Essay
- Love
- Divine love
- Separation
- Wine and the tavern
- Nature and spring
- Fate
- Death
- Wisdom and advice
- Homeland
- Praise
- Satire
- Lament
Müdiri-möhtərəm fəzilətli cənab İsabəy Aşurbəyov. Əvvəla cənab haqdan zat-alilərinizin səhhət və afiyət üzrə payidar olmağını arzu edirəm, digər [tərəfdən] cənabınıza izhari-məmnuniyyət edib, millət yolunda göstərdiyiniz hümmət və qeyrətinizə təhsin və afərin oxuyuram və qəlbən şad oluram ki, sizin kimi qeyrətmənd şəxslər dəxi bizim müsəlmanların içində görsənirlər. Xüsusən, müsəlman və erməni arasında sülh və barışığın bina tutmasına çalışmağınız hər bir şeydən artıq bizi şad eləyir. Əgərçi erməni-müsəlman iğtişaşında Şuşa qələsində həqirin evi içinin əcnası ilə yanıb tələf olubdur, dayım və onun iki nəfər cavan uşaqları qətlə yetibdir, bununla belə mən ürəyimdə büğz və ədavət bilməyib, bunu ancaq arzu edirəm ki, bu iki qonşunun arasında şeytanın iğva və vəsvəsəsi ilə bəhəmə gələn fitnə və fəsad götürülsün və yenə irəliki mehribançılıq və dostluq onların yerini tutsun. Vaxta ki, biz yəqin etdik, hər iki tərəfi bir-biri ilə vuruşduran və yek-digərinin üstə qalxızan üçüncü bir düşməndir, onda bizə vacib olan budur ki, haman düşmənin vəsvəsəsinə bir də aldanmayaq və müttəhid olub, onun dəfinə və bizdən kənar olmasına çarələr tapaq. Ancaq bu yolla biz özümüzü düzəldib, sahili-nicata yetirə bilərik, ancaq büğz və ədavəti bilmərrə unudub dostluq əlini bir-birimizə uzatmaqla qüvvət və mütməinnlik hasil edə bilərik. Hərgah bundan sonra biz bir-birimizə inanıb etimad və etibar etsək, onda bizi barışdırmağa və aralıqdan niza və fəsadı götürməyə nə Qalaşapov lazım gəlir, nə Levitski və qeyrisi. Erməni və müsəlman onlara ariz olan bu qədər fəlakət və müsibətdən sonra gərəkdir dürüst fikir edib, öz işlərindən və öz etdikləri insafsız və əqilsiz əməllərindən peşiman olalar, barışmağı özləri lazım və vacib bilələr. Ancaq o barışıq möhkəmdir, vaxta ki, o tərəflərin rizası və xahişi ilə əmələ gəlir. Zorla və təkid ilə bəhəmə gələn barışıq möhkəm ola bilməz və hansı tərəf bu işdə artıq danalıq, mürüvvət və sədaqət göstərsə, özünə yetən zərəri nəzərə almayıb, əvvəlcə sülh əlini dosta uzatsa o tərəfə səd afərinlər olsun. Ümidvaram ki, tezlikcə hər iki tərəf bir-birinə sülh əlini uzada və aralıqdan ədavəti bilmərrə götürə....
Məhkəmeyi-ürfiyyəDünən bizİ qara və günahkar stulunun üstündə əyləşdirib mühakiməedirdilər ki, sız niyə bu namuslu, ədəbİİ, ismətii, əxlaqlı millətinizin
Şərq İslam mədəniyyətinin üç ortağıMəşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi, İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır. Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır.La literature Arabe adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.
Müsəlman müəllimlərinin hümmətiHər sənə yay fəslində Şuşa şəhərinə elm və mərifət təhsil edənlərimizdən, — xah müəllimlər olsun, xah studentlər və xah dövləti qulluqlarda olan cavanlardan, — böyük bir cəmiyyət yığışıb, millət və vətənə xidmət etmək fikrinə düşürlər. Bunların mabeynlərində ülfət və rəfaqət vüquə gəlib ittihad və ittifaqın binası bir növ möhkəmləşir və bacardıqları qədər vətənlərinə nəf və fayda yetirirlər. Xüsusən bu yolda artıq hümmət və qeyrət göstərən müsəlman müəllimləri olur. Doqquz ay qürbət vilayətlərdə, uzaq kəndlərdə və şəhərlərdə təlim və tədrisə məşğul olub artıq məşəqqət çəkib üç ay yay fəslini dəxi istirahət və asayiş ilə keçirməyi özlərinə rəva görmürlər.Belə ki, iyul ayının 24-cü günü buradakı şəhər məktəbində təlim alan fəqir şagirdlərin nəfi üçün müəllimlərin hümməti ilə türk dilində bir komediya göstərildi. Müsəlmanlardan xeyli camaat: nücəbadan, tüccardan və sair əsnafdan tamaşa üçün teatroya toplaşdılar. Oynanan mərhum Mirzə Fətəli Axundovun əsərlərindən məşhur "Hacı Qara" və yaxud "Mərdi-xəsis" komediyası idi. Əgərçi bu komediya kərrat ilə Şuşa şəhərində iraə olunubdur və onun məzmunu şəhər əhlinin çoxuna məlumdur, bainhəmə komediya əsla əksilməyib hamıya xoş gəlir. Əlbəttə, mərhum Axundov kimi kamil, dəqiq, baxəbər və ziyadə təcrübəli vücudun əsəri dəxi həmişə həyat üzrə baqi qalacaqdır.
İran rəiyyətlərindən təşəkkürZənbur ağa, biz iranlılar, nə qədər öz naİbı-konsulumuz Mir və Ibrahim xandan razıçılıq və təşəkkür eyləsək, genə mindən birinin öhdəsinden gələ bilmerik. Onun bakifayətliyindən bizim hər bir ehtiyacımız ra f olub, asudə və xoşbəxt bu unıs torpağında yaşayınq, qurd qoyun İlə otlayır, aylar ilə bir ariz-məruz olmur kİ, işi konsula düşsün, Ona görə də konsulxanada bekarçılıq olduğundan Naib cənabları arxayın və dinc hər gün konsulxanada sazəndə, nəvazəndə ilə kefə məşğul olub gündə şikayətçi əvazinə, beş-altı kefli dəstəsi evindən yola salır.Allah belə Naibdən razı olsun və həmişə damaq çağlığı versin. Biz kİ, ondan razıyıq... çünki hatm iranhlann dəstixətti yox idi, onların əvəzindən vəkalətən qol çəkdi: Cüvəllağı!
Milliyyət baxımından ədəbiyyatda forma və məzmunŞərq və Qərb tədqiqatçıları tərəfindən Nizami daha çox İran ədəbiyyatı nümayəndəsi kimi öyrənilmiş və onun şəxsiyyəti yalnız həmin sifət ilə tanınmışdır.Kök salmış bu yanlış təsəvvürə baxmayaraq, Nizami bizim qənaətimizcə, Azərbaycan şairidir və bu həqiqət yalnız onun nisbətinin “Gəncəvi” olmasından irəli gəlmir.
Redaksiyaya məktubC. Redaktor! Xahiş edirəm qəzetinizin yaxın nömrələrindən birində mənim bu məktubuma yer verəsiniz.Martın 10-da mən mərhum Qabriel Sundukyansdan aşağıdakı məzmunda bir məktub almışam: "Hörmətli cənab Firidunbəy! İcazə verin sizi bir xahişimlə narahat edim: Zəhmət çəkib mənə xəbər verin görüm, şair Mirzə Şəfi haqqında sizə bir şey məlumdurmu? Onun poeziyasından çap olunmuş kitablar varmı? Varsa o kitabları haradan tapmaq olar? Bu məlumatı Parisdən professor Makler təkidlə istəyir. Ümidvaram ki, mənim bu xahişim yerinə yetiriləcəkdir və mən də Sizə dərindən minnətdar olacağam. Sizə həqiqi hörmət bəsləyən və minnətdar olan bəndeyi-həqiriniz Qabriel Sundukyans".
Ədalət və maliyyatHər kəs nə deyir desin, mən gənə deyirəm ki, dünyada bu qəzet və jurnal çıxardanlara hər nə eləsən azdır. A kişi, bu qedər kötək yeyirlər, ölürler, daşlanırlar, təkfır otunurlar, genə dik dediklərini deyib bu biçarə mömin, dindar müsəlmanların yaxalarından ol çəkmirlər.Doğrudan da ki, deyiblər: “Günah öldürəndə deyil, öləndədi”. “Mühakimat” qəzetəsinin müdiri Mahmud Qənizadeyi-Səlmasİ Təbrizdə haqqında cəzasına çatıb və yaxşı eləyiblerki, günün günorta çağt bazarda vurub şilik-miliyin dağıdıblar. Camm, iki yuz min Tebriz camaatı özlorİnə ədliyyə əzası seçİrlər. “Mühakİmat”ın müdiri nəçikarədİr ki, onlara irad eləyib və millət inanılmışlarını rüsvayİaləm eləsin? Ədliyyədi, kefleri istər orada ədalət eylərlər, kefleri istər zülm eylərlər, kefləri istcr müqəssirləri zindana məhkum eylərlor, kefləri istər, hərdənbir müqəssirlərin xoşgil cavanlarından seçib evlərino apararlar.
Nizamiyə borcumuzAzərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri Vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək, əsərlərini diqqət və ehtiram ilə öyrənmək, yaratdığı ədəbi tablo və timsalları müasir sənətin texnikası vasitəsi ilə yenidən canlandırmaq, möcüzəli sənətindəki bütün incəliklərin zövqünə varmaq, yüksək ruhundakı böyüklük və dərinliyin həqiqi ölçülərini bilməyə çalışmaq, varlığın sirlərini araşdıran hikmət və fəlsəfəsini qavramaq, bir sözlə: öz zamanında anlaşılmadığından şikayət etdiyi “türkcə”sini anlamaq – budur vətənpərvər Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi.Bu vəzifədən üzərimizə düşən hissəsini öz bacarığımız daxilində hazırladığımız və müharibə vaxtının yaratdığı çətinliklər məxəz və qaynaqların hamısını əldə edib nəzərdən keçirə bilmədiyimiz nəticəsində istədiyimiz kamillik və dolğunluğa nail olmayıb bizi qane edə bilməyən bu səhifələrin Nizaminin yubileyinə hədiyyə edilməsindən başlıca məqsəd türk dilli gənc nəsildə Azərbaycanın bu böyük şairinə qarşı bir maraq oyatmaqdan ibarətdir.
Sabir haqqında"Molla Nəsrəddin"in 15-ci və "Kaspi" ruznaməsinin 90-cı nömrələrində milli şairimiz Mirzə Ələkbər Sabirin ağır halda xəstəliyi və maddi cəhətincə ziyadə ehtiyacda olmaqlığı yazılmışdı.Bu xəbər bizi xeyli pərişan edib, dərin fikrə saldı. Sabir əsrimizin ən müqtədir və xoştəb şairlərindən birisidir. Onun sabiqdə bəzi müstəar adlar ilə imzalanmış abdar, xoşməzmun və mövzun kəlamları "Molla Nəsrəddin"in səhifələrində dərc olunub, oxucuları bir yandan güldürüb, bir yandan ağladırdı. Onun yazdığı şerlərin çoxu açıq və sadə ana dilində olub, mənşətimizin eynini göstərdiyinə görə əzbər öyrənilirdi.
MəkkəBir gxitı bir nəfər təzə Məkkədən gələn hacıya çox ürəiym yandı. Həqiqətdə də bu cür adamlara ürək yanmalıdır. Çünki şəherində oturduğu yerdə axundlar o qədər yazığa altdan-üstdən deyirlər ki, san müstətesən, beləsən, şeləsən, binəvant üzdən-gözdən salırlar. Durur, az-çox nə mayası var, üzləyİr, bir qədər pul götürüb düşür bərri-biyabanə, durma gəldim, Məkkə. Günə bir mənzİl, təyyinıənazil, qeti-mərahıl, yetişcək haman fövri bİr naxoşluq yapışır yaxasmdan, öl ki öləsən. Necə ki, her il minlərlə və olexüsus bu İl otuz altı min nəfər ölübdür...Hocc Fürui-dindən olub, onun barəsində danışmaq nəinki “Molla Nesrəddin”in, bəlke onun babasının da hünəri deyil və camaat da ki, hər il yiiz minlərlə gedib ora, yüz min deveni, camışı, inəyi, qoyunu qurban edib, dübarə pul verib basdırırlar torpağa, bir hikmətdİr ki, ona heç kəs əl apara bilməz. Ancaq menim bu damşığım orıdan ötrüdür kİ, öz günümə ağlayıram və hesab eİByirəm ki, ildə bu qədər adam ki Məkkəyə gedİT və çoxu da dəTəceyi-şəhadətə yetişir, onların hər birisinə behiştdə yetmiş min qəsr zebərcəddən, yaqutdan vcrsələr və hər qəsrİ yetmiş min dəfə bu dünyadan böyük olsa, mən ondan qorxuram ki, bİzlərə dəxİ cənnatdə yer qalmıya. Və işdi, Allah eləməmiş, biz də getməlİ olsaq, üzrümüzü istayalər. Odur ki, bunlann hər il bu qədər qınlmağın eşidəndə qısqanmağım hıtur ve hesəd aparıram buların o səadətinə ki, Məkkə kimi müqeddəs bir şəhərdə can cahan-afarinə tapşınriar, çünki onsuz da çoxusu Ogər vətənlerindo vofat etsələr, vesiyyət edəcəklər kı, sümüklərini Vığıb-yığışdırıb Kerbalayi-müellayə aparsınlar.
Mövzulardan çıxan nəticəFarsçılığı yox onun,Türklüyə çox bağlıdır.
Mirzə Hüsen "Zülali" təxəllüsMirzə Hüseyn Zülali əslən şirvanlıdır. Tərcümeyi-halına dair məlumat cəm edə bilmədik. Eşitdiyimizə görə, Zülalinin nəslindən Şəmsəddin ismində və Zülalov familiyasında bir şəxs sabiqdə Gəncə şəhərində poçt-teleqraf kantorasında xidmət edirmiş. Mumiileyhə kağız göndərib Mirzə Hüseynin haqqında məlumat istədik, vəli cavabi-namə gəlmədi. Zülalinin əsərlərindən ancaq bir qəzəl tapdıq ki, zeyldə dərc olunur:Qəzəli-Mirzə Hüseyn Zülali:
Əshabi-kəhfBizim Naxçıvan şehərində hər vaxt ki, bir teziyə məelisi, yainkitəkiyə və ya bir ehsan və qonaxlıq oldu ve şəherin ağbaş, göybaş və sanbaşlart cərgə ilə dallarında mütəkkə ve altlarında döşək yuxan tərəfdə əyləşdilər, danışmağa heç bir söz tapmasalar başlayacaqlar
Nizami Azərbaycan şairiNizaminin yaradıcılığı forma baxımından Azərbaycana nisbətdə milli deyilsə də, hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır.Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.
Nəsimi ŞirvaniBu şairin kəlamlarından ancaq bir qəzəlin yazılmasına iktifa etdik:Dünü gün müntəzir oldum ki, bu pərgar nədir,
Ənizə ərəblər və hacılarMən uşaqlıqda her hansı hacı və kərbəlayı ki, zİyarətdən qayıdardı və onun görüşünə gedərdim, eşidərdim deyir ki, “fılan yerdə belə ənizeye rast geldik və fılan mənzildə cəmalımız biz ilə belə rəftar etdi, züwara məsləhət gördüler ki, “Süleymanİyyə yolu ilə gedək yavuq olsun” . Çavuşumuz dedi: “Xeyr, orda onizə var. Bicar yolu yaxşıdır ki, qorxusuzdur” . Biz Bİcar yolu getdik, sonra eşitdik ki, Kabla Hosənqulugil Süleymaniyyə yolu gedib ənizeyə rast gəliblər”.Mən bu sözləri eşidəndə həmişə təəccüb edirdim ki, görəsən bu ənizə, ənizə nə deməli sÖzdür. Bu çay adıdır, yer adıdır, ya heyvanat qismindəndir? Sonralarda qandım ki, xeyr, ənizə deyilən, çöllərdə boyümüş bir eins ərəblərdəndir ki, İşləri-peşəlori gəlib-gedən züvvarı güdmək və onlara artıq dərəcədə məhəbbot və ehtiram etməkdir. Mesələn, çox vaxt rast gəldikləri züwar dəstələrinin şeylorini bütün əllərindən alıb apararlar ki, ağanm züvvarma yolda ağırlıq edib əziyyətə və zəhmətə salmasın. Və bəzi vədə ki, bir para züwar anlamayıb bunların bu mehribançtiığmı qəbul etmez, onlar ilə ərəbi deva edərlər, yənİ əllərİndə olan böyük toppuz ilə elə vurarlar ki, züwarın başı darmadağın dağıltb fövri feyzi-şəhadeti dərk eder.
Nizaminin yaradıcılığıNizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.
QubaMərhum Abbasqulu ağa Qüdsinin tərcümeyi-halına şüru etməzdən müqəddəm Quba şəhərinin barəsində--ki, şairin vətəni məqamındadır,--icmalən məlumat verməyi münasib gördük.Yadigar qalmış vərəqparələrdən və təvarixdə görünən müxtəsər əhvallardan belə məlum olunur ki, Quba şəhərini Nadir şah tarixi-hicriyyənin 1147-ci sənəsində--ki, miladın 1734-cü sənəsinə mütabiqdir,--bina etdirmişdir. Müşarileyh Şabrandan (Quba uyezdində Dəvəçi mahalıdır) gəlib keçdikdə Dərbənd ilə Şabranın arasında "Gülüstani-İrəm" adında basəfa bağlıqda istirahət üçün sakin olmuşdur.
Məşədiİdareyə indiyə kimi azından əlli adam kağız yazıb xahiş edibdir ki, AJlah xatirəsi üçün bizim adresimizi Meşədi Cefer, Meşedi Əli yazmayın! Yavan Cəfər, yavan Əli yazın!Mən qabaqca bu kağız yazanlan məsxərə eyləyirdim və gülürdüm kı, əcəba bir surətdə ki ildə yüz minlərlə adamlar Məşhədimüqəddəse müşərrəf olub və mİlyonJar i!ə pullar xercləyib belə böyük səadəte yetişirler ki, həmi adlanna meşedi deyilir və həmi də behiştdə böyük-böyük qəsrlər onlardan ötrü mühəyya olunur. Məgər eyləyirlər? Sonra düşündüm, məlum oldu ki, xeyr, bunların çoxusunun ya ata-anası nazir deyib uşaqtıqda apanb Xorasana ve yainki siğə havası vurub başlarına gedibiər ziyarətə və sonra da gəlib peşiman olublar və indi arlarına gəlir ki, biz itilget müsəlman ola-ola, niyə bizim adımıza meşedi deyilsin?
Nizaminin həyata və insana münasibətiTanrıya müraciətindən:**Dünyanın özü də bunca gözəlkən,
Hacı Molla Abbas "Şölə"Mərhum Hacı Molla Abbas Hacı Abdulla oğlu əslən isfahanlı imişsə də, yenə Gəncə şüərasının zümrəsindən hesab olunur.Hacı Molla Abbas "Şölə" təxəllüs təxminən qırx beş sənə bundan müqəddəm Gəncəyə gəlib, orada evlənibdir və lakin övladı olmayıbdır. Şölə Hindistanı, İranın çox yerlərini, Ərəbistanı və Misiri seyrü səyahət edib xeyli bilik və təcrübə kəsb etmiş bir vücud idi. Qafqaziyanın dəxi çox yerlərini gəzib, onda olan müxtəlif əqvamü miləlin adabü ayini ilə bələd olmuşdu.
Nə yoğurduq, nə yapdıq, hazırca kökə tapdıqXaçpərast millətlərinin tökdükləri qan və verdikləri can bahasınaolaraq.Rusiyədə hürriyyət ve azadltq günəşi parladı. İndi müsəlman
Nizamidə eşq fəlsəfəsiArasaq dünyanın oluşunu,Eşqdə taparıq duruşunu!
Soltan Məcid Qənizadəİyirmi beş il maarifi nəşr stmək kimi çətin bir əmri yerinə yetirməkdə sabitqədəm durmaq böyük hünərdir. Bizim maarif qədri bilməyən avam camaat arasında bu əmri əmələ gətirmək daha böyük hünərdir.Çox müəllimlərimizin müəllimlik sənətindən qaçmasına, bir tərəfdən, bu sənətin ağırlığı və qiymətsizliyi, o biri tərəfdən də camaatımızın bu müqəddəs sənətə alçaq bir nəzərlə baxması səbəb olur.
SenzurAx bivefa fəlek, sen nece qeddar və cəfakar İmişsən ve hemişeyarı yarından ayıran və sevgİlisini, istəküsini sevgilisindən kənar
Nizaminin dövlət haqqında görüşləriDinində dövlətin zülm haramdır,Zalımlara dövlət candan düşmandır.
Yakov Semyonoviç QoqoebaşviliBu günlərdə əbədi olaraq gözlərini yummuş qocaman gürcü müəllimi və publisisti Y. S. Qoqebaşvilinin1 parlaq siması, ideal və arzuları hazırda hələ ot bitməmiş məzarı başında acı göz yaşları tökən gürcü xalqı üçün yolgöstərən ulduz ola bilər. Yakov Semyonoviç üçün göz yaşları tökməyə dəyər! O öz xalqını həqiqi və dərin bir məhəbbətlə sevirdi; özünün bütün qüvvət və bacarığını xalqına xidmət etməyə, onun maariflənməsi, mənəvi inkişafı və maddi rifahının yaxşılaşmasına həsr etmişdi.Uşaqların və uşaq kimi sadəlövh olan xalqının səmimi dostu olan bu istedadlı müəllim xalqının səadət və xoşbəxtliyini maarif toxumu səpən səmərəli xalq məktəblərində görürdü. O, dərindən dərk edirdi ki, hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşgünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşgünlüyünün nəticəsində meydana çıxır. Öz xalqını belə bir yoxsulluq və düşgünlükdən xilas etmək, onu qaranlıqdan işığa çıxarmağa kömək etmək üçün Yakov Semyonoviç uzun illər boyu Gürcüstanın uzaq, qaranlıq və ucqar yerlərinə bilik toxumu yayaraq xalq maarifi sahəsində səmərəli surətdə çalışmışdır.
Niyə qəzetə və məcmuə satılmır?Hər kəs istesə bilsin ki, hansı şəhərin mömin və müqəddəs adamları çoxdur və harada çox axirət fıkri çokən var və haranın mollalarına camaatın ixlas, iradəti kamildir, daha dağa-daşa düşmək lazım deyil, gəlsin qəzetə vo jumal idarələrinə, orada bu mühüm mosələni asanhqla başa düşo bilər.İndi sen deyecəksən ki, bu soz lap “Töhfetül-məcalis” kitabının sozlerine oxşadı. Müqəddəs kişilərin hesabıni gərək hər yerdə hamamlardan, məscidlərdən, zİyarətgahlardan öyrənəsən. Onların qəzetə idarələrinə nə dəxli var? Jumal idarəsi hara, onlar hara?! Onda mən sonə bir mfıxtəsərcə hesab deyəceyəm və sənin ağlın kesecəkdir ki, mənim sözüm düzdür, daha özünü təşvişe salmayacaqsan.
Unudulmuş NizamiBir tərəfdən İslam şərqinin uğradığı ümumi gerilik, o biri tərəfdən isə çarizm istilasının zülm və istismarı nəticəsində öz keçmişini və bu keçmişdəki mədəni nailiyyətlərini unutmuş Azərbaycan Nizamini də yaddan çıxarmışdı.Gəncənin yaxınlığında yıxılıb-tökülmüş bir məzar vardı. Bu məzar uşaq arzulayan qısır qadınların uşaq dilədikləri bir “Şeyx”ə mənsubdur. Bu “kəramətli türbə”nin bütün Şərqin olduğu qədər Azərbaycanın da başını ucaldan böyük bir şairin əbədi yatağı olduğunu bilənlərin sayı azdı.