The Treasury of Mysteries, chapter 1
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
بسمالله الرحمن الرحیمهست کلید در گنج حکیم
فاتحهٔ فکرت و ختم سخننام خدایست بر او ختم کن
پیشوجود همه آیندگانبیشبقای همه پایندگان
سابقهسالار جهان قدممرسلهپیوند گلوی قلم
پردهگشای فلک پردهدارپردگی پردهشناسان کار
مبدع هر چشمه که جودیش هستمخترع هرچه وجودیش هست
لعلطراز کمر آفتابحُلهگر خاک و حُلیبند آب
پرورشآموز درونپرورانروزبرآرندهٔ روزیخَوران
مهرهکش رشته باریک عقلروشنی دیده تاریک عقل
داغنهِ ناصیهداران پاکتاجدهِ تختنشینان خاک
خامکن پخته تدبیرهاعذر پذیرنده تقصیرها
شحنه غوغای هراسندگانچشمه تدبیر شناسندگان
اول و آخر به وجود و صفاتهست کن و نیست کن کاینات
با جبروتش که دو عالم کم استاول ما آخر ما یکدم است
کیست درین دیرگه دیرپایکو لمن الملک زند جز خدای
بود و نبود آنچه بلندست و پستباشد و این نیز نباشد که هست
پرورش آموختگان ازلمشکل این کار نکردند حل
کز ازلش علم چه دریاست اینتا ابدش ملک چه صحراست این
اول او اول بیابتداستآخر او آخر بیانتهاست
روضه ترکیب ترا حور ازوستنرگس بینای ترا نور ازوست
کشمکش هرچه در او زندگیستپیش خداوندی او بندگیست
هرچه جز او هست، بقاییش نیستاوست مقدس که فناییش نیست
منّت او راست هزار آستینبر کمر کوه و کلاه زمین
تا کرمش در تتق نور بودخار ز گل نی ز شکر دور بود
چون که به جودش کرم آباد شدبند وجود از عدم آزاد شد
در هوس این دو سه ویرانه دهکار فلک بود گره در گره
تا نگشاد این گره وهمسوززلف شب ایمن نشد از دست روز
چون گهر عقد فلک دانه کردجعد شب از گرد عدم شانه کرد
زین دو سه چنبر که بر افلاک زدهفت گره بر کمر خاک زد
کرد قبا جبه خورشید و ماهزین دو کلهوار سپید و سیاه
زهره میغ از دل دریا گشادچشمه خضر از لب خضرا گشاد
جام سحر در گل شبرنگ ریختجرعه آن در دهن سنگ ریخت
زآتش و آبی که بههم در شکستپیهِ دُر و گُردهٔ یاقوت بست
خون دل خاک ز بحران باددر جگر لعل جگرگون نهاد
باغ سخا را چو فلک تازه کردمرغ سخن را فلکآوازه کرد
نخل زبان را رطب نوش داددُر سخن را صدف گوش داد
پردهنشین کرد سر خواب راکسوت جان داد تن آب را
زلف زمین در بر عالم فکندخال (عصی) بر رخ آدم فکند
روی زر از صورت خواری بشستحیض گل از ابر بهاری بشست
زنگ هوا را به کواکب ستردجان صبا را به ریاحین سپرد
خون جهان در جگر گل گرفتنبض خرد در مجس دل گرفت
خنده به غمخوارگی لب کشاندزهره به خنیاگری شب نشاند
ناف شب از مشک فروشان اوستماه نو از حلقه به گوشان اوست
پای سخن را که درازست دستسنگ سراپردهٔ او سر شکست
وهم تهیپای بسی ره نبَشتهم ز درش دستتهی بازگشت
رای بسی رفت و ضمیرش نیافتدیده بسی جُست و نظیرش نیافت
عقل درآمد که طلب کردمشترک ادب بود، ادب کردمش
هر که فتاد از سر پرگار اوجمله چو ما هست طلبگار او
سدرهنشینان سوی او پر زدندعرشروان نیز همین در زدند
گر سرِ چرخ است، پر از طوق اوستور دلِ خاک است، پر از شوق اوست
زندهٔ نام جبروتش اَحدپایهٔ تخت ملکوتش ابد
خاص نوالش نفس خستگانپیک روانش قدم بستگان
دل که ز جان نسبت پاکی کندبر در او دعوی خاکی کند
رُستهٔ خاکِ درِ او دانهایستکز گل باغش ارم افسانهایست
خاک نظامی که به تایید اوستمزرعهٔ دانهٔ توحید اوست
Bismillah, uca tanrı həm rəhmandır, həm rəhim.Tanrı adı açardır xəznələrə, ey həkim!
Düşüncənin əvvəli, hər sözün odur sonu,Nə söyləsən, tanrının adilə qurtar onu.
Əzəllərdən əzəldir onun varlıq hikməti,Əbədlərdən əbəddir, çəkməz ədəm minnəti.
Odur qədim dünyanın sərkərdəsi, dayağı,Odur taxan qələmin boynuna boyunbağı.
Odur yaradan səxa çeşməsini dünyada,Varlığın ixtiraı bağlı o böyük ada.
O, örtülü fələkin pərdəsini açandır,Pərdə tanıyanlardan gizlənəndir, qaçandır.
Günəşin kəmərinə dağlarda o lə’l düzər,Mahir usta əlilə suyu, torpağı bəzər.
Yaşamaqçın həqiqət əhlinə pasibandır,Ruzi yeyənlər üçün yaxşı gün yaradandır.
Ağlın nazik sapına incidir, yaraşıqdır,Ağlın qaranlıq gözü yalnız ondan işıqdır.
Pak olan alınlara vurar səcdə nişanı,Padşahlara bəxş edər tacı, taxtı, cahanı.
Hər yetişmiş tədbiri əlilə pozan odur,Tövbə edən kəslərə mərhəmət yazan odur.
Davada qorxanlara o arxadır, haraydır,Onu tanıyanların tədbir çeşməsi çaydır.
Odur axır və əvvəl varlıq ilə sifətdə,Dünyanı var, yox edən tək odur həqiqətdə.
Ona iki aləmi qarşı qoymaq əbəsdir.Əvvəlimiz, sonumuz yanında bir nəfəsdir.
Həmişəlik var olan bu dairədə, düşün,Ondan başqa, kim deyir, „bu mülk mənimdir“ bu gün!
O vardı, hündür, alçaq, yer, göy yoxdu o zaman,O yenə var olacaq, yox olacaq var olan.
Ta əzəldən tərbiyə alanlar axıdıb tərBu işin müşkülünü heç aça bilmədilər.
Onun əzəli olan ürfanı bir dəryadır,Onun əbədi mülkü nə geniş bir səhradır!
Yaşayış sahibinin çəkişməsi, əlbəttə,Fərmanı altındadır bu geniş təbiətdə.
Bədənində cənnətin ruhu ondandır, ondan,Ondan açıq gözlərin işıq alır hər zaman.
Dağ ətəkləri, yerin papağı, axşam, səhər,Onun ehsanlarına əl qaldırıb şükr edər.
Kərəmi nur içində nəhan olan zamanlar.Qamışda yoxdu şəkər, çiçək şaxəsində xar.
Kərəm ilə səxası toplanarkən bir yerdə,Varlıq, yoxluq içində üzündən açdı pərdə.
Bu iki-üç xaraba kəndin arzusunda, bax,Düyü -düyün olmuşdu fələkin işi, ancaq,
Allah o düyünləri açmasaydı, qulaq as,Olardımı gecənin zülfü gündüzdən xilas?
Fələkdə ulduzları yaratdığı bir zamanGecənin saçlarına daraq çəkdi işıqdan.
İki-üç dairəni fələkdə vurub durdu,Yerlərin kəmərinə düz yeddi düyün vurdu.
O, ağ, qara dibadan geysin deyə həmişə,Aya bir cübbə verdi, bir don verdi günəşə.
Dənizin ürəyində bulut ödünü açdı,Göy çayır dodağından dirilik suyu saçdı.
Sübhün qızıl camını şəbrəngə tökən zamanAxıtdı daş ağzına bircə udum o sudan.
Tutuşdurarkən suyu bir yerdə bu od iləDürrün piyi, yaqutun böyrəyi gəldi ələ.
Yerin ürək qanını tufanlarilə yelinCiyərinə qoydu, bax, ciyər rəngli o lə’lin.
Təravət yetirərkən səxa bağına fələk,Fələk səsli eylədi söz quşunu sevərək,
Dilin xurma ağacı şirinlik aldı ondan,Bulağın sədəfinə söz dürrü verdi haman.
Gecə çəkdi yuxunun başına örtü, pərdə,Can paltarı geydirdi suya axdığı yerdə;
Aləmin üzərinə yerin saçını tökdü,Peyğəmbərin üzünə „əsa“ xalını çəkdi.
Qızılın üzərindən yudu bütün xarlığı,Bulutilə dəyişdi göyün rəngi, varlığı.
Ulduzlar silsin dedi, göydə qalmasın ləkə,Səhər təravətini verdi gülə, çiçəyə,
Dünyanın al qanını qoydu gül ciyərində,Ağlın vuran nəbzini ürəkdə, ən dərində.
Gülüşündən can alıb güldü hər qəmli dodaq,Zöhrəni bu gecəyə mütrüb tə’yin etdi, bax!
Onun üçün müşk satır gecə qoparıb haray,Qulaqları halqalı köləsidir təzə ay.
Əli çox uzun sözün ayağını, başını,Sındırdı, atıb ona çadırının daşını.
Çox yol gedəndən sonra ayağı yalın xəyalQapısından əli boş qayıtdı geri dərhal.
Xeyli yol gedib ürək bir tapmadı yerini,Göz arayıb görmədi onun bərabərini.
Ağıl gəldi ki: — Onu axtardım ən nəhayət,Ədəbsizlik eylədi, verdim cəza, əziyyət.
Mələklər ona doğru uçub qanad çalarlar,Göydə gəzənlər dəxi bu qapını çalarlar.
Çarxın başı da olsa, bağlıdır xaltasıyla,Torpağın qəlbi dolu, şövqilə, səfasıyla.
Cana nisbəti olan ürək ki, yoxdur pası,Qapısında eyləyər torpaqlıq iddiası.
Öylə gül yetişdirir qapısının torpağıYanında əfsanədir behiştin irəm bağı.
Nizaminin torpağı — onun əncamındadır,Tovhid toxumunaysə tarla məqamındadır.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-sirler-xezinesi-1
Use ← → keys to move, R for a random poem
More by this author
That day on which she pensive strayedAmidst the Grove of Palms — that day
Layla and Majnun, chapter 21Majnún, 'midst wild and solitude,His melancholy mood pursued;
Layla and Majnun, chapter 22Majnún had scarce his wish expressedEre rose in generous Noufal's breast
Layla and Majnun, chapter 23مجنون چو شنید بوی آزرمکرد از سر کین کمیت را گرم
Poems by other poets
Əla, ey sərvi-xoşrəftar, xoş qamət, xudahafiz!Edər məşuqdən aşiq, budur adət, xudahafiz!
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,