İkinci pərdə
Page 7 of 7 · 86%
Səkkizinci şəkil
Xosrov Atayevin evi. Dilşad əsəbi halda daxil olur.
Dilşad (öz-özünə)
Bu iki-üç gündə hər şey alt-üst oldu. Fikirləşdikcə ayağımın altından yer qaçır. Dərdini deməyə bir adam da tapmırsan. (Pauza, qapının zəngi çalınır) Gəl.
Zabitə daxil olur. Dilşad onu görərkən amiranə görkəm alır.
Dilşad
Hə, bu vaxt xeyir ola?
Zabitə
Sadıqovgildə aldığınız brilyant üzük üçün gəlmişəm.
Dilşad
Bəs, siz onu mənə bağışlamadınız?
Zabitə
Biz dedik əl əli yuyar, əl də qayıdıb üzü. İndi ki, belə olmadı, malımızı qaytar özümüzə.
Dilşad (qəzəblə)
Görünür, qulağınıza səs dəyib! Ərin dünyanı dağıdıb, hələ bir adam içinə də çıxırsan?
Zabitə
Hə, bəs üzüyü alanda niyə belə demirdin?
Dilşad
Artıq-əskik danışma! Rədd ol burdan!
Zabitə
Heç özünü dağıtma! Mənə Zabitə deyərlər! Bizim malımızı yemək olmaz.
Dilşad
Bu dəqiqə rədd olmasan, milis çağırdıb, səni də göndərəcəyəm ərinin yanına!
Zabitə
Zəhmət çəkmə. Tay Şahsuvarov naçalnik deyil! Milis sözünə baxmaz! Tez ol, üzüyü ver! Yoxsa, evini başına uçurdaram!
Xosrov Atayev o biri otaqdan çıxır.
Xosrov Atayev
Niyə qışqırırsan, bacı, nə olub?
Zabitə (başını aşağı salaraq)
Heç bir şey. Öz malımızı istəyirik.
Xosrov Atayev
Siz kimsiniz, bacı?
Zabitə
Ağasəlimin külfətiyəm.
Xosrov Atayev
Həbsə alınan Ağasəlimin?
Zabitə
Bəli.
Xosrov Atayev
Yaxşı, bizdə sizin nə işiniz var?
Zabitə
Necə yeni nə işiniz var? Mən Sadıqovun evində barmağımın beş min manatlıq üzüyünü çıxarıb arvadınıza vermişəm...
[Mənbənin skanında burada mətn itib.]
Xosrov Atayev
Bəs, sən nə görmək istəyirdin?
Dilşad
Bilmirəm... Başqa ərlər öz arvadlarına belə suallar vermirlər.
Xosrov Atayev
Əgər, sən öz ərindən narazı idinsə, nə üçün indiyə qədər bunu açıb ona demirdin?
Dilşad
Bilirdim ki, bunun heç bir mənası yoxdur.
Xosrov Atayev
Axı, biz evlənəndə mən adicə bir mühəndis idim.
Dilşad
Ona görə də, mən o zamanlar susub heç bir söz demirdim... Sonra gördüm ki, sənin adi mühəndislikdən yüksək vəzifələrə qalxmağın bizim ailə həyatımızda heç bir dəyişikliyə səbəb olmadı.
Xosrov Atayev
Aha... Demək sən elə bilirdin ki, mən yüksək vəzifəyə keçəndən sonra biz də dayələr, qulluqçularla yaşayacağıq, qapımızda “Pobeda” maşınları dayanacaq. Eləmi? Ah, sən nə dəhşətli qadınsanmış!
Dilşad
Çox gec tanımısan!
Xosrov Atayev
Gec tanısam da bir daha sənin üzünü görməyəcəyəm! Bir daha sənə Xosrov Atayevin həyat yoldaşı deməyəcəklər. Rədd ol buradan!
Dilşad
Bilirsənmi nə edirsən?
Xosrov Atayev
Bu saat, bu dəqiqə rədd ol.
İldırım Atayev gəlir. Qısa pauza. Dilşad çıxır.
İldırım Atayev
Nə olub?
Xosrov Atayev
Mən məhv olmuşam, qardaş! Mənim on illik ailə həyatım saxtaymış. Bizim familiyamız ləkələnmişdir! Qoy məni xalq divanına çəksinlər! (Əlləri ilə başını tutaraq, stula yıxılır. Pauza) Xalq bizi öz halal pulu ilə oxutdu. Yüksək vəzifə sahibləri etdi. Hökumət böyük bir şəhərin müqəddəratını mənə tapşırdı. Lakin mən? Mən nankor oldum! Nankor! Nə üçün dinmirsən, İldırım? Yoxsa, mən, doğrudan da, məhv olmuşam?! Yoxsa, daha mənimlə kəlmə kəsib danışmağa belə dəyməz?!
İldırım Atayev
Hər şeyi sən özün dedin, Xosrov, daha mənə söz qalmadı.
Xosrov Atayev
Yox! Sən hökumətin bir nümayəndəsi kimi mənim haqqımda nə fikirdəsən?
İldırım Atayev
Mən sənin işdən götürülməyini tələb etmişəm!
Ağır pauza.
Xosrov Atayev
Sağ ol, qardaşım! Xalqın böyük etimadını məlun bir qadının saxta məhəbbətinə qurban verən adamlar qardaş cəzasına layiqdirlər! Mən sənin sözlərinə vaxtında qulaq assaydım, belə olmazdı.
İldırım Atayev
Mən indi yola düşüb gedirəm, Xosrov. Xalqın ədaləti böyükdür! Əgər, onlar sənə aman versələr, igid ol, qardaşım! İndisə gəl qucaqlaşaq! Bax, belə, uşaqlıqdakı kimi. Bu nədir, sənin gözlərin yaşarmışdır?
Xosrov Atayev
Get İldırım, sənə yaxşı yol.
O biri otağa keçir. Pauza. Mehrican gəlir.
İldırım Atayev
Nə yaxşı ki, gəldiniz. Yoxsa, sizinlə görüşməmiş getmək mənim üçün ağır dərd olardı... (Qısa pauza) Ümid edirəm ki, məni pisliklə xatırlamayacaqsınız.
Mehrican
Heç bir zaman.
İldırım Atayev
Salamat qalın. Xoşbəxt olun. Bilin ki, haradasa bir nəfər vardır və o hər dəfə sizin xoşbəxtliyinizi eşitdikcə sevinəcəkdir.
Cahangirlə Reyhan gəlirlər.
Reyhan
Əmi, deyirlər gedirsiniz?
İldırım Atayev
Bəli. Sən atandan muğayat ol. O, çox iztirab çəkir. Qoy ruhdan düşməsin. Səhv etmək bir günahdırsa, onu düzəldə bilməmək daha böyük dərddir! Atalar deyib:
İgid odur atdan düşə, atlana!
İgid gərək hər əzaba qatlana!
Reyhan
Mənim atam həmişə mərd olmuşdur! O, bu ağır yaraya qatlanacaq, yarı yolda qalmayacaqdır! O zaman dostlar da, düşmənlər də görəcəklər ki, Atayevlər ailəsinin çırağı sönməmişdir!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-atayevler-ailesi-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
... Onun son vaxtlar mənə həddindən artıq qayğı göstərdiyini, hər cür vəziyyətdən istifadə edərək mənə xoş sözlər deməyə çalışdığını hiss edirdim... Bu isə məni hər şeydən çox acıqlandırırdı. Çünki mən uşaqlıqdan ikiüzlülüyə, qorxaqlığa nifrət edirəm... Biz körpüsalanlar öz kiçik briqadamızda söz qoymuşduq ki, ürəyimizdən keçənləri bir-birimizdən gizlətməyək.Bəs ər-arvad necə?
QəribcanMən Səriyyənin gətirdiyi tor köynəklərdən birini geyərkən özümdə qeyri-adi bir fərəh hiss elədim. Səriyyə bizim iş yoldaşımızdır. Bizim briqadanın üzvüdür. O, ayağımı kəsilməyə qoymayaraq, məni götürüb Bakıya qaçdığı kimi, burada mənə lazım olan şeyləri də alıb gətirə bilərdi. Burada təəccüblü heç nə yox idi. Bununla bərabər, tor köynəyi geyərkən mən özümdə qeyri-adi bir fərəh hiss elədim. Elə bil ki, mənə fövqəladə səadət üz vermişdi. Elə bil ki, mən daha xoşbəxt bir dünyaya qədəm qoymuşdum. Tor köynəyin təması məndə tamam yeni bir duyğunun yaranmasına səbəb olurdu.Mən xəstə yoldaşlarımla gülür, zarafat edir, tez-tez yaralı ayağıma toxunaraq, ağrıyıb-ağrımamasını bilmək istəyirdim.
Sən həmişə mənimləsən, yaxud "Boy çiçəyi"İştirak edirlərHəsənzadə – zavod direktoru*
Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılıÜçüncü yay gecəsi idi ki, şəhərin sakitliyi içində Xan qızı Gülsənubər tarda çalınan o muğamı eşidirdi. Və üçüncü yay gecəsi idi ki, Xan qızı Gülsənubərin yuxusu göyə çəkilmişdi. O tarçalan oğlanın gözlərindəki qəribə ifadə ilə çaldığı muğamın söylədiyi hekayət arasında ayrılmaz bir bənzərlik var idi. O hekayətin nədən ibarət olduğunu qız dərk eləyə bilmirdi. Lakin hiss edirdi ki, bu, nə isə, uzaqlarda və uzaq zamanlarda olub getmiş bir hekayət idi. Bəs, onda nə üçün o əhvalatı indi tarında hekayə edərkən oğlanın baxışları bu qədər pərişan, bu qədər əlacsız olurdu? Qız onu da hiss edirdi ki, muğamın danışdığı o əhvalatda nəhayətsiz bir kədər, bəlkə də, dünyada heç kəsin duya bilmədiyi bir nisgil var. Və indi bu cavan tarzən o pərişan, o nisgilli əhvalatı çaldığı muğamın gücü ilə hamıya nəql etmək istəyirdi. O qəmli əhvalatın sirri, yəqin ki, bu oğlana aydın idi. Yoxsa böyük Allahın onun gözlərinə bəxş etdiyi işıq muğamı çalmağa başladığı zaman birdən-birə bu qədər gözəl, bu qədər cazibədar, bu qədər dərin görünə bilməzdi.Güllərin, çiçəklərin ətriylə dolu bu aylı gecənin nəhayətsizliyi harada, hansı yalçın qayalıqda isə qurtarırdı. Lakin cavan tarzənin gözlərindəki o işıqlı, anlaşılmaz dünya, muğamı çaldıqca, həm dərinləşir, həm də əsrarəngiz və qavranılmaz olurdu... Və qız, bütün bu düşündüklərinin, hiss etdiklərinin boş bir xəyal olduğuna özünü nə qədər inandırmaq istəyirdisə, ürəyini o aləmdən qoparıb, o cavan tarzəni özündən uzaqlaşdıra bilmirdi...
Poems by other poets
Eşqin şəhərində dəllal olmuşam,Bilmirəm yar üçün nə aləm indi.
YoxsulBir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,
Gəncənin qırğınıEy qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.