Nizaminin dünya ədəbiyyatındakı mövqeyi
Page 2 of 5 · 20%
An xoş soxəni ke vəqt-e təhvil,
Peyğəmbər-i əqlrast cəbril.
Çunu ney-e xameo por nəva kərd,
Noh daire-ra por əz nəva kərd.
Mən k-an honər-e homay didəm
Çun saye bebal-e u pəridəm.
(”O gözəl sözlü adam məram anladarkən, ağıl peyğəmbərinə Cəbraildir: qələmin neyini nəva ilə dolduran kimi doqquz təbəqəli göyləri öz avazı ilə doldurdu; mən onun Hümaya xas olan hünərini (sənətini) görcək, bir kölgə kimi uçub onun qanadına qondım”).
Hafizdən sonra İran klassiklərinin son ən böyük nümayəndəsi olan ustad Əbdürrəhman Cami də Nizamini öymüşdür. O, öz “Bəharistan” kitabında yazdığı “Nizami” maddəsində yazır: “Məlum olan fəzilət və kamalının şərh və izaha ehtiyacı yoxdur. “Pənc-gənc” adlı əsərinə o qədər gözəlliklər və incəliklər doldurmuşdur ki, bu şərəf heç kimə nəsib olmayıb. Belə bir əsər, bəlkə də bəşər qüdrətinin yetişdirə bilməyəcəyi bir xariqədir”.
Cami öz “Həft ourəngi”ndən “Leyli və Məcnun” poemasına yazdığı müqəddimədə əsərin mövzusunun birinci dəfə Nizami Gəncəvi və Xosrov Dəhləvi tərəfindən işləndiyinə işarət edərək, bu iki ustadın sənətdəki məharət və qüdrətlərini qüvvətli misralarla təsvir etdikdən və onların yürüşlərini iki qoşa köhlənin yürüşünə bənzətdikdən sonra deyir:
Mən niz be faqe naqə randəm,
Xorda be ğobareşan rəsandəm.
Gər mandəəm əz şomareşan pəs,
Bər çehre-ye mən ğobareşan pəs.
(“Mən də bu zəifliyimlə arxalarınca dəvəmi sürdüm və özümü onların tozlarına çatdırdım; onların özlərinə çata bilmədimsə də, üzümə qonan tozları mənə bəsdir”).
Fəxriyyələrinin birində Cami təbinin necə mövzu olursa-olsun qafiyələməyə qadir olduğunu, Gəncəvinin “Yeddi gözəl”indəki mənaları örnək tutub və onlardan ilham alması ilə izah edir:
Be bustane soxən morğe təb-e mən əksər,
Be həft beyd şəvəd nəğməsaz-o-qafiyəsənc.
Ço Həft-Peykər-e gəncur-e Gənce, hər qəzəli,
Nomuneist ze məna, nəhan dər-u səd gənc.
“Atəşkədə” təzkirəsinin sahibi Lütf-Əli bəyin (XVIII əsr) qənaətincə, Nizami sözün “ərkan-e ərbəə”sindən, yəni dörd dirəyindən biridir”.
Səfəvi dövrünün “Xəmsə” yazanlarından Ruh-ül-Əmin Nizamini təriflədiyi bir parçasında “Gəncəvinin məsnəviçilikdə yeganə ustad” olmadığından canlı bir surətdə bəhs etdikdən sonra sözlərini bu beytlərlə bitirir:
Dər xane nehofte meşk-e tatar,
Şagerd-e gəmineiiş Əttar.
Mehr əz nəfəsəş ço tab girəd,
Ferdousi əz-u hesab girəd.
Dər piş-e soxənvəriiş bican
Xaqani-ye can-e molk-e Şirvan.
Şoəra-ye Məlik beust dəmsaz
Xosrov ze ğolamiyəş sərəfraz.
(O, /Nizami/ öz evində tatar müşkü gizlədib, odur ki, Əttar onun ən kiçik şagirdidir, eşq onun üfürməsilə alışır, Firdovsi onun hüzurunda hesab verir. Onun şairliyi qarşısında Şirvan ölkəsinin canı olan Xaqani cansız qalır. Padşahın şairləri onunla canlanırlar. Xosrov onun /Nizaminin/ qulu olduğu üçün başı ucaldı).
Hilali Cığatai Nizami haqqında bu beytləri yazmışdır:
An gənc-e qohər ze kan-e Gənce,
Şəmşirzəban-o şirpənce.
Yəni şəh-e molk-e niknami,
Şahənşəh-e arefan Nizami.
Qoft an soxəni ke qoftəni bud,
Soft an qohəri ke softəni bud.
Hər quş ze nəzm-e ust por dor,
Hər pənce ze Pənc-gənc-e u por.
Gənc-e do cəhan nesar-e u bad,
Gəncur-e do koun yar-e u bad!
(O, Gəncə mədənindən çıxan bir gövhər xəzinəsidir; qılınc dilli, şirpəncəli bir adamdır. Yaxşılıq mülkünün sultanı, ariflərin şahənşahı Nizamidir. Söylənəcək sözü söyləmiş, deşiləcək inciləri deşmişdir. Hər qulaq onun nəzminin dürlərilə, hər ovuc isə onun “Beş xəzinə”sinin gövhərlərilə dolmuşdur. Hər iki dünyanın xəzinələri ona nisar, hər iki dünyanın xəzinədarı ona yar olsun!)
“Məcmə-ül-füsəha” təzkirəsinin müəllifi Rza-Quluxan Hidayətin fikrincə, “özünəməxsus bir üsulda (“fəndə”), yəni eşq məsnəvisi yazmaqda, ikinci bir Nizami yoxdur; bu həqiqəti hamı qəbul etmişdir; bu xüsusda onunla rəqabətə qalxmaq kafirlikdən başqa bir şey deyildir”.
Hicri 1313 ilə 1318-ci illər arasında Nizami külliyyatının tənqidi mətnini böyük sevgi və diqqətlə hazırlayıb çap edən Tehranda çıxan “Ərməğan” jurnalının müdiri, Vəhid Dəstgirdi, bu külliyyatın VII cildini təşkil edən “Gəncine-ye Nezami”yə yazdığı incələməsində Nizamini İran klassik ədəbiyyatının ən böyük şəxsiyyətlərilə müqayisə edərək, belə bir nəticəyə gəlir: ümumiyyətlə, əxlaq, təmizlik və möminlikdə həkim Nizami bütün dünya şairləri arasında misilsizdir. Nizaminin bütün əsərlərində bir dənə də olsa qaba sözə, ya çirkin ifadəyə rast gəlmirik. Eşqin paklığının və ülviliyinin təsvirində o, Firdovsidən üstündür, çünki Nizamidə erkəklərin sevişmələrindən və gənc oğlanların işvəkarlıqlarından bəhs edən tək bir misra yox ikən, Firdovsidə vardır.
V.Dəstgirdi Nizamini İran şerinin bütün ustadlarından yalnız Firdovsi və Sədi ilə qarşılaşdırır, çünki hər üç şair əruzun eyni bəhrində (mütəqariblə) məsnəvilər yazmışlar. Nizami əsərlərində yalnız Firdovsidən söz açmış və dəfələrlə onu yad etmişdir, çünki işlədiyi mövzular ilk dəfə Firdovsi tərəfindən toxunulmuş mövzulardır.
Bütün təvazökarlığına baxmayaraq, Nizaminin, bunu açıq büruzə verməsə də, əsərlərində özünü Firdovsidən üstün olduğuna işarə edən kinayələr vardır. Bunu V.Dəstgirdi də qeyd etmişdir. O, bu barədə olan kinayələrin birində Firdovsinin yaratdığı Şirin surətini gümüş, özününkünü qızıl, başqalarını isə mislə müqayisə edir. V.Dəstgirdi bu iddianın tamamilə həqiqətə uyğun olduğunu təsdiq edir. O yazır: “Nizaminin əsərlərini yüz dəfələrlə oxudum və hər dəfə oxuyarkən Daranın, Xosrov Pərvizin və Leylinin ölümlərini təsvir edən fəsilləri ağlamadan oxuya bilmədim”. Şerindəki bu əzəmət və təsiri şair özü də bilirdi. Bu haqda o deyir:
Kəsira ke dər gerye arəm ço ab,
Bexəndanəməş baz çon afetab!
(Yağış kimi ağlatdığım bir kəsi, yenə də sonra günəş kimi güldürürəm).
Sədi ilə qarşılaşdırılmağa gəlincə də, V.Dəstgirdi məsnəvidə Nizamini Sədidən üstün tutur. O yazır: “Sədi öz “Bustan”ında Nizaminin “Şərəfnamə” və “İqbalnamə”sindən son dərəcə faydalanmışdır. “Bustan”dakı mövzuların çoxu Nizaminin “İskəndənamə”sinin hər iki hissəsində mövcuddur. Bu bir-birinə bənzər mövzuların müqayisəsindən və incələnməsindən sonra sağlam zövqlü hər tənqidçi Nizamidəki ifadə qüdrətinin, tərkib sağlamlığının, sözlərdə bağlanma ahənginin və mənalardakı yaradıcılıq qüvvətinin Sədiyə nisbətən qat-qat yüksək olduğuna hökm verər”. V.Dəstgirdi Sədinin Nizamidən faydalanıb iqtibas etdiyi beytlərdən bir çox misal gətirmişdir.
Nizamilə farsca yazmış başqa böyük türk şairi Cəlaləddin Rumi arasındakı mənəvi münasibətlərə də toxunan V.Dəstgirdi yazır: “Ürfan və şer mülkünün ən böyük sultanı Mövlana Cəlaləddin Rumi həkim Nizaminin şerlərindən bir çox iqtibaslar etmişdir. Mövlana Ruminin məsnəvi və qəzəllərini incələyən fəzilətli alim Ağa Hadi Xairi yazır: “Mövlana Rumi Nizaminin “Divan”ını həmişə öz gözü önündə saxlardı və ondan mənaca böyük ölçüdə iqtibaslar edərdi. Halbuki, o, həkim Sənai Qəznəviyə böyük rəğbət bəsləməyinə baxmayaraq, ondan iqtibaslar etməmişdir. Bu iqtibaslar, şübhəsiz, Nizami şerinin bir fenomen olduğunu isbat edir, belə olmasaydı, Mövlana kimi bir ustadı özünə necə cəlb edə bilərdi?!”
Mövlana, Nizaminin bir qəzəlindən bu şəkildə istifadə etmişdir.
Cəvab anke Nezami be nəzm miquyəd
“Cəfa məkon ke cəfa şive-ye vəfa-ye to nist”.
(cavab odur ki, Nizami nəzm ilə demişdir: “Cəfa etmə, çünki cəfa sənin vəfadarlığına yaraşmır”).
XIV əsrdə yaşamış Qızıl Orda şairi, Qütb xana təqdim etdiyi və “Xosrov və Şirin”ini “Nizami balından bişirilmiş bir sevda halvasına” bənzədir:
“Nizami nəzmi yanlıq tüz sözünqi
Anın bilgut Xanınqa bu özünqi.
Qazan tək qaynab uş sevda bişurdum,
Nizami balıdın həlva bişurdum”.
XV əsrdə yaşamış Xarəzm şairi Heydər isə, öz “Məxzən-ül-əsrar”ını Nizami ruhundan aldığı can və fərmanla yazdığını söyləyir:
“Mən ki bişurdum bu ləziz aşnı
Şeyx Nizami dəlşdən can tapıb,
Şeyx Nizamidən alıb qaşnı:
Mənasıdan yarlıqü bürhan tapıb”.
Türküstanın böyük şairi Mir Əlişir Nəvai türk dilinin farsca ilə ölçüləcək dərəcədə yüksək bir ədəbiyyat dili olduğunu isbat etmək üçün yazdığı məsnəvilərinə:
“Xeyle fəsahət başının əfsəri
Gənc-e yəqin əfsərinin gövhəri”
- deyə heyranı olduğu Nizaminin əsərlərini özü üçün nümunə götürmüşdür. Nizamiyə qarşı bəslədiyi bu dərin təqdir və heyranlıq hissini Nəvainin bütün əsərlərində görürük.
Məsələn, “Məxzən-ül-əsrar”a bənzətdiyi “Heytər-ül-əbrar”dan bir parça:
Gəncə vətən, könqlü onun gəncxiz,
Xatiri gəncur, tili gəncriz.
Fikrəti-mizanı bulub Xəmsəsənc
“Xəmsə” demə, bəlkə degil, “Pənc-gənc”.
Kəffeyi-mizan ana əflak olub,
Batmani-taşı küreyi-xak olub.
Dartsa yüz qəri xirəd xazini,
Çəkməqay anin qöbidin azini.
Xanio-lətayifgə sözü münqəsim,
Dürri-məanigə dili müntəzim.
Nazim olub söz düri sirabıqa,
Çərx “Nizami” yazıb əlqabıqa.
Qəddəse sirrəhi-məanidir ol,
Ruhi-qüdüs feyzi nişanidir ol!
“Leyli və Məcnun”dan:
Bu tilbilə kimsə tapmadı kam
Cüzi gəncfişan-i Gəncəram.
Məna dirəmigə sikkəpərdaz,
Üzlət hərəmidə məhrəmi-raz.
Gəncineyi-fikri göhərayin
Ondan bəri haq olub göhərçin.
Vəhdət göhərin əlinə alqan,
Üzlət kəmərin beligə çalqan.
Məna hərəmin müsəxxir etgən
Söz bikrini qərq-i zivər etgən.
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-azerbaycan-sairi-nizami-nizaminin-dunya-edebiyyatindaki
Use ← → keys to move, R for a random poem
More by this author
Etibardan düşürdüm caduları sehrimlə,Mələkləri çaşdırdım sənətimlə, şerimlə..
Nizami sənətinin başlıca mənbəyiSözün şərti nəşədədir, nazdadırBu ikisi varsa, şer sazdadır.
Nizaminin yaradıcılığının təkamülüVar ikən “Məxzən ül-əsrar” əldəArayımmı müvəffəqlik həvəsdə?
Nizaminin həyata və insana münasibətiTanrıya müraciətindən:**Dünyanın özü də bunca gözəlkən,
Poems by other poets
Tanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Ömür keçdi, gün keçdi...Soruşdular:– Bir girvənkə daş ağır olar,
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd
EdəydiEy ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.