Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.
Şəhim, mahım, dilaramım, həyatım, dirligim, ruhim,Pənahım, məqsədim, meylim, muradım, sərvərim, xanım.
Qəmərçöhrəm, pəriruyim, zərifim, şuxumü şəngim,Səmənbuyim, güləndamım, səhisərvi-gülüstanım.
Lətifim, nazikim, xubim, həbibim, türfə məzbubim,Hicazım, Kə’bəvü Turim, behiştim, hurü rizvanım.
Gülüm, reyhanım, əşcarım, əbirim, ənbərim, udum,Dürüm, mirvaridim, kanım, əqiqim, lə’lü mərcanım.
Diləfruzum, vəfadarım, cigərsuzum, cəfakarım,Xudavəndim, cahandarım, əmirim, şahü sultanım.
Maqta — the closing couplet bearing the poet’s pen name. Çırağım, şəm’imü nurim, ziyamü yıldızım, şəmsim,Həzarım, bülbülüm, kəbkim, Nəsimiyi-xoşəlhanım!
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-nigarim-dilberim-yarim-enisim-munisim-canim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Əsiriyəm bir dilbərin ki, əgərXəncərlə şan-şan o yara məni,
Başına döndüyümUzun illər arzusun çəkdiyim,Getmə, bəri gəl, başına döndüyüm,
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Qəzəl: Tutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməzTutan könlündə məskən həsrəti-bağı-İrəm çəkməz,Görən bir gəz səni ömründə hərgiz dərdü-qəm çəkməz