عاشق قانینی وسمه لو قاشون نهان ایچر
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
عاشق قانینی وسمه لو قاشون نهان ایچرجوهرلو تیغ قین آرا، پیوسته قان ایچر
Aşiq qanını vəsməli qaşın nihan içər,Cöhərli tiğ qın ara peyvəstə qan içər.
ایتدوکجه قان کونوللری، اول لعل آتشینآب حیات تک قارا زلفون روان ایچر
Etdükcə qan könülləri ol ləli-atəşin,Abi-həyat tək qara zülfün rəvan içər.
تا بیر پیاله ویردی، کباب ایتدی باغریمیهر کیم اونون الیندن ایچر باده، قان ایچر
Ta bir piyalə verdi, kəbab etdi bağrımı,Hər kim onun əlindən içər badə, qan içər.
ایلر یاشار خضرکیمی هر کیم که گیجه لرگل اوزلی یار ایلن می چون ارغوان ایچر
İllər yaşar Xızr kimi hər kim ki, gecələr,Gül üzlü yar ilən meyi çün ərğavan içər.
آدم ندور که ایچمیه سون ویردو گون شرابویرسن اگر فرشته یی می، بی گمان ایچر
Adəm nədir ki, içməsün ol verdigin şərab,Versən əgər, firiştə meyi bigüman içər.
ساقی، منیله شیشه و پیمانه نیلسون؟دریانی بیر نفسده بوریگ روان ایچر
Saqi mənimlə şişei-peymanə neyləsün,Dəryani bir nəfəsdə bu rigi-rəvan içər.
تیزراق چکر ندامته بدمستلیک یولیهرکیم که یاخشی ایچسه شرابی، یامان ایچر
Tezraq çəkər nədamətə bədməstilik yolu,Hər kim ki, yaxşı içsə şərabi-yaman içər.
Maqta — the closing couplet bearing the poet’s pen name. صائب چو من، اونین سوزینی سالمادیم یرهبیلم نیچون منیم قانیمی آسمان ایچر
Maqta — the closing couplet bearing the poet’s pen name. Saib ki, mən onun sözünü yerə salmadım,Bilmən nəçün mənim qanımı asiman içər.
Kitabxana.az · https://kitabxana.az/en/works/saib-turki-qezel-6
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Bu dönüklər, vəfasızlar dünyası...Kimi kim bivəfa dünyada gördüm,*bivəfa gördüm.*
SevgilimGecə-gündüz həsrətini çəkməkdənGünümü eylədim qara, sevgilim,
The Treasury of Mysteries, chapter 18One night, the master, desiring the company of his own kind, spent a few moments with some of them.He found a night as beautiful as the dawn, and everything desired was present: