Mirzə Fətəli Axundov

Mərhum Mirzə Fətəlinin tərcümeyi-halına və mütəəddid əsərlərinə şüru etməkdən müqəddəm onun məsqətürrəsi olan Nuxa şəhərinin və Şəki xanlığının keçmiş əhvalatına və əhalisinii dolanacağına dair filcümlə məlumat verməyi burada lazım gördük.Nuxa şəhəri Qafqaz dağlarının cənubi-şərqində dağ ətəyində təmir olunmuş gözəl bir şəhərdir ki, sabiqdə Şəki xanlarının paytaxtı hesab olunurmuş. On səkkizinci əsri-miladın əvasitinə kimi indiki Nuxa bir qoryə halında imiş. Şəki xanlığı bina tutduqdan sonra Nuxa qəryəsi şəhərə mübəddəl olub, sürət ilə məmura və abadanlığa üz qoyur.

Firidun bey Kocharli192557 min
Çağdaş Azərbaycan tarixi

Xanımlar, bəylər!“Azərbaycan Mədəniyyəti Birliyi”nin inzibati şurası “Azərbaycan tarixi Birinci dünya müharibəsindən zamanımıza qədər” mövzusunda bizdən bir məruzə istəmişdi. Qısaca, çağdaş Azərbaycan tarixi deyə biləcəyimiz bu mövzuda bir söhbət etmək üçün 28 may gününü seçdim.

Mammad Amin Rasulzade195138 min
Ah, keçən günlər

Atalar sözüdür: “Keçən günə gün çatmaz - calasan giinü günə”. Doğrudan da, hanı qədim vaxtlarl Rəhmətlik Dəli Haşim demişkən, hanı Molla Qənı dovrü, mağıl onda xeyİr-bərəkət var idi, hər yanda şeyxi, mütəşəni dəvası olurdu; hər məclisdə bəhslər açıb çığır-bağır saİıb kitabı bir-birlərinin başlarına çırpırdılar. Yaxşı böyük-büyük mollalarımız, imanlı qazilerimiz ve dindar vaizlerimiz var idi. Və hər biri özünü bir tərofə vurub pilovu yeyib, çayı içib merac məsələsi, berül-ələm dəvası və şəqqül-qəmər möcüzosi deyirdilər. Vo birbİrlərini gözəl həcv eləyİrdİlər və deyirdilər.Sən baxgilyn o Rəhim xan ibliso,

Aligulu Gamgusar2 min
M.F.Axundovun dramaturgiyası haqqında bəzi qeydlər

Deni Didro “Dramatik poeziya haqqında”kı kitabında yazır: “Əsər barəsində düzgün mühakimə yürütmək üçün onu başqa əsərlərlə müqayisə etmək lazım deyildir”.Bu fikir müəyyən dərəcədə doğrudur. Müəyyən dərəcədə deyirik, çünki bəzən yerli müqayisə xeyir verə bilər. Lakin Didro bu fikri söylərkən bitkin sənət əsərlərini nəzərdə tutur. Xüsusən dramlardan bəhs edildiyi zaman, müqayisə, tədqiqatçıdan böyük risq tələb edir.

Mehdi Huseyn194026 min
“Azadlıq” radiosu ilə Azərbaycanlılara ilk müraciət

Həmvətənlər!**Nəhayət, bizim öz xüsusi səsimiz var! Stalin polis terroru bizi öz evimizdə susmağa məcbur etsə də, xaricdə qorxmadan və maneəsiz danışa bilirik. Azadlığa olan daimi inamımız xalqımızın qəlbində sönmədi. Bizim birinci vəzifəmiz – azadlığa olan iradəmizi yaşatmaqdır. Kommunist tiranlığına qarşı olan müqavimət gücü də xalqımızda tükənmədi. Biz azərbaycanlılar, Sovet İttifaqının başqa xalqları kimi, kommunist rejimini məhv edib, alınmış azadlığımızı qaytarmaqda qərarlıyıq. Harda olmağımızdan asılı olmayaraq, istər Sovet İttifaqında, istərsə də xaricdə azad Qərbdə olaq, hamımız ürəkdən bir şeyi istəyirik: Kreml hakimiyyətinin yıxılmasını!

Abdurrahman bey Fatalibeyli3 min
Molla Pənah Vaqif

Çün muradı-xatirimdir lə’li-ləbdən sudi-eşq,Eyləram hərdəm qara bağrımı xunaludi-eşq,

Salman Mumtaz23 min
Ləbbəyk icabət

Sevgili, yeganə “Irşad”ımızın 272-ci nömrəsində “Ümum müsəlmanlara!” sərlövhəli məlaləyi oxuduqda şairir-həcvgu Əşrəfin şu qitəsi xatirimə gəldi:Ey vətən, ver əlini bir sıxayım,

Mirza Alakbar Sabir1 min
Ay ötür, gün keçir

Dövlət duma yaxınlaşır. Camaat da hazırlaşır, hökumət də hazırlaşır. Hökumət hazırlaşır ki, görsün elə bir duma qayıra bilərmi ki, axırda camaatı öz zurnası ilə oynatsın.Camaat dəxi bu kələyi duyub əlləşir ki, görsün bir elə duma qura bilərmi ki, hökuməti zurnasına oynatsın…. Axırda kim çalıb, kim oynayacaq, onu allah bilir.

Uzeyir Hajibeyov2 min
Bakı yollarında

(Bakı zəfərinin 17-ci ildönümü münasibətilə)**Daxildən gələn bir sevgi ilə, diqqət və ehtimalla hər vəsiqə, əmr, raport və müşahidələr əsasında yazılmış mükəmməl bir əsər: “Böyük hərbdə Bakı yollarında 5-ci Qafqaz Piyada Firqəsi...”

Mirza Bala Mehmetzade11 min
Həsbi-hal (5)

Şimdi üçüncü qısma gələlim.Üçüncülər: “yeni üsulda tərbiyə görüb, yaxud görmək istəyib, müəllimliyə həvəskar

Huseyn Javid19105 min
Azərbaycan

Dünyavü aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı – inna lillahi və inna ileyhi raciun, amma buna hamı qail oldu ki, vətən, vətən, vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur.Qur’an ayəsindəndir: “Biz Allahın bəndələriyik və [öləndən sonra] Ona tərəf [Onun gərgahına] qayıdacağıq” (Qur’an, “Bəqərə” surəsi: 156) . Bunuyla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bunuyla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyizəhləmi aparır – haman söz Azərbaycan Vətənimin üstündədir. Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:

Jalil Mammadguluzadeh19173 min
Şeytan bazarda

Bilməyirəm, qeyri müsəlman məmləkətlərində varmı-yoxmu, fəqət Qafqazda müsəlman şəhərlərinin hamısında "Şeytan bazarı" namında bir uram və ya bir məhəllə olmağını bilirəm. Təəccüb burasıdır ki, Tiflis müsəlman şəhəri olmaya-olmaya müsəlmanlar olan məhəllədə də Şeytan bazarı məlum məşhur bir bazardır. Qeyri yerlərdə bu bazarlara nə üçün Şeytan bazarı deyirlər isə bilməyirəm, fəqət Tiflisdə Şeytan bazarının tarixi vardır. Qədimdən həmin Şeytan bazarı doğrudan da bir şeytan yuvası idi: adam öldürərdilər, harada? Şeytan bazarında. Cib kəsərdilər, harada? Şeytan bazarında. Filan hacının oğlu var-yoxunu qumara uduzardı, harada? Şeytan bazarında. Filan Sibirə göndərilən, sonra qaçıb gələn adamı harada tapardılar? Şeytan bazarında. Biçarə kəndçiləri (...) soyardılar, harada? Şeytan bazarında. Böylə bir tarixi olan bazara Şeytan bazarı deməyib nə deyəcəksiniz?Qədimdə, yadıma gəlir, bu bazarda bir adət də var idi: qəribə, adətdən dişqarı bir paltarda adam görsəydilər, Şeytan bazarının cavanları ona sataşardılar. Məsələn: allah eləməsin bir adam kürkünü tərsinə geyinə idi o saat görərdin bazardan keçəndə hay-huy səsi bazarı götürərdi. Hay-huy səsi cəhənnəm! Nə olacaqdır. Boğazlarını çox da yırtsınlar. Amma, allah göstərməsin, qarpız qabığından. Bir də gördün hər tərəfdən qarpız qabığı başına yağış kimi yağır. Doğrudur, bu qarpız qabığı qulağın yanında vız edib getsə, genə xoşbəxtlikdir, fəqət yaxşı nişana vuranların əllərindən (çıxan) qarpız qabığı vız etməyib lap peysərə yapışıb qalır. Bu yamandır!

Nariman Narimanov4 min
Elm xəbərləri («Əkinçi», 20 oktyabr 1875)

Firəngistanın Sen Didyö adlı bir yerinin altmış arşınlığında bir su quyusuvar ki, ol yerin ətrafında sakin olanlar o quyunun suyunu içirlər. Çünki o suyu

Asgar agha Gorani2 min
Hər gün bir az (13 iyun 1904)

Biz müsəlmanlarda tərəqqi fikri yoxdur. Cəmiyyəti, təni (sosial) ibarət olmaq üzrə tərəqqi ondan ibarətdir ki, bir millətin, bir qövmin, bir cəmiyyətin hamı əfradının əhvalı irəlikisindən yaxşılığa, yəni füqəra, zəngin, alim, cahil, uşaq, böyük, dövlət qulluqçusu və ya öz-özünə məşğul olan şəxsi, adamların hamısını hiss edirlər, feli və həqiqi dəlillər ilə və yəqin edələr ki, bu gün dünəndən, zamani-hal zamani-mazidən daha rifah hal ilə yaşayırlar. Bu tərəqqi, xüsusilə dövlətlərin beynəlmiləl münasibətində görünür. Hankı dövlətin əhalisi tərəqqi etdi, yəni xoş güzəranlıqda, rifah halında rövnəq və pişroft oldu, o dövlətin xahişlərinə, mütaliblərinə dövlətlər içində artıq riayət göstərirlər.Bu ümumi tərəqqi ol zaman hüsula gələ bilir ki, millətin əfradının hamısında təbii o əqidə ola ki, "mənim öz xoş güzəranlığım, içində yaşadığım camaatın xoş güzəranlığına bağlıdır. Özümü və əyalımı və mütəəlliqatımı xoşbəxt görmək istərəmsə, ümumən rifah halı nəyi icab edərsə, ona canü dil ilə çalışmalıyam".

Mammad agha Shahtakhtinski2 min
Türklərə məzalim

Bən şu sətirləri yazarkən gözlərim önündə Qafqasyadan son posta ilə gəlmiş qəzetələr duruyor. Bu qəzetələrin ilk səhifəsində şu xəbərə təsadüf ediliyor:«Dün cümə ertəsi martın 19-nda gecə yarısında bir çox jandarma və polis məmurları Baküdə nəşr edilən bütün türk qəzetələrinin idarəxanələrini basaraq, kaffəsində [hamısını] təhriyyati-icra [axtarış icrası] ilə sahibi-imtiyaz və sərmühərrirlərini təhti-tövqifə [nəzarət altına] alıb həbsxanaya göndərdilər. Tövqif edilən zatlar şunlardır: «Yeni həqiqət» qəzetəsinin sahib-imtiyazı Oruc Orucov, sərmühərriri Məhəmmədsadıq Axundov, «Səda» qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri Haşım bəy Vəzirov, «Yeni füyuzat» məcmueyi-ədəbiyyəsinin sahibi Əlipaşa Hüseynzadə və sərmühərriri Əhməd Kamal bəy əfəndi, heyəti-təhririyyəsindən Cəfər Bünyadzadə, «Şəhabi-saqib» qəzetəsinin sahibi-imtiyazı və sərmühərriri Əliabbas Müznib Mütəllibzadə.

Ahmet Ağaoğlu10 min
Mirzə Fətəli Axundov

Mirzə Fətəli Axundov(1811 -1878)

Firidun bey Kocharli191146 min
Nizaminin tərcümeyi-halı

Çöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;

Mammad Amin Rasulzade194918 min
Şeytan fəhləsi

Kabla İmamverdi, neçə vaxtdır Meşedi Orucəli heç görükmür, bir ayrı ycrə-merə getməyibdir ki?Xeyr, kablayı, bankda isroqu var, neçə gündür əlləşir, diizolde bilmir, başı qanşıqdır.

Aligulu Gamgusar4 min
Dahi sənətkar

I**Molla Nəsrəddinin ölümü günündən on il keçir. Biz bu “ölüm” sözünü şərti olaraq işlədirik çünki o özündən sonra da əsrlər boyu yaşayan ölməz, dahi sənətkarlar qəbilindəndir.

Mehdi Huseyn194210 min
Əbdürrəhman bəy Fətəlibəylinin Milli Azərbaycan Qurultayındakı məruzəsi

Azərbaycanın Milli azadlıq hərəkatının rəhbəri kimi Mili Birliyin Azərbaycan Məclisi öz qarşısına aşağıdakı vəzifələr qoyur:1. Bolşevizmin məhv edilməsi və Qafqaz Birliyinə daxil olan müstəqil Azərbaycan dövlətinin yaradılması

Abdurrahman bey Fatalibeyli19432 min
Ağa Məsih Şirvani

Sədaq oxu kimi kəci-təb’lər tutmuş nəzər gahi,Olar kim, doğrudur, əgri qılınc tək yanda qalmışdır.

Salman Mumtaz7 min
Komediya kəmali-ləyaqətlə oyanıldı

Avrustun 3-də Salamovların evində Qarabağda axır vətdə erməni-müsəlman qirğınında yaralanmış müsəlmanların mənfəətinə müdiri-məsuk uçitel Əlicabbar Orucəliyev cənablari sair ziyalı cavanlar ilə mütəffiq N.Vəzirovun dörd pərdəli “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasın səhneyi-tamaşaya qoydular. Spektakl çıxarılacaq otaq vəsi və geniş zaldan ibarət idisə də, izdiham və qələbəlikdən insan adətən yerindən hərəkət edə bilməyirdi. Tamaşaçiların boylə cəm olduqlarında ancaq ianə etmək ən ümdə məqsədləri və saf-sadiq niyyətləri olduğu hər kəsin nasiyeyi-əhvalından müşahidə olunurdu. Ianə mətlub vəchilə olmuş idisə də, spektakl dəxi müntezəm bir surətde tərtib olunmuş vəz ilə hüzurə çıxarılıb, kəmali-ləyaqət ilə oynanıldı.Cəbrayılov cənabları (Hacı Qənbər) hansi ki, öz dövleti[ni] əla dərəcədə dərk etdiyindən hərəkati-səkənatında və ədayi-kəlimat və bəyənatında ziyadə məharət göstərib, cəmaəti qah-qah ilə güldürürdü. Cənab Məhəmmədov (Aşıq Vəli) aşıqlar tərzində gözəlcə saz çalıb, xoş avaz ilə oxumağında və məlahətli oynamağında cəmaəti valeh ediyordu. Ağalarbəy Hüseynbəyov (Əşrəf) özünü səhneyi-tamaşada asudə saxlamaqla müəssir dediyi ibrətamiz sözləri tamaşaçıları məbhut etmişdi. Mustafayev (Cəbi) öz rolunu nəhayət dərəcədə əzbərləmişdi. Danışığında, hərəkətində bir hiyləkar nökəri mücəssəm ediyordu.

Mirza Alakbar Sabir2 min
Biz ilə yevropalıların təfavütü

Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik. Odur ki, haman ağ və tərtəmiz paltarın üstə bir balaca ləkə düşəndə, o saat məlum eləyir, amma kirli paltarın üstünə min o qədər ləkə düşsün, məlum eləməz. O səbəbədəndir ki, məsələn, Firəngistanda birisi ildə, ayda bazarda bir güllə atanda qəzetlər bir həftə o barədə danışırlar, camaat böyük həyəcana düşür … halbuki bizim yerdə gündə beş-altı adam öldürülür, heç kəsin qulağına girmir….Ağappaq qap kimi təmiz bir pencəyin üstünə bir damcı mürəkkəb düşərsə, yarım verstdən məlum eylər, amma bizim bədənimizdəki çirkin paltarın üstünə bir kirvəngə mazut tök, bir addımdan məlum eləməz.

Uzeyir Hajibeyov1 min
Qafqaz İslam Ordusu

4 iyun 1918-ci ildə Batumda Osmanlı dövləti ilə Azərbaycan Cumhuriyyəti arasında imzalanan anlaşmaya görə Azərbaycan komandanlığının əmrinə göndərilən 5 Qafqaz tümeni (diviziyası) az sonra Azərbaycan qüvvələrini də özünə birləşdirərək “Qafqaz İslam Ordusu” adını almışdı. Avqust 1918-ci ildə 15 piyada tümeni (diviziyası) ilə dəstəklənən Qafqaz İslam Ordusu 15 Sentyabrda Bakını qızıl istiladan qurtararaq Azərbaycandakı tarixi vəzifəsini zəfərlə bitirdikdən sonra Dağıstanın qurtuluşuna başlamış; sentyabrın sonu ilə oktyabr ayının əvvəlində Dərbəndi, Temir-Xanı-Şuranı və Şamil Qalasını düşməndən təmizləyərək, Dağıstan sülhsevərləri ilə birlikdə Terek-Qala üzərinə getdiyi bir zamanda Osmanlı Dövlətinin müttəfiqləri ilə birlikdə məğlubiyyət xəbəri alınmışdı. Qafqaz İslam Ordusu Azərbaycanı və bütün Qafqazı xilas edəcəkdi.30.10.1918-ci il tarixli Mondros sülh müqaviləsinin 11-ci maddəsi bunu amir (əsasən) olduğu kimi 15-ci maddəsi də Bakını ingilis işğalına verirdi. Mondros sülh müqaviləsi daha imzalanmadan Tələt Paşanın yerini işğal edən Əhməd İzzət Paşanın verdiyi bir əmrə görə: “Brest-Litovsk müqaviləsi xaricində olaraq işğal edilən Qafqaz aksamının (ərazisinin) 24.10.1918-ci il tarixindən etibarən altı həftə ərzində xilası icra ediləcəkdir”.

Mirza Bala Mehmetzade6 min
Qafqasyada müəllimlər

Qafqasyanın ibtidai məktəblərində türkcə dərs verən müəllimlər təqribən üç qisməbölünür:

Huseyn Javid19105 min
Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım

Sizi deyib gəlmişəm, ey mənim Müsəlman kardaşlarım.O kəsləri deyib gəlmişəm ki, mənim sohbətimi xoşlamayıb, bəzi bəhanələrlə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılma qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vâcib əməllərə.

Jalil Mammadguluzadeh19061 min
Tənqid

"HİFZÜL-SƏHHƏT". DOKTOR KƏRİMBƏY SULTANOV(İdarənin təklifinə görə bu kitab tənqid olunur)

Nariman Narimanov6 min
Elm xəbərləri («Əkinçi», 18 noyabr 1875)

Almaniya qəzetlərində belə yazırlar ki, bir toyuq ömründə 600 yumurtayumurtdaya bilir. Əvvəlinci ili 20, ikinci ili 120, üçüncü ili 130, dördüncü ili 214

Asgar agha Gorani3 min
Hər gün bir az (29 avqust 1904)

Bu dəfə dilimizdən danışacağız. Rusiyada yaşayan müsəlmanların çoxusu türk və tatar qövminə mütəəlliqdir. Türk dili ki, bu qövmlər danışırlar, ümdə iki qismə bölünür.Biri şərqi, biri qərbi. Şərqi türkcəsi Çığatay dilidir ki, onun ilə Qazan türkcəsinin arasında fərq pək azdır. Hər ikisi bir dildir, bir ləhcədir. Ancaq aralarında bəzi kəlmələrin tələffüzü cüzi fərqi var. İsim və feillərin elalı isə ümumi olaraq hər iki ləhcədə birdir. Arada olan təfavüt o qədər cüzidir ki, ləhcənin birini danışan adam ömründə birinci dəfə olaraq ismi və feili o biri ləhcənin tələffüzü ilə eşidəndə o dəqiqə anlayır və heç bir çətinlik çəkmir.

Mammad agha Shahtakhtinski5 min
Molla Pənah "Vaqif" təxəllüsləri

Azərbaycan türklərinin məşhur və müqtədir şairi Molla Pənah hesab olunur ki, bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa onun haqqı vardır. Molla Pənah öz zamanında bir çox ülum və fünuna vaqif olduğu üçün özünə "Vaqif" təxəllüs ittixaz etmişdir.Müasirləri onun dərin elmini və mollalığını müşahidə edib haqqında demişdir: "Hər oxuyan Molla Pənah olmaz!" və bu istilah indi də Zaqafqaz türkləri arasında bir məsəli-məşhurdur. Milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şer və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsədə, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar.

Firidun bey Kocharli192548 min