Qiraətxanalar iki cürdür: bir cürü elə qiraətxanadır ki, çox yerlərdə açılır ki, camaat gəlib burada qəzet oxusun, bu qisim qiraətxanaya məhz qiraətxana deyilir.

Amma bir cür qiraətxanalar da var ki, adına zorrama qiraətxana deyirlər.

Məsəl gətirək:

Ağdaşda, məsələn, bir nəfər şəxs, məsələn, Ağarəhim Abdullayev “İrşad” gətirdib oxuyur. Poçtdan hələ qəzeti almamış qəssab Cəbrayıl kəsir qapının ağzını: hı, a balam, xeyirdirmi bu tezdən?

– Xeyir olmamış nədir, gəlmişəm ki, qəzet oxuyam.

– Balam, hələ poçtalyon qəzeti gətirməyib.

Bir saatın içində buraya otuz adam yığışır və hamı gözləyir ki, poçtdan “Yeni İrşad” gəlsin oxusunlar.

Uzaqdan baxanda seyr eləyirsən ki, əvvəla, müsəlman qardaşlarımız oxumağa nə dərəcədə hərisdirlər, ikinci də buna fəxr eləyirsən ki, ağdaşlı vətəndaşlarımız qənaətin yolunu biləndirlər. Cünki əgər bunlar italyan olsaydılar, insafa gəlib öz-özlərinə deyərdilər ki, “Çox əcəb, bu Ağarəhim ki, cibindən yeddi-səkkiz yüz manat göndərib qəzetə müştəri olur, yəqin ki, bu adam dəli-divanədir.

Hə, qoy görüm sözüm harda qaldı?

Onu istəyirdim deyəm ki, Ağdaşda və Ağdaşdan savayı çoxluca müsəlmanlar da çoxluca belə-belə zorakı qiraətxanalar var. Məsələn, sənin heç xəyalından da keçmirdi qiraətxana açasan. Amma görürsən poçtalyon gələnə yaxın qapıya otuz nəfər qəssab Cəbrayıl yığışıb.

Buna deyirlər: “Zorrama qiraətxana”.

Cırcırama

“Molla Nəsrəddin” 8 oktyabr 1911, №35

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İngilis mədəniyyəti

Keçən gün idarəmizə bir nəfər təbrizli gəldi və rəvayət etdi ki, bu il məhərrəmlik təziyəsində imam yolunda iyirmi üç nəfər adam aşura günü ağköynək olub elə şiddətlə başlarını yardılar ki, oradaca onları qan apardı və ölüb şəhid oldular.Bu xəbəri bizə gətirən təbrizli, sözlərini deyib qurtardıqdan sonra dərin bir fikrə getdi və sonra dedi:

2 min
Gözəl millət

Həmin bu gözəl millət – bizim müsəlmandır.O səbəbə ki, ölülərin qəbirdən çıxardıb Kərbəlaya göndərirlər; ondan ötrü göndərirlər ki, haman mərhumun ruhu cəhənnəmdən çıxıb behiştə getsin.

1 min
Lüğət

Axır vaxtlarda rus dilinə bir söz daxil olub ki, əsla heç rus sözü deyil. Bu söz “Provakatsiya” sözüdür.Bu sözün əvəzinə nə ruslar öz dilində bir ibarə yaradıb ortalığa qoya bildilər və nə də bizim türk dilində bu mənaya bir söz tapmaq olur. Hərçənd Adəmin cənnətdən qovulmağına şeytanat bais olub, amma bununla bərabər şeytanat, yaxud türkcə şeytanlıq “Provakatsiya” ibarəsinə əvəz ola bilməz.

1 min
Təfavütü yoxdur

Deyirlər – kooperativ xadimləri kooperativi yeyə-yeyə az qalıb ki, mayanı yeyib qurtarsınlar. Amma mən də deyirəm ki, təfavütü yoxdur və necə ki, bir söz danışan o danışdığı sözə sübut gətirməlidir, mən də sübut gətirməkdən boyun qaçırmıram və qaçırmaram da inşallah.Məsələn, Salyan qəzasında altı-yeddi kooperativi ikiayaqlı siçanlar elə bir iştaha ilə yeyiblər ki, yazıq kooperativlərin ancaq qabığı qalıbdır (məğzi yeyilib); qeyri kooperativlər də habelə.

2 min

Poems by other poets · Satire