İkinci pərdə
Page 5 of 5 · 80%
Saleh
Əlbəttə, qaldım. Məni yerimdən tərpətmək olar? Bunları isə (ata-anasını göstərir), sənin sözünə baxmadıqlarına görə, işdən çıxardıram, kəndə yola salıram.
Şəlalə
Saleh, Allaha and olsun, onlara bu evdə güldən ağır söz deyən yoxdur. Özləri bekar dayana bilmirlər, məndən gizlin iş görürlər.
Güllü
Gəlinimiz bizi ovcunun içində saxlayır.
Bilal
Xəlvətə salıb ev süpürürük, xörək bişiririk, su daşıyırıq.
Şəlalə
Atacan, niyə yalan danışırsan?
Saleh
Dayan, dayan, Şəlalə, əsəblərini korlama. Bura bax, Bilal kişi, Güllü arvad, mənim arvadıma yalan dediyiniz üçün bu dəqiqə bu evi tərk eləyin. Gedin kəndə, traktor, kətmən, filan-feşman...
Şəlalə
Mənim ürəyim nazikdir, heç getmələrini istəmirəm.
Saleh
Yox, yox, sən mənə bunlardan min qat əzizsən... Razı olmaram ki, yüksək qadınlıq ruhun inciyə, (ata-anasına) bu dəqiqə yola düşün.
Güllü
Gəl, a kişi, oğulun da vəfası yox imiş! (Pıçıltı ilə) Sən də danış, etiraz elə.
Bilal
Birdən-birə ixtiyarın yoxdur. Gərək on beş günlük maaşımızı verəsən.
Saleh
Bir qəpik də verən deyiləm. Kəndə ayağınızla gedin. Düz demirəm, Şəlalə, başdan eləyək getsinlər də!..
Şəlalə
Düz deyirsən. Bu saat qayınana, qayınata əsri deyil.
Saleh
Bu qədər dözmüsən, bəsdir. Avropada gəlinlər toyun sabahı günü qayınana-qayınatalarını evdən qovurlar.
Şəlalə
Onlar həmişə mədəniyyətdə bizdən qabağa düşüblər.
Saleh
Hə, tez olun. Axşama qalarsınız, xoş gəldiniz.
Bilal ilə Güllü gedirlər.
Şəlalə
Pişik, gündüzlər, sən evdə olmayanda mən tək qalıb darıxacağam, axı.
Saleh
O barədə arxayın ol. İdarədən üç adam göndərəcəyəm ixtiyarına. Yalnız sənə xidmət eləyəcəklər. Biri anbarın müdiridir. Ürəyin hansı parçanı istədi, buyur, getsin gətirsin.
Şəlalə
Nə danışırsan? Mənim elə şeydən xoşum gəlir.
Saleh
Xalanı da sabahdan özümə müavin təyin eləyirəm.
Şəlalə
Bacarar?
Saleh
Göydə. Kapitalizmə nifrət edir. Niyə bacarmır?
Şəlalə
Lazım deyil, mən onu bu gün evimizdən qovmuşam.
Saleh
Əcəb eləmisən. Elə isə, daha özümə müavin təyin eləmirəm.
Şəlalə
Amma yazıqdır, qaytar yenə köhnə işinə.
Saleh
İstəyirsən, inpoşivə müdir göndərim. Paltarını yuxarıdan bir az aşağı, aşağıdan bir az da yuxarı tiksin.
Şəlalə
Dovşan! Məni sərimirsən ki?
Saleh
Səni sarıyanı fələk elə sarısın ki, qoskontrol da aça bilməsin.
Şəlalə
Gəl, səni öpüm.
Saleh
Acqarına? Həkimlər icazə vermir. Sən uzan, istirahət elə, mən gedim çörək alım. Qayıdım gəlim evi yığışdırım, xörəyi bişirim, hazır olanda çağırım, ye! Yeyəndə sənə əziyyət olmur ki?
Şəlalə
Nə olar, yedirərsən.
Saleh
O da baş üstə. Özünü qoru, canına-başına bax, hələlik xudahafiz. Setre bet alon, no! (Gedir)
Bu biri qapıdan Tərlan xanım içəri girir.
Şəlalə (qorxmuş)
Kimdir? Boy, qorxdum a... (Tərlan xanımı görüb təəccüblə) Bəs milis hanı?
Tərlan xanım
Kişi evdə yoxdur ki?
Şəlalə
Mən deməmişdim ayağın bir də bu evə dəyməsin?
Tərlan xanım
Bir söz soruşmağa gəlmişəm. Ərinin təzə qulluğu haradadır?
Şəlalə
Mənim ərimi heç kəs yerindən tərpədə bilməz. Yenə öz köhnə qulluğunda işləyir.
Tərlan xanım
Köhnə qulluğunda bu gündən ayrı adam işləyir.
Şəlalə
Bəs mənə dedi ki, öz yerimdə qalıram.
Tərlan xanım
Onda, deməli burada bir kələk var. Ehtiyatlı ol!
Şəlalə
Məni aldadırmış, hə? Yalan? Şəlaləyə yalan?! Dayan, bu vaxta kimi ona əl qaldırmamışam. Amma bu gün ayrı cürə eləyəcəyəm. Sən o divanın üstündə otur, o gələn kimi bu stulları onun başında sındırım, tamaşa elə.
Tərlan xanım
Hələ yox, gözlə. Bəlkə, təzə qulluğu əvvəlkindən də yaxşıdır.
Şəlalə
Eybi yoxdur, kişilər döyüldükcə yumşalırlar.
Qapının zəngi çalınır.
Tərlan xanım
Gəldi.
Şəlalə
Aç qapını, mən hazır dayanmışam.
Tərlan xanım qapıya gedir. Məktubla qayıdır.
Tərlan xanım
Məktub gətiriblər.
Şəlalə
Kimədir?
Tərlan xanım
Sənə.
Şəlalə
Ver görüm. (Məktubu açıb oxuyur, həyəcanla çığırır) Tez bir stəkan su.
Tərlan xanım
Az, əsmə ey!.. Nə var ki?
Şəlalə
Saleh qaçıb.
Tərlan xanım
Hara qaçıb?
Şəlalə
Cəhənnəmə. Nə bilim hara? Qaldım yenə ərsiz, dayaqsız.
Tərlan xanım
Ər tapılar. Dünyada gözəlliyə, şirin dilə aldanan axmaqlar o qədərdir ki, kefini pozma. Küçədə düşüb sınmış yumurtanın üstündə matəm nitqi açmazlar.
Şəlalə
Xala, bağışla, bayaq dediyim sözləri geri götürürəm, gəl, səni öpüm.
Tərlan xanım
Ele saj e entilejan... (Qucaqlaşırlar)
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-yalan-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Əsgər ağa konyak butulkasını boşaltdıqdan sonra qolunun bütün qüvvəti ilə bağın aşağısına doğru fırlatdı və ayağa durub donuq gözləri ilə o yan-bu yana baxmağa başladı.Uzaqdan qulağına incə bir zarıltı gəldi.
Çiy ətTədarük anbarının müdiri Məmməd Qəribov səhər tezdən yerindən qalxıb tələsik geyinməyə başladı.Arvadı təəccüb qaldı:
CeyranAtalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.
Altı qızın atasıArvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!
Poems by other poets
Müshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Külək, dəniz, gecə, ölüm və Səlim(Ballada)*Şəhər təzə salınırdı;
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı