türk və fars dillərinə uyğun olmaması hamıya aydındır. Həmçinin, bu əlifbanın öyrənilməsi, onunla yazmaq və xüsusən bu əlifba ilə yazılmış kitabları oxumaq nəinki çocuqlar, hətta savadlı şəxslərin çoxları üçün bir çətin məsələdir. Buna da ən böyük səbəb hürufi müsəvvitənin yazılmamasıdır.Ona görə bu əlifbanın istər islahi, istər büsbütün təğyiri yolunda çalışanlar çox olublar: Mirzə Məlkum xan, Mirzə Rza xan, Abdulla bəy Əfəndizadə, osmanlı ədiblərinin çoxu, islahçılar bir qədər müvəffəqiyyət qazanıblar isə, təğyirçilərin zəhməti Azərbaycan cümhuriyyətində meyvə verib, buradan Şərq ölkələrinə yayılmaqdadır.
Maksim Qorkinin həyat və yaradıcılığıÇocuqluqda və cavanlıqda cürbəcür bəlalara, müsibətlərə düçar olan, yurdsuz insanlar kimi yurdsuz-yuvasız, həftələrlə ac və sərgərdan dünyanı dolanıb, axırda yeni və köhnə dünyanın əziz və möhtərəm mühərriri olan və hər İki dünyanı heyrətə gətirən inqilab ədəbiyyatında “Fırtına elçisi” adını almış və Maksim Qorki təxəllüsü ilə məşhur Aleksey Maksimoviç Peşkov 1869-cu il mart ayının 29-da Nijni-Novqorod şəhərində dünyaya gəlibdir. İki ildən sonra Qorkinin atası paraxodstvo müdirliyinə təyin olunub ailəsi ilə bərabər Həştərxana köçür. Burada çocuq Qorki vəba xətsəliyi tutur, xəstəlik oğuldan ataya sirayət edir və onun ölməsinə səbəb olun. Anası dübarə oğlunu götürüb Nijni-Novqoroda qayıtmağa məcbur olur. 1875-ci ildə 7 yaşında Qorkinin məktəbə göndərilir. 1877-ci ildə vərəm xəstəliyindən vəfat edən anasından da əli çıxıb, kimsəsiz və yetim qalır. On yaşında bir çəkmə satan dükana xidmətə gedir. nəhayət, burada oxumaq ona müyəssər olmur; aclıq onu çörəkçi şagirdliyinə getməyə məcbur edir.Qazanda bir para studentlərlə ülfət bağlayıb onların vasitəsilə xəlvət işləməkdə olan bir inqilabi təşkilata daxil olur. Burada birinci dəfə olaraq Qorki inqilabi, iqtisadi və ictimai ədəbiyyatla aşina olur. Qorkinin Qazanda yaşamaqdan məqsədi hazırlaşıb darülfünuna daxil olmaq idi. Fəqət darülfünun qapısının proletar sinfi üzünə bağlı olmasını yəqin edib xəyalından daşındı.
Azərbaycanda teatrXalq tamaşaları hər bir zaman xalqların həyatında mühüm rol oynamışdır. Açıq meydanlarda, həvəskar camaatın gözü qabağında və heç bir dekordan istifadə etmədən oyun çıxaran müxtəlif sehrbazlar və yalançı pəhləvanlar kütlənin diqqətini həmişə cəlb etmişlər.Şərq “Musanın əsası” haqqında məşhur bir əfsanə vardır. Həmin əsa lazım olduğu vaxtda əjdahaya çevrilir və camaatın gözü görə-görə canlı şeyləri udurdu. Lakin Musa əjdahanın quyruğundan yapışan kimi, o yenidən əsaya çevrilirdi.
Poems by other poets
ایام عمر، فرصت برق جهان نداشت
OlarNagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.
Qəzəl: Hərçənd bəzmi-vüsalə cananə yetmişəmHərçənd bəzmi-vüsalə cananə yetmişəm,Ta canı tapşıranca ona cana yetmişəm
Qayıt indiSərsəri pərişlüm, qıyqac baxışlumMən sənə nə dedim, qız, qayıt indi