Gətir, gətir, gətir ol kaseyi rəvanpərvər
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Getir, gətir, gətir ol kaseyi rəvanpərvər,Götür, götür, götür ol çəngi, bir nəva göstər.yerim, verim, verim öz canımı mən ol yarə,Öpüm, öpüm, öpüm ol ləli şəhdilə şəkkər.Ləbin, ləbin, ləbinizdən əqiq ləlilə mat,Dişin, dişin, dişinizdən bəhanəsiz gövhər.Sözün, sözün, sözünüzdən utandı qəndü nəbat,Üzün, üzün, üzünüzdən tutulu şəmsü qəmər.Məni, məni, məni qəmzə oxilə öldürdü!Sənin, sənin, sənin ol cadu gözlərin yeksər.Saçın, saçın, saçınızdan Xətayi müşk xəcil,Qaşın, qaşın, qaşınızdan bu kirpiyinlə cigər.Yəqin, yəqin, yəqinindən Nəsimiyə bilgil,Həbib, həbib, bu həbibdir ki, dildə şol söylər.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-getir-getir-getir-ol-kaseyi-revanperver
Use ← → keys to move, R for a random poem
More by this author
Nagəhan könlümə düşdü şurişi-qovğayi-eşq,Aqili divanə qıldı aqibət sevdayi-eşq.
Neylərəm mən bunda durub, çünki dildar andadırNeylərəm mən bunda durub, çünki dildar andadır,Sanma kim, anda dedigim Bursa ya Larandadır.
Nə süni-paki-yəzdansan, a dilbərNə sün’i-paki-yəzdansan, a dilbər?Müsəvvərsən, müənbərsən, münəvvər!
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canımNigarım, dilbərim, yarım, ənisim, munisim, canım,Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.