Ey söz, nola dersəm sənə xürşidi-səmavat,Səndən alıyor nurü ziyayi həmə zərrat.

Bir nuri-həqiqətsən, edib həq səni nazilKim, bəxş edəsən gülşəni-nasütə füyüzat.

Gəh lövhdə məstur, qələmdən gəhi cari,Gəh ərşdə misbah, gəhi fərşdə mişkat.

Sübhi-əzəlidən uzun etdikdə təcəlli,Məhv oldu cəhanı bürüyən dudeyi-zülmat.

Olmuş bütün ərbabi-nəzər aşiqi-hüsnün,Təniri-üsyan eyləyir ərbabi-kamalat.

Bir möhibəyi-lütfi xudasən ki, həqiqət,Insanlar edir zatın ilə fəxrü mübahat.

Sərkəşləri həp taətə məcbur ediyorsan,Təsiri-nüfüzünla ərir sanki cəmadat.

Ey bariqeyi-fikr, əya leməyi-vicdan!Ey şəşəeyi-qəlb, əya nuri-xəyalat!

Növi-bəşərə tərbiyə bəxş olduğun üçün -Gər dənsə səzadır sənə ümmul-ədəbiyyat.

Sənsən füsəhayi-ərəbı eylədin ilzam,Izhar bəlağətlə, əya nuri-məqamat.

Vicdanü dili-Sabirə nəşr eylə füyuzin,Ta kim, bitə könlündə rəyahini-kəmalat.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love