Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4

Page 3 of 3 · 67%

4

Bir gün səhər tələsik evdən çıxdım. Birinci dərsim var idi. Sinifə girdim, danışmağa başladım. Tələbələrdən bəzilərinin mənə baxıb, gülümsədiyini duyurdum, lakin səbəbini anlaya bilmirdim.

Bəlkə, deyirdim, danışığıma gülürlər? Ya pis geyinmişəm, başımı daramamışam? Birtəhər dərsi başa verməyi, müəllim otağına qaçıb üstbaşıma, üz-gözümə yaxşıca diqqət eləməyi qət etdim.

Zəng çalındı, sinifdən çıxanda gülümsəyən tələbələrin biri məni yanladı:

– Müəllim, - dedi, - sizi qəzetə vurublar?

– Necə?

Mən sualı sual üstündən verdim:

– Nə vaxt, hansı qəzetdə, nə üçün yazıb, nə yazıb?

Tələbə qiraətxanaya yüyürüb, qəzeti gətirdi.

Mən, palto geyinmiş, üzü-gözü, alnı-başı açıq ciddi və fərəhli dayanmış bir qadının şəklini gördüm. Deyəsən, mən onu tanıyıram... Bu ki anamdır! Anamın cavan çağlarıdır... Anamın şəklini görüb, dördgözlə qəzeti oxumaq istədim.

Anam Moskvada, pambıqçı staxanovçular müşavirəsində iştirak edib danışmışdı. Qəzet yuxarı sütunlarda anamın danışığını başdan- ayağa çap etmişdi.

O, kəndimizin inkişafından, kolxozçuların yeni həyatından, mədəni yaşayışından danışırdı. Nitqinin bir yerini gətirib o məsələyə çıxarırdı ki, "Şəhərdə oturan bəzi yoldaşlar kənddən yaxşı xəbərdar deyillər. Beş-on il bundan qabaq kəndi necə qoyub gəliblərsə, indi də elə bilirlər. Amma onlar çox səhv edirlər. Biri götürək elə mənim oğlumu. Özü oxumuş, məktəb qurtarmış bir müəllimdir. Amma di gəl, kənddən əsla xəbəri yoxdur. Bu yaxınlarda mənə kağız yazıb. Bakıdan danışır, yenilikləri bir-bir sayır. Bunlar hamısı düz, öz yerində. Amma oğlumun səhvi ondadır ki, kənddəkiləri, mənim özümü az qala, avam hesab eləyir. Görün nə yazır?

Yazır ki: "Ana, şəhərdə Staxanov adlı bir igid çıxıb, belədir, filan... Əvvəla, yoldaşlara məlumdur ki, Staxanov, o igidin adı deyil, familiyasıdır. Həmin igidin adı Alekseydir. Qoy mənim oğlum bilmirsə, bilsin..."

Anam mətləbi bura yetirəndə mən onun nitqindən sonra zalda qopan alqış səslərini eşitdim, özümü həmin zalda hiss etdim. Budur, hamı dönüb mənə baxır, ana tənqidinin təsirini görmək istəyirlər.

"Sonra oğlum yazır: "Ana, səni arzulayıram, deyirəm, anam gələydi, evimdə oturub, rahatlanaydı, mənim xoşbəxt həyatımda iştirak edəydi." Əziz oğlum burada da yanılmışdır. Deyən ola, ay oğul, sən Bakıdan nə deyirsənsə, kəndimizi də elə bil! Gəl camaata, kolxozun işinə, məktəbinə, xəstəxanasına, kinosuna, doğum evinə, radiosuna, elektrik işığına bax! Bolluğa, firavanlığa bax! Həyətlərdə taxılı tığ vurmuşuq. Sən xəyal eləyirsən, 20-ci illərdir ki, kəndlinin uşağı şəhərə gedənəcən pianino nə olduğunu bilməsin? Xeyr, keçmiş ola! Kəndli qızlar indi dərs ilə bahəm neçə sənət öyrənirlər. Mən, kolxozda çalışan bir ana kimi, özümü oğlumdan da əskik saymıram. Sən xoşbəxtsən, mən də üstəlik! Öz xoşbəxtliyim sənə bərabər, oğlumunku da üstəlik! Oğlum tək öz xoşbəxtliyi ilə öyünürsə, mən oğlumun da xoşbəxtliyi ilə öyünürəm. Mən əslən kəndimizin, bütün xalqımızın xoşbəxtliyi ilə fəxr edirəm..."

Anamın faktlarla dolu sadə, mənalı nitqi məni sevindirdi. O yaşda qoca bir qadının böyük ictimai tribunalardan ləyaqətlə danışmasına hansı oğul sevinməz?

İndi mən, yarımçadralı, ağzıdualı, köhnə bir qadını yox, minlərlə kolxozçu adından danışan, yeni kəndin məşhur adamlarından sayılan hörmətli bir nümayəndə gözləyirdim. Onun qarşısına çıxmağa hazırlaşırdım. Onu staxanovçuların nümayəndələri də qarşılayırdı.

Yoldaşım mənə dedi:

– 15 il oxumusan, yenə qoca arvad sənin qələtini tutur! Bir yazanda fikirləş, başına vur, sonra yaz! Bunu uşaq da bilir ki, Staxanov o igidin familiyasıdır. Bunu bilməyə nə var ki?

Mən də ona dedim:

– Sən ki oxumuşdun, niyə səhvimi düzəltmədin?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ata

Zəng çalmandan sonra müəllimlər otağı boşaldı. Yalnız məktəbin 20 ildən bəri daimi gözətçisi olan Salman kişi peçə odun qoyur, səliqə-sahman eləyir, sonra da kürsünü altına çəkib divar dibində, xəritə qabağında əyləşir, hansı bir maraqlasa uzun müddət nəzərini xəritədən, bu əlvan kağızın qarışıq yazılarından, saysız-hesabsız cızıqlarından ayıra bilmir.Salman kişini bu vəziyyətdə görənlər ona coğrafiya müəllimi, yaxud dünya səyyahı deyərdilər. Əslində isə Salman kişinin heç ibtidai savadı da yoxdur. Ancaq məktəbdəki iş təcrübəsi sayəsində bəzi hərfləri və rəqəmləri tanımış, qol çəkməyi öyrənmişdir. Coğrafiyadan başı çıxmaz, hətta dünyanı "qarpız kimi" yumru sayan bir "dərsə" inanmazdı da.

19416 min
Qardaş qanı

Komandir ilə mənim aramda əyri bitmiş, sıx kölgəli bir qarağac var idi. Sanki, komandirin işarəsini görüm deyə, ağac gövdəsini sağa tərəf yayındırmışdı. Mən komandirimin düz, cəld uzanan və bir istiqamət göstərən əlini, xüsusilə hədəfə tutulmuş süngü kimi şax dayanan şəhadət barmağını gördüm, tez yola düzəldim.Biz yaralılar üçün gedirdik. Onları dərhal şose yoluna, sanitar maşınına gətirməli idik. Axtarış yerlərimiz isə başdan-ayağa atəş xətti idi. Yaralı axtardığımız hər addım torpağa hər dəqiqə ölüm yağırdı.

19415 min
Qorxu

Aşağıdan, ev idarəsinin balaca klubundan musiqi səsi gəlirdi. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu. Oxuyanı Rəşid səsindən tanıdı. İskəndər idi. Rəşid bildi ki, uşaqlar çalıb-oynamağa yığılıblar. Sevincdən bilmədi nə etsin. Tez papağını başına qoydu, atasına dedi:– Ata, İskəndərgil klubdadırlar, mən də gedirəm.

194110 min
Vuran əllər

– Sən cəbhəyə nə ilə kömək etmisən?Küçə ağzında asılmış plakatda bir oğlan uşağı, qızıl qalstuklu pioner, qarovul kimi dayanıb gələnə-gedənə bu sualı verir. Bəziləri bu suala xəyalında cavab verir, bəziləri öz vəzifələrini xatırlayır, özləri də pionerdən daha başqa şeylər eşitmək istəyirmiş kimi, dayanıb onun üzünə baxır.

5 min

Poems by other poets