محمد کآفرینش هست خاکشهزاران آفرین بر جان پاکش

Böyük Məhəmmədə yüz min afərin!Xilqət torpağıdır, buna ol əmin.

چراغ‌افروزِ چشم اهلِ بینِشطرازِ کارگاه آفرینش

Həqiqət görənlər gözünə çıraq,Varlığa bir zinət özüdür ancaq.

سر و سرهنگ، میدان وفا راسپه‌سالار و سرخِیلْ انبیا را

Vəfa meydanının qabaqcılıdır,Nəbilərə rəhbər, başçıl sayılır.

مرقع‌بَرکشِ نَر‌ماده‌ای چندشفاعت‌خواهِ کار‌افتاده‌ای چند

Günahkar ümməti qoymaz xəcalət,Eyləyər onlara daim şəfaət.

ریاحین‌بخشِ باغ صبحگاهیکلید مخزن گنج الهی

Sübhün bağçasına ətirlər saçar,Odur hər ilahi xəznəyə açar.

یتیمان را نوازش در نسیمشاز آن‌جا نام شد دُرِّ یتیمش

Nə qədər yetimi sevdi, saxladı,"Dürri-yetim" qaldı odur ki, adı.

به معنی‌، کیمیا‌ی خاک آدمبه صورت توتیا‌ی چشم عالم

Mənada Adəmin can kimiyası,Surətdə aləmin göz tutiyası.

سرای شرع را چون چار حد بستبنا بر چار دیوار ابد بست

Şəriət evinə qoymuşdur dörd hədd,Qurmuş dörd divarla bir əbədiyyət.

ز شرعِ خود نبوّت را نَوی دادخرد را در پناهش پیروی داد

Nübüvvətə dini verdi yenilik,Köməkçisi oldu ağıl və bilik.

اساس شرع او ختم جهان استشریعت‌ها بدو منسوخ از آن است

Dini dünyada son din olduğundan,Başqa dinlər batil edildi haman.

جوانمردی رحیم و تند چون شیرزبانش گه کلید و گاه شمشیر

Rəhmli kişidir, qəzəbli bir şir,Dili gah açardır, gah da bir şəmşir.

ایاز‌ی خاص و از خاصان گزیدهز مسعودی به محمودی رسیده

O bütün xaslardan xas bir Ayazdır,Məsuddan Mahmuda çatmış bir xasdır.

خدایش تیغ نصرت داده در چنگکز آهن نقش داند بست بر سنگ

Bir nüsrət qılıncı haqq vermiş ona,Dəmirlə iz salır daşın bağrına.

به معجز، بدگمانان را خجل کردجهانی سنگ‌دل را تنگ‌دل کرد

Möcüzlə xar etdi bədgümanları,Sıxdı daş qəlbilə yaşayanları.

چو گل بر آبروی دوستان شادچو سرو از آب‌خورد عالم آزاد

Dostunu qarşılar gültək gülərək,Hər qeyddən azaddır dünya sərvitək.

فلک را داده سَروَش سبزپوشیعمامش باد را عنبرفروشی

Yaşıllıq almışdır sərvindən göylər,Əmmaməsi saçmış küləyə ənbər.

زده در موکب سلطان سوارشبه نوبت پنج نوبت چار یارش

Sultan ordusunda tutaraq qərar,Beş növbəyə durmuş dörd yoldaşı var.

سریر عرش را نعلین او تاجامینِ وحی و صاحب سِرِّ معراج

Göy taxtının tacı başmaqlarıdır,Vəhy ilə meracın sirri ondadır.

ز چاهی برده مهدی را به انجمز خاکی کرده دیوی را به مردم

Mehdini quyudan aparmış göyə,Divləri döndərmiş: - İnsan ol,- deyə.

خلیل از خیل‌تاشان سپاهشکلیم از چاوشان بارگاهش

Xəlil - qoşununun bir əsgəridir,Məsih - karvanının bir rəhbəridir.

به رنج و راحتش در کوه و غاریحرم ماری و محرم سوسماری

Dağda, mağarada yaşayan zamanMəhrəmləri oldu əqrəb və ilan.

گهی دندان به دست سنگ دادهگهی لب بر سرِ سنگی نهاده

Gah hədəf etmişdir dişini daşa,Gah dodağın etmiş daşla baş-başa.

لب و دندانْش از آن در سنگ زد چنگکه دارد لعل و گوهر جای در سنگ

"Daşlardan çıxar ləl və gövhər" deyə,Diş-dodağı dözdü daşa, zərbəyə.

سر دندان‌کنش را زیر چنبرفلک دندان‌کنان آورده بر در

Dişini tökəni zəlil edərək,Onun qapısına gətirdi fələk.

بصر در خواب و دل در استقامتزبانش امتی‌گو تا قیامت

Gözləri yuxuda, qəlbi sakitkən"Ümmətim!.." kəlməsi düşməz dilindən.

من آن تشنه‌لبِ غم‌ناکِ اویمکه او آب من و من خاک اویم

Mən bir təşnə insan, o bir sərin su,O, mənim suyumdur, mən onun tozu.

به خدمت کرده‌ام بسیار تقصیرچه تدبیر ای نبی‌الله، چه تدبیر‌؟

Xidmətdə çox qüsur üz vermiş mənə,Ey tanrı elçisi, çarə nədir, nə?

کنم درخواستی زان روضهٔ پاککه یک خواهش کنی در کار این خاک

O pak məzarından bir diləyim var:Haqdan mən yazığa sən ol duakar.

برآری دست از آن بُردِ یمانینمایی دست‌برد آن گه که دانی

Bilirəm xahişin qəbula keçər,Mənimçün əl qaldır, lütf et bir qədər.

کالهی بر نظامی کار بگشایز نفس کافر‌ش، زنار بگشای

De ki, Nizaminin, sən karını aç,Kafərin nəfsindən zünnarını aç!

دلش در مخزنِ آسایش آوربر آن بخشودنی، بخشایش آور

Rahatlıq evində qəlbini saxla,Bəxşişə layiqdir, onu bağışla!

اگر چه جرم او کوهِ گران استتو را دریای رحمت بی‌کران است

Ağır dağlar qədər varsa günahı,Rəhmət dənizin var, böyük ilahi!

بیآمرزش، روان‌آمرزی آخرخدای رایگان‌آمرزی آخر

Ruhunu bağışla, sən bəxş edənsən,Günahı əfv edən bir tanrısan sən!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets