Deyirlər xəstə qəlbiDəyişəcək həkimlər,İnsanın sinəsinəSüni ürək qoyacaq.Təbabət bu sahədəGöstərəcək çox hünər.İnsan nə səadətdən,Nə həyatdan doyacaq.Yalvarıram indidənO böyük həkimə mən:Qolumu iflic vursun,Mənə qol düzəlt, həkim;Başım, zehnim kütləşsəSən bir əlac et, həkim.Amandır bircə dəyməMənim xəstə ürəyimə...Ağrı bilməz süni ürək,Yaşada bilməzşirin-şirin xatirələri də:Biganədəir süni ürəkHəm sevincə, həm də dərdə...Ömrüm bir iplik kimiQırılsa da yarıda,Ürəyimə dəyməyin,Əzizdir ürəyiminmənə yaraları da.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets