Contents
  1. İkinci şəkil
  2. Üçüncü şəkil
  3. Dördüncü şəkil
  4. Beşinci şəkil
  5. Altıncı şəkil
  6. Yeddinci şəkil
  7. Səkkizinci şəkil
  8. İkinci pərdə
  9. Doqquzuncu şəkil
  10. Onuncu şəkil
  11. On birinci şəkil
  12. On ikinci şəkil
  13. On üçüncü şəkil
  14. On dördüncü şəkil
  15. On beşinci şəkil
  16. On altıncı şəkil
  17. On yeddinci şəkil
  18. On səkkizinci şəkil
  19. On doqquzuncu şəkil
  20. İyirminci şəkil

Page 4 of 11 · 27%

Xumar

Xalq düşməni sənsən! Dayım Səlim Babayevdir! (Yenə qapıya sarı cumur) Məni də aparın! Mən nişanlımdan ayrılmaq istəmirəm!

Mayis (onun yolunu kəsir)

Gözəl Xumar! Sən Ayazla gedə bilməzsən! O cəhənnəmə gedir. Sən isə cənnətə layiqsən. Eşq olsun yaradana. (Çıxır)

Xumar (fəryadla)

Cəlladlar! Cəhənnəmdən gəlmiş cəlladlar!

İşıq sönür

Beşinci şəkil

Mircəfər Bağırovun kabineti. Mircəfər Bağırov dəstəyi qaldırır. Mayis Kazımov da öz otağında dəstəyi qaldırır.

Mayis

Eşidirəm, yoldaş Bağırov.

Mircəfər Bağırov (əsəbi)

Məhəmməd Cuvarlını Moskvada tutub gətirəndən sonra hara salmısınız?

Mayis

Biradamlıq kameraya, yoldaş Bağırov.

Mircəfər Bağırov

Gətirin.

Mayis

Baş üstə! (Kabinetindən çıxır)

Mircəfər Bağırov (əsəbi halda var-gəl edir)

Beriya haqlıdır! Xalq düşmənlərinən mübarizə apararkən, şəhər ziyalılarını bir an gözdən qaçıra bilmərik. Məhəmməd Cuvarlı kimi ziyalı “xalq düşməni” yüz avam kulakdan qorxuludur. Xalq arasında nüfuzu olan belə pantürkistlərin hərəsi Sovet Azərbaycanı üçün bir təhlükədir. (Cuvarlını gətirirlər) Cuvarlı, Moskvaya qaçmışdın canını qurtarmağa?

Cuvarlı

Mən Moskvaya qaçmamışdım, Stalini görüb danışmaq üçün getmişdim.

Mircəfər Bağırov

Məndən danos verəcəkdin?

Cuvarlı

Bunun üçün sənin layiqli adamların var, belə işlər mənim əlimdən gəlməz.

Mircəfər Bağırov

Səni tutub gətirməsəydilər, Stalinlə nə danışacaqdın?

Cuvarlı

Mən əminəm ki, Azərbaycanın ağıllı ziyalılarını, alimlərini, sayılan, bacarıqlı adamlarını, Azərbaycanda sovet hakimiyyəti quranları, Leninin şəxsən tanıdığı inqilabçıları sizin bir-bir tutub güllələməyinizdən, adamları bu qədər qırmağınızdan Stalinin xəbəri yoxdur...

Mircəfər Bağırov (bərkdən gülür)

Sən Stalin kimi dahini ölkədəki işlərdən xəbərsiz hesab eləyirsən? Sən başa düşmürsən ki, bizdə bir rəhbər var?! Elə təkcə bunun üstündə səni güllələmək lazımdır. Sən də, sənin xalq düşməni dostların da anlamırsınız ki, sosializmin qələbəsi üçün Stalinə onun ideyaları ilə yaşayan yeni cəmiyyət lazımdır.

Cuvarlı

Stalinin qolçomağı bir sinif kimi aradan götürmək istədiyindən hamımız xəbərdarıq. Özümüz də ona inanırıq. Lakin bu haqq vermir ki, günahkarı da, günahsızı da ağına-bozuna baxmadan qıralar! Həm də sənin göstərişinlə! Sənin əlinlə!

Mircəfər Bağırov

Cuvarlı! Günahkar kimdir, günahsız kimdir?

Cuvarlı

Özün yaxşı bilirsən, Mircəfər. İyirminci ildən ötən bu 17-18 ildə sən kamil bir casusluq məktəbi keçmisən!

Mircəfər Bağırov (qışqırır)

Sualıma cavab ver! Günahkar kimdir, günahsız kimdir?

Cuvarlı

Bu sualına özün öz əməllərinlə cavab verirsən. Sən Beriyanın əlində ölüm alətinə çevrilmisən. Halbuki, istəsəydin, öz xalqına, azacıq da olsa, kömək eləyə bilərdin!

Mircəfər Bağırov

Mən həmişə xalqıma kömək eləmişəm.

Cuvarlı

Köməyin nahaq həbslər, nahaq tökülən qanlardan ibarətdirsə...

Mircəfər Bağırov (qışqırır)

Yox, yox! Stalin Azərbaycan xalqını Cənubi Azərbaycandan, Türkiyə sərhəddindən tamam uzaqlaşdırmaq üçün Sibirə, Qazaxıstanın qumlu çöllərinə sürgün eləmək istəsə necə? Stalin mənim şəxsimdə Azərbaycan xalqının sədaqətinə inandığına görə bunu eləmədi!

Cuvarlı

Belə çıxır ki, sən Azərbaycan xalqının ən yaxşı oğullarını qırğına verə-verə Stalinin etibarını qazanmısan. Sən 20-ci illərdə Nəriman Nərimanovu da Leninin gözündə ləkələməyə çalışanlardan birisən! Çünki o, Vladimir İliçin ən yaxın silahdaşlarından idi, Şərq xalqlarının rəhbəri kimi böyük nüfuzu vardı!

Mircəfər Bağırov

Nərimanov qatı millətçi idi!

Cuvarlı

Nərimanov öz xalqını sevirdi. Azərbaycan xalqının iqtisadiyyatını, mədəniyyətini yüksəltmək üçün daha geniş miqyasda əl-qol açmasını istəyirdi. Buna görə ona millətçi damğası vurmaq olmaz.

Mircəfər Bağırov

Sən mənə sui-qəsd hazırlayanlardan birisən!

Cuvarlı

Bu da sənin bir uydurmandır. Özünü şişirtmək üçün yalan, şayiə uydurursan, guya, Azərbaycanda sui-qəsd hazırlayan təşkilat var.

Mircəfər Bağırov

Var! Sən də onun fəal üzvlərindənsən. Yaxşısı budur öz xoşunla hər şeyi aç, de. Onsuz da boyuna qoyacaqlar.

Cuvarlı

Mən düşündüyümü dedim. Amma nə faydası? Madam ki, məni tutdurub, bu cəhənnəm quyusuna saldırmısan, demək, səsim heç yana çıxmayacaq. Madam ki, bu qırğından Stalinin də xəbəri var, özü də onun göstərişiynən olur, demək, sən onun əmrini kor-koranə yerinə yetirən şüursuz bir cəlladsan!

Mircəfər Bağırov (qışqırır)

Kəsin bunun dilini!

Cuvarlıya əzab verirlər.

Cuvarlı

Sən alçaqsan, xalq, vətən xainisən! Sən...

Mircəfər Bağırov

Sus!

Cuvarlı

Nəsiminin dərisini soydular, amma əqidəsindən döndərə bilmədilər. İndi sən məni yalan danışmağa, əqidəmdən dönməyə məcbur etmək istəyirsən? Sən bir dəstə başkəsənlə oba-oba, kənd-kənd gəzib, Azərbaycan xalqının iqtisadiyyatını, mənəvi sərvətini məhv etdiyin üçün olmaya özünü vacib bir şəxsiyyət hesab edirsən? Yox! Sən çox adi, həm də alçaq bir satqınsan.

Bağırov onu güllə ilə vurur.

Mircəfər Bağırov

Sus!

Cuvarlı

Sevinmə ki, məni öldürdün, xalq bizim intiqamımızı səndən alacaq. Yaman alacaq!

İşıq sönür

Random poem

More by this author

Güney Güzdəkdə nələr düşünürdüm...

Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:

7 min
Yenə şəhərdə

Bir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:

3 min
Nuru dayımın qayıtmağı...

Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?

6 min
Anamın bir rəfiqəsi vardı...

Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.

4 min

Poems by other poets