Sevgililərin cəhənnəmdə vüsalı
Contents
Page 9 of 11 · 73%
On üçüncü şəkil
Küçə. Cabbar Xumara rast gəlir.
Xumar
Cabbar əmi, səni buraxıblar?
Cabbar
Buraxmasaydılar ondan yaxşı idi!
Xumar
Ayazı görmüsən?
Cabbar
Görmüşəm. Ancaq bizi tez ayırdılar.
Xumar
Səni nə vaxt buraxıblar?
Cabbar
Dünən!
Xumar uzaqlaşır.
Cabbar (qızın ardınca)
Yalan deyirəm... Çünki məni buraxdıqları bir aydır. O cəhənnəmdə insanı ya öldürərlər, ya da vicdanını məhv eləyib buraxarlar! Ah, Xumar! Bu günahkar dünyanın ən məsum, ən köməksiz məxluqu! Vallah nə qədər yalvardım ki, Ayazın heç bir günahı yoxdur, mənə inanmırsınızsa, öldürün, amma Ayaza böhtan atmağa məcbur eləməyin. Öldürmədilər, amma huşumu itirənə qədər döydülər. Dözdüm, neçə vaxt ac-susuz ayaq üstə durmağa məcbur elədilər, dözdüm, amma dırnaqlarımın arasına iynə düzmələrinə dözə bilmədim! Ona görə də, özümə nifrət edirəm. Nifrət! Nə vaxta kimi adamlardan həqiqəti gizlədəcəyəm? Yox, mən bu gündən insan kimi yaşamayacağam. Həşərat kimi sürünəcəyəm!
İşıq sönür
On dördüncü şəkil
Səlim Babayevin evi. O həyəcanlı halda otağa daxil olur.
Səlim
Qız evdədir? Ona puldan-zaddan verərsən getsin. Yaxşı olar ki, çıxıb tanınmaz bir yerə getsin. Bu, hər şeydən əvvəl, onun özü üçün lazımdır.
Mədinə
Demək istəyirsən ki, onu da tuta bilərlər?
Səlim (əsəbi halda)
Bilmirəm... Bilmirəm... Necə deyirəmsə, elə də elə!
Mədinə (ona uzun və son dərəcə kinli bir nəzər salaraq)
Cəlladlar! Cəlladlar!
Səlim (özünü zorla saxlayaraq, pıçıltı ilə)
Yavaş, qonşumuzdakı gədə Mayisin casusudur.
Mədinə
Qoy eşitsinlər. Sizə olan kinimi, nifrətimi gizləməkdən yorulmuşam. Sizin qurduğunuz üsuli-idarə qadının qəlbindəki nəcib hissləri öldürür, onu insaniyyətsiz, soyuq, özü haqqında düşünən, qapalı xudpəsənd bir məxluqa döndərir. Necə oldu Nigar xanım Şıxlinski, Aliyə xanım Qacar, Xurşud xanım Vəzirova, Həmidə xanım kimi xeyriyyə cəmiyyətləri düzəldən, yoxsulların qayğısına qalan, əlacsızlara əl tutan alicənab Azərbaycan qadınları! Onlar general arvadları, qızları idilər. Yəni, indiyə qədər sağ qalsaydılar, tutub güllələyərdiniz, necə ki, bütün ömrünü inqilaba həsr edən bəy qızı Ayna Sultanovaya xalq düşməni adı qoyub güllələtdiniz!
Səlim (pıçıltı ilə)
Rica edirəm, yavaş...
Mədinə
Qulağını aç, eşit. Əgər, Xumarın nişanlısını bu gün azad eləməsən, sənin üçün yaxşı olmayacaq.
Səlim (pıçıltı ilə)
Başa düşürəm, Xumar mənim bacım qızıdır, onun qayğısını mən çəkməliyəm.
Mədinə
Sən qayğı çəkə bilməzsən! Sən cəllad baltasısan! Bax, bir də deyirəm: Xumarın nişanlısını burax! Onun heç bir günahı yoxdur.
Səlim
Mən onu buraxa bilmərəm. Əsərində oynamaq istəmədiyi müəllif Bağırova şikayət eləyib. Bağırov da deyib xalq düşmənini ifşa etmək istəməyən o artist özü də xalq düşmənidir. Bununla da, o artistin hökmü verilib.
Mədinə
Şəfi Sadıqovu mən tanıyıram. İstedadsız, alçaq təbiətli demaqoqun biridir. Tribunalarda vicdan-vicdan deyə-deyə bağırır, insanlıqdan dəm vurur, amma özü dünyanın ən xəbis adamıdır.
Səlim
O, fəhləlikdən irəli çəkilib. Xalq düşməni kimi tutulan şairləri, yazıçıları ifşa eləyənlərdən biridir.
Mədinə
Sən istedadlı adamlara “müsavatçı”, “trotskiçi” adı qoyub tutursan, əgər namuslu kommunistsənsə, bəs, özünün vaxtilə müsavat zabiti olduğunu niyə demirsən? Əgər, müsavatçı olmaq düşmən olmaq deməkdirsə, niyə özünü ifşa etmirsən?
Səlim (bərk qorxur, pıçıltı ilə qışqırır)
Bəsdir, eşidərlər.
Mədinə
Qardaşın inqilab zamanı Almaniyaya qaçıb, indi Hitlerin ordusunda zabitdir, onu niyə demirsən?! Səlim! O oğlanı bu gün buraxdırmasan, mən özüm səni ifşa edəcəyəm! (Səlim onu tutub özünə sıxır) Mən səndən iyrənirəm. Sənin əllərindən qan damır.
Səlim
Niyə belə danışırsan? Mən ömrümdə sənə güldən ağır söz deməmişəm. Səni dünyanın ən gözəl kurortlarında gəzdirmişəm. Qohumlarım dəfələrlə mənə dedilər ki, Mədinənin uşağı olmur, boşa, ayrısı ilə evlən. Bunun üstündə onlara acıqlandım. İndiyə qədər də bu barədə sənə kiçik bir işarə də olsa, vurmamışam. Çünki səni istəmişəm!
Mədinə
İstəmisən, amma ürəyimdən xəbərin olmayıb. Xəbərin olanda da, əhəmiyyət verməmisən! Talelərinə acıdığım adamlara qarşı sən həmişə soyuqqanlı cəllad olmusan!
Səlim qəfil qadının boğazından yapışıb boğur. Papiros yandırıb çəkir. Sonra irəliləyib onu diqqətlə yoxlayır. Ölmüş olduğuna tamam əmin olandan sonra telefona yaxınlaşıb zəng vurur. İşıq, eyni zamanda, telefon xəttinin o biri ucunda Mayisin üzərinə düşür.
Səlim
Mayis!
Mayis
Bəli, yoldaş komissar!
Səlim
Böyük fəlakət üz vermişdir!
Mayis
Nə olub, yoldaş komissar?
Səlim
Mədinə xanım qəfil vəfat eləyib...
Mayis
Nə danışırsınız...
Səlim
Gəldim, gördüm yıxılıb divana. Yaxınlaşıb gördüm çoxdan gedib. Bizim komissarlığın doktorunu tez göndər.
Mayis
Başa düşürəm... Baş üstə, özüm götürüb gələrəm.
Səlim (Mayisin axırıncı sözlərini təkrar edir)
“Özüm götürüb gələrəm.” Özü nə üçün gəlir? Mən ki, bu aclafa demədim özün də gəl.
İşıq sönür
Kitabxana.az · https://kitabxana.az/en/works/ilyas-efendiyev-sevgililerin-cehennemde-vusali
More by this author
Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmağı arzulayırdım. Gecələr yerimə girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içindən çıxmağa məcbur eləyən Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin Qaçaq Xanmuradın bu dəfə anama danışdığı bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni Arazın o tayında) bir düşmənindən necə qisas aldığını nağıl edirdi. O, nəşə ilə danışırdı ki, çiskinli, qaranlıq bir gecədə öz dəstəsilə qəfildən həmin düşməninin alaçığını mühasirəyə alaraq, uşaqdan böyüyə hamını necə gülləbaran eləyib qırıblar...Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun bənizini dərhal soldururdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:
Yenə şəhərdəBir neçə gündən sonra babam anamgilə xəbər verdi ki, onu «A» qəzasına rəis təyin eləyiblər. Ona görə də köçüb getdik şəhərə, evimizə...Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çəkdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını belinə bağlayaraq məşhur kəhər atına minib, Qızılbaşoğlu Alının müşayiətilə «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atamla anam da gəlmişdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:
Nuru dayımın qayıtmağı...Bir dəfə atam mal gətirmək üçün Bakıya getmişdi. Qayıdanda gördük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışırdı ki, neft mədənlərində işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içində olan Nuru dayım çıxır qabağına. Qərəz, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefə sovurandan sonra lüt qalıb, gəlir neft mədəninə, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdirmişlər.İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlmişdi. Laklı uzunboğaz çəkmə, qalife şalvar, qiymətli buxara dərisindən təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüləri qızıl Qafqaz kəməri, nazik, qumral bığları, onsuz da, gözəl olan dayıma fövqəladə yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha nə bilim haralarda çəkdiyi keflərdən anama səhnələr danışırdı. Ən maraqlı söhbətlərdən biri də anamgilin ögey qardaşı, yəni Fatma nənəmin qabaqkı ərindən olan oğlu Cəlilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu söhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil barədə heç nə soruşmurdu. Mən də buna təəccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qədər istədiyi halda, nə üçün öz dualarında, söhbətlərində bir dəfə də olsun o vaxt atasının üstünə atıb getdiyi oğlu Cəlilin adını dilinə gətirmir?
Anamın bir rəfiqəsi vardı...Atam hər dəfə Bakıya gedib-gələndə Müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danışardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəğmələr oxuyardılar, anamla rəfiqələri eyzən zabitlərdən söhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə bərabər, türk zabitləri də var idi. Bunlar Azərbaycana gələn türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağılar bağçadakı qızılgüllükdə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərək bərkdən danışıb gülərdilər. Anam və rəfiqələri bizim bağımızda gəzib söhbət edərdilər.Anamın Məhbub xanım adlı çatmaqaş, qaraşirin, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bizə gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadıma düşərdi. Şən, deyib-gülən bir gəlin idi. Onun da tumanı anamınkı kimi uzun idi. Tumanının ayağına əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardı. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən un dəyirmanının sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım iricüssəli, kök, yaraşıqlı bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yenə də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşid xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Talıba vermişdilər, ancaq anamın söhbətlərindən bilirdim ki, oğlan qıza qarşı soyuq imiş, ona görə də tezliklə ayrılmışdılar.