The Seven Beauties, chapter 7
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
ای پسر هان و هان تورا گفتمکه تو بیدار شو که من خفتم
چون گلِ باغ سرمدی داریمُهر نام محمدی داری
چون محمد شدی ز مسعودیبانگ برزن به کوس محمودی
سکه بر نقش نیکنامی بندکز بلندی رسی به چرخ بلند
تا من آنجا که شهربند شوماز بلندیات سربلند شوم
صحبتی جوی کز نکونامیدر تو آرد نکو سرانجامی
همنشینی که نافهبوی بوَدخوبتر زانکه یافهگوی بود
عیب ِ یک همنشست باشد و بسکهافکنَد نام زشت بر صد کس
از در افتادنِ شکاری خامصد دیگر در اوفتند به دام
زر فرو بردنِ یکی محتاجصد شکم را درید در ره ِ حاج
در چنین ره مخسب چون پیرانگِرد کن دامن از زبونگیران
تا بدین کاخ ِ باژگونهنوَردنفریبی چو زن که مردی مرد
رقص مَرکب مبین که رهوارستراه بین تا چگونه دشوارست
گر بر این ره پری چو باز سپیددیده بر راه دار چون خورشید
خاصه کاین راه راه نخچیر استآسمان با کمان و با تیر است
آهنت گرچه آهنیست نفیسراه سنگ است و سنگ مغناطیس
بار چندان بر این ستور آویزکه نمانَد بر این گریوهٔ تیز
چون رسد تنگییی ز دَور دو رنگراه بر دل فراخ دار نه تنگ
بس گره کاو کلید پنهانیستبس درشتی که در وی آسانیست
ای بسا خواب کاو بود دلگیرواصل آن دلخوشیست در تعبیر
گرچه پیکان غم جگردوز استدِرع صبر از برای این روز است
عهد خود با خدای محکمداردل ز دیگر علاقه بیغم دار
چون تو عهد خدای نشکستیعهده بر من کز این و آن رستی
گوهر نیک را ز عِقد مریزوآنکه بدگوهر است ازو بگریز
بدگهر با کسی وفا نکنداصل بد در خطا خطا نکند
اصل بد با تو چون شود مُعطی؟آن نخواندی که «اصلُ لایُخطی»؟
کژدم از راه آنکه بدگهرستماندنش عیب و کشتنش هنرست
هنر آموز کز هنرمندیدرگشایی کنی نه دربندی
هرکه ز آموختن ندارد ننگدُر برآرد ز آب و لعل از سنگ
وآنکه دانش نباشدش روزیننگ دارد ز دانشآموزی
ای بسا تیزطبع کاهلکوشکه شد از کاهلی سفالفروش
وای بسا کوردل که از تعلیمگشت قاضیالقضات هفت اقلیم
نیمخوردِ سگان ِ صیدْ سگالجز به تعلیم علم نیست حلال
سگ به دانش چو راسترشته شودآدمی شاید ار فرشته شود
خویشتن را چو خضر بازشناستا خوری آب زندگی به قیاس
آب حیوان نه آب حیوانستجان با عقل و عقل با جانست
جان چراغ است و عقل روغن اوعقل جان است و جان ما تن او
عقل با جان عطیه احدیستجان با عقل زنده ابدیست
حاصل این دو جز یکی نبودکان دو داری در این شکی نبود
تا از ین دو به آن یکی نرسیهیچکس را مگو که هیچ کسی
کان یکی یافتی دو را کم زنپای بر تارک دو عالم زن
از سه بگذر که محملی نه قویستاز دو هم در گذر که آن ثنویست
سر یک رشته گیر چون مرداندو رها کن سه را یکی گردان
تا ز ثالث ثلاثه جان نبریگوی وحدت بر آسمان نبری
زین دو چون کم شدی فسانه مگویچون یکی یافتی بهانه مجوی
تا بدین پایه دسترس باشدهرچ ازین بگذرد هوس باشد
تا جوانی و تندرستی هستآید اسباب هر مراد به دست
در سهی سرو چون شکست آیدمومیایی کجا به دست آید؟
تو که سرسبزی جهان داریره کنون رو که پای آن داری
در ره دین چو نی کمر بربندتا سرآمد شوی چو سرو بلند
من که سرسبزیام نماند چو بیدلاله زرد و بنفشه گشت سپید
باز ماندم ز ناتنومندیاز کلهداری و کمربندی
خدمتی مردوار میکردمراستی را کنون نه آن مردم
روزگارم گرفت و بست چنینعادت روزگار هست چنین
نافتاده شکسته بودم بالچون فتادم، چگونه باشد حال!
احمدک را که رخ نمونه بوَدآبله بر دمد چگونه بوَد!
گرچه طبعم ز سایه بر خطر استسایبانم شمایل هنر است
سایهای در جهان ندارد کسکاو بره نیست پیش و گرگ از پس
هیچکس ننگرم ز من تأمنکه نشد پیش دوست و پس دشمن
چون قفا دوستند مشتی خامروی خود در که آورم به سلام
گرچه برنایی از میان برخاستچه کنم حرص همچنان برجاست
تا تن سالخورده پیرتر استآز او آرزوپذیرتر است
گویی این سکه نقد ما داردیا همه کس خود این بلا دارد
بازدار ای دوا کن دل مناز زمینبوس هر کسی گل من
تیرگی چند؟ روشنایی دهچون شکستیام، مومیایی ده
آنچه زو خاطرم پریشان استبکن آسان که بر تو آسان است
گردنی دارم از رسن رستهمکنم زیر بار خس خسته
من که قانع شدم به دانه خویشسرورم چون صدف به خانه خویش
سروری به که یار من باشدسرپرستی چه کار من باشد؟!
شیر از آن پایه بزرگی یافتکه سر از طوق سرپرستی تافت
نانی از خوان خود دهی به کسانبه که حلوا خوری ز خوان خسان
صبح چون برکشید دشنه تیزچند خسبی نظامیا برخیز
کانِ نو کن ز رنج خویش مرنجباز کن بر جهانیان در گنج
Kim ki, ibrət dərsi alıb dünyadanSözün lövhəsini öyrənən zaman
Eləmiş sənəti elmə xəznədar,Dünyanın müşkülü belə açılar.
Hər alim evini süpürdü, atdı,Yuxusu gələndə yıxıldı yatdı.
Ey oğul, sənədir sözüm, yaxşı bax,Çünki mən yatıram, sənsə qal oyaq.
Adın xoş gülüdür əbədiyyətin,Məhəmməd isminin möhrüsən mətin.
Şöhrətin Məhəmməd, taleyin xoşdur,Mahmud təbilitək gurla gurhagur.
Adına yaxşılıq sikkəsini çal,Böyük şöhrət qazan, göylərə ucal!
Nə qədər ki, varam mən bu dustaqda,Yüksəl ki, yüksəlsin başın bu çağda.
Yaxşı ad qazanmış gözəl dost ara,Ondan yetişərsən ağ günə, vara.
Xoş ətirli bir dost yaxşıdır, inan,Hərzə-hərzə durub danışanlardan.
Bir dostun da olsa eyibli əgər,Yüzünün adına ləkə yetirər.
Ehtiyatsız bir quş düşərsə tora,Başqa yüz quşu da sürüklər ora.
Məkkənin yolunda uddu biri zər,Oğrular yüz qarın yırtdı sərasər.
Yatma, qoca kimi bu yolda, aman,Zalımdan özünü qoru hər zaman.
Tərsinə çevrilmiş bu eyvana sənQadıntək aldanma, əgər kişisən.
Baxma ki, oynaqlar atın, ayıq ol,Çətindir nə qədər, bax, getdiyin yol.
Bu yolda oxşasan bir ağ şahinə,Yollara gün kimi nəzər sal yenə,
Elə bir yola ki, ovlaq yoludur,Göylər kamanlıdır, göylər oxludur.
Dəmirin çox da ki, incədir, başdır,Getdiyin yol ki var, maqnitli daşdır.
Gücü çatan qədər yüklə heyvanı,Qayalıqda tələf olmasın canı.
İki rəng cahanın zülmünü unut,Könlünü daraltma, daim geniş tut.
Bir çox düyün var ki, açardır, açar,Bir çox çətinlik var, asanlıq saçar.
Qorxulu yuxular var ki, hər biriŞadlığa çatdırar, yozsan təbiri.
Ciyər yırtansa da qəmin peykanı,Bununçün yaranmış səbrin qalxanı.
Bağla öz əhdini pərvərdigara,Başqa duyğulardan çəkil kənara.
Tanrının əmrinə sən əməl eylə,Bil, üstün gələrsən hər bir müşkülə.
Nə qır yaxşı dürrü, nə boş yerə saç,Bədgövhər olanla yaxınlaşma, qaç.
Sanma bədgövhərin vardır vəfası,Xata işləməkdə olmaz xatası.
Zatı pis uzatsa yaxşılıq əli,"İtirməz əslini kimsə" məsəli
Yadından çıxmasın; görsən bədgövhərƏqrəbi öldür ki, yetirər zərər.
Hünər ardınca qoş, xalqa hünər saç,Qapılar bağlama, ər ol, qapı aç.
Hər kim öyrənməyi bilməyirsə ar,Sudan dürr, daşdan da gövhər çıxardar.
Ancaq, öyrənməyi ar bilən insanMəhrumdur dünyada bilik almaqdan.
Çox iti zehinlər yatan oldular,Axırda saxsı qab satan oldular.
Təlimə həvəskar çox korazehinİqlimlər qazısı olmadı? Deyin.
Tazının ağzına düşən hər şikar,Təlim gördüyüçün halal sayılar.
Təlimdar düzəldən itləri saptək,Olmazmı cəhd etsə bir insan mələk?
Tanı Xızır kimi özünü gəl sən,Dirilik suyundan bəlkə içəsən.
Düşünmə ki, bu su abi-heyvandır,Can ilə ağıldır, ağılla candır.
Onları bəxş edib bizə yaradan,Əbədi yaşarlar ağıl ilə can.
İkinin hasili bir olur ancaq,Səndəki o iki Birə varacaq.
Bu ikiylə birə çatmadan, demə,Adam olduğunu açıb heç kimə.
Birə çat, ikidən əl üz, sonra dur,Bu iki aləmi təpikləyib vur.
Üçə dəlil yoxdur, onu sevmə heç,Müşrük olma, uzaş, ikidən də keç.
Bir sapın ucundan tut kişilərtək,İkini at, üçü bir etmək gərək.
Üçdən əl çəkməsən, atmasan onu,Qaldırmazsan göyə vəhdət topunu.
İkidən qurtulsan, əfsanə gəzmə,Biri tapsan, artıq bəhanə gəzmə.
Yetsən bu payəyə, həll olar müşkül,Özgə şey nə ki var, yalnız həvəs bil.
Varkən sağlıq əldə, cavanlıq əldəSənindir hər murad, hər xoş əməl də.
O sərv qamətin sınsa nagəhan,Bir nəticə çıxmaz mumyaçılıqdan.
Dünyada keçməsin boş cavan çağın,Yol get ki, güclüdür indi ayağın.
Ney kimi bel bağla din yolunda gəl,Uca sərvə dönüb göylərə yüksəl.
Bax, mənim söyüdüm, quru budaqdır,Laləm sapsarıdır, bənövşəm ağdır,
Qocaldım, papağa əlim varmayır,Kəmər bağlamağa belim varmayır.
Mən ki iş görərdim kişilər sayaq,İndi bax, düşmüşəm, hər işdən qaçaq.
Ruzgar məni tutub, eylədi əsir,Zamanın adəti daim belədir.
Sındırdım düşmədən pərü balımı,İndi ki, düşmüşəm, sorma halımı.
Üzdən çox gözəldi bizim Əhmədək,Üstəlik də vurub çıxartdı çiçək.
Təbim kölgələrdən görsə də xətər,Salır kölgəsini üstümə hünər.
Sanma qocalarda həvəs yoxalır,Adam yaşadıqca arzu çoxalır.
Sanma ki, tək bizdə bu sikkə vardır,Hamı bu bəlaya çoxdan düçardır.
Ey xəstə könlümə eyləyən əlac,Etmə həyatını yetənə möhtac.
Yetər zülmətdəyəm! Aydınlıq hanı?Şikəst eləmisən, yetir mumyanı.
Qəlbimi doğrayan möhnəti hər anMənə asan etmək sənincin asan.
Boynum azad ikən, ey qadir qəni,Xəsisin yüküylə əzmə gəl məni.
Mənəm öz dənəmə qənaət edən,Sədəftək evimin ağasıyam mən.
Ağalıq layiqdir mənə dünyada,Baş əyə bilmərəm mən əsla yada...
Yaltaq zəncirini şir qırdı, atdı,Odur böyüklüyə dünyada çatdı.
Xəsis halvasını yeməkdənsə mənYaxşıdır paylasam öz çörəyimdən.
Kəskin qılıncını sıyırıb səhər,Nizami, qalx, oyan, yatdığın yetər!
Zəhmətdən incimə, yeni mədən aç!Bu dünya əhlinə xəzinələr saç!
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-yeddi-gozel-7
Use ← → keys to move, R for a random poem
More by this author
One day that with the light of lustrous dawn the heavens showed a clear and open brow:Auspicious day, bright, world-illumining — Chappy that day! remembered be that day! —
The Seven Beauties, chapter 26Bahram when bent on pleasure fixed his eyes upon the portraits of the seven brides.From the Shammasian temple, Saturday, he pitched his tent on the 'Abbasian rug.
The Seven Beauties, chapter 27On Sunday from dawn’s scales when filled with gold the mountain’s belt, the borders of the plain,(Bahram), a lamp illuming all the world, like the sun, under gold became concealed.
The Seven Beauties, chapter 28When Monday came the king unto the moon upraised his fortune-favoured canopy.In green resplendent he was bright and gay, like heavenly angels (all in) green (attired).
Poems by other poets
Ey yar vəfadarım,Didarına müştaqəm,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
GərəkKufə əhli bihəyalar şərmi, həyanı atdılar,Adəm olan yoldan çıxıb, bir-birin aldatdılar.