بس کن ای جادو‌ی سخن پیوندسخن رفته چند گویی چند‌؟

چون گل از کام خود بر‌آر نفسکام تو عطر‌سای کام تو بس

آن‌چنان رفت عهد من ز نخستباکه؟ با آنکه عهد اوست درست

که‌آنچه گوینده دگر گفته‌ستما به می خوردنیم و او خفته‌ست

بازش اندیشه مال خود نکنمبد بوَد‌، بد خصال خود نکنم

تا توانم چو باد نوروزینکنم دعوی کهن‌دوزی

گرچه در شیوهٔ گهر سفتنشرط من نیست گفته واگفتن

لیک چون ره به گنج‌خانه یکی‌ستتیرها گر دو شد نشانه یکی‌ست

چون نباشد ز بازگفت گزیردانم انگیخت از پلاسْ حریر

دو مُطرّز به کیمیا‌ی سخنتازه کردند نقد‌های کهن

آن ز مس کرد نقره نقرهٔ خاصوین کند نقره را به زر خلاص

مس چو دیدی که نقره شد به عیارنقره گر زر شود شگفت مدار

عقد‌پیوند این سریر بلنداین چنین داد عقد را پیوند

که چو بهرام‌گور گشت آگاهزانچ بیگانه‌ای ربود کلاه

بر طلب کردن کلاه کیانکینه را در گشاد و بست میان

داد نُعمان مُنذِر‌ش یاریدر طلب کردن جهانداری

گنج از آن بیشتر که شاید گفتگوهر افزون از آنکه شاید سفت

لشگر انگیخت بیش از اندازهکینه‌ور تیز گشت و کین تازه

از یمن تا عَدَن ز روی شماردر هم افتاد صدهزار سوار

همه پولاد‌پوش و آهن‌خایکین‌کِش و دیوبند و قلعه‌گشا‌ی

هر یکی در نورد خود شیریقایم کشور‌ی به شمشیر‌ی

در روارو فتاد موکب شاهنم به ماهی رسید و گرد به ماه

ناله کرنا‌ی و رویین خُمدر جگر کرده زَهره‌ها را گم

کوس رویین بلند کرد آواززخمه بر کاسه ریخت کاسه‌نواز

کوه و صحرا ز بس نفیر و خروشبر طبق‌های آسمان زد جوش

لشگری بیشتر ز مور و ملخگرم‌کینه چو آتش دوزخ

پایگه‌جوی تخت شاه شدندوز یمن سوی تختگاه شدند

آگهی یافت تخت‌گیر جهانکه‌اژدها‌یی دگر گشاد دهان

بر زمین آمد آسمان را میلوز یمن سر برآورید سهیل

شیر نر پنجه برگشاد به زورتا کند خصم را چو گور به گور

تخت گیرد کلاه بستاندبنشیند غبار بنشاند

نامدار‌ان و موبد‌ان سپاههمه گرد آمدند بر در شاه

انجمن ساختند و رای زدندسرکشی را به پشت پای زدند

رای ایشان بدان کشید انجامکه نویسند نامه بر بهرام

هرچه فرمود عقل بنوشتندپوست ناکنده دانه را کشتند

کاتب نامه سخن پردازدر سخن داد شرح حال دراز

نامه چون شد نبشته پیچیدندرفتن راه را بسیچیدند

چون رسیدند و آمدند فرودشاه نو را زمانه داد درود

حاجبان دل به کارشان دادندبار جستند و بارشان دادند

داد بهرام شاه دستوریتا فراتر شوند ازان دوری

پیش رفتند با هزار هراسسجده بردند و داشتند سپاس

آن که‌زآن‌جمله گوی‌ِ دانش بُردبر سر نامه بوسه داد و سپرد

نامه را مهر برگشاد دبیرخواند بر شهریار کشور‌گیر

Ey söz düyümləyən cadugər, yetər,Bu keçmiş sözlərdən gəl vermə xəbər!

Gül kimi ağzından özün al nəfəs,Ondan ətirlənsin səndəki həvəs.

Bilin, bağlamışam mən əhdü-iqrarKimlə? O kəslə ki, əhdində durar.

O şey ki, başqalar demiş, yaratmış,Biz şərab içirik, onlarsa yatmış,

Öz malım etməyim keçirib ələ,Pis olar eyləsəm mən hərgah belə.

Uymayım köhnəni tikmək felinə,Cəhd edib oxşayım novruz yelinə.

Doğrudur, şərt qoydum: dürr saçmaqda mənOlmayım deyilmiş sözləri deyən,

Ancaq o xəznəyə sahmanımız bir,Oxumuz cütsə də, nişanımız bir.

Etməli olsam da bir sözü təkrar,Hünərim palazdan ipək yaradar.

Sözün kimyasıyla iki nəqş açanKöhnə nəqşi təzə elədi çoxdan.

Misi xas gümüşə döndərmiş biri,Bu isə gümüşdən alar saf zəri.

Misi saf gümüşə döndərən sənətGümüşdən zər alar, eyləmə heyrət!

Uca taxta incə bəzəklər verənBelə bəzək vurdu taxta yenidən.

Xəbər tutdu Bəhram, igid şahzadaKi, tac qismət olub yad oğlu yada.

Kəyanın tacını tələb etməkçinBağladı belini ürəyində kin.

Bəhram ölkəsinə şah olsun deyə,Münzər də, Neman da qalxdı köməyə.

Verdilər bol xəznə, hesabsız daş-qaş,Saysız ordusuyla o qaldırdı baş.

Düşmənlik alışdı coşdu sərasərYəməndən başlamış Ədənə qədər.

Atlanıb yürüdü yüz min süvari,Hamının poladdan möhkəm paltarı,

Hamı div bağlayan, qələ açandı,Nərəsi bir şirdi, hünər saçandı.

Hər biri ölkəyə bir istinadgah,Belə bir orduyla yürüş etdi şah.

Nəm gedib balığa, toz aya çatdı,Şeypurların səsi od parçalatdı.

Zərbələr yağdırdı sinc-təbil çalan,Gurultu ucaldı - nağaralardan.

Düşdü sinc-təbilin səsi dağ-daşa,Göyləri, yerləri gətirdi coşa.

Sayda qarışqadan artıqdı ləşgər,Yandı intiqamla ordu sərasər.

"Bəhramın olmalı öz tacı, yurdu"Deyə, yürüş etdi Yəməndən ordu.

Taxtı qəsb edənə yetişdi xəbərKi, açmış ağzını bir cavan əjdər.

Göy yerə enməyə göstərməkdə meyl.Başını qaldırmış Yəməndən Süheyl

Açmış pəncəsini o cavan aslanEləsin düşməni qanına qəltan.

Taxta çıxıb tacı əlinə alsın,Yatsın fitnə tozu, tamam yoxalsın.

Şahın sarayına ölkə rəhbəri:Möbidlər, ordunun sərkərdələri

Toplanıb rəy üçün hey yığın-yığın,Kəsdilər kökünü dikbaşlılığın.

Nəhayət o məclis yetdi əncama,Dedilər ki, məktub yazaq Bəhrama.

Hərə bir söz dedi, söhbət açdılar,Qabıqlı-qabıqlı toxum saçdılar.

Verdi sözlərinə katib min sığal,Açdı bu məktubda uzun şərhi-hal.

Məktubu bükdülər, iş başa gəldi,Elçilər kağızla yola düzəldi.

Elə ki, yetişib endilər atdan,Yeni şaha salam göndərdi dövran.

Şahın xadimləri alıb da rüsxət,Etdilər onlara olmazın hörmət.

Bəhram hüzuruna icazə verdi,Dərban bu uğurda xəbər gətirdi.

Min qorxuyla gəlib şah hüzuruna,Səcdəyə düşərək etdilər səna.

Ən ağıllı qasid irəli getdi,Məktubu öpərək, o təqdim etdi.

Katib möhrü qırıb açdı kağızı,Oxundu padşaha yazılan yazı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets