Contents
  1. Şəxslər
  2. Birinci səhnə
  3. İkinci səhnə
  4. Üçüncü səhnə

Page 3 of 3 · 67%

Üçüncü səhnə

Səhnə Baharı təsvir edir. Uzaqda yaşıl dağlar, yarpaqlanmış, çiçəklənmiş ağaclar gö-
rünür. Yer üzü lətif otlarla döşənmişdir. Sel şırıltı ilə dərədən axıb gedir. Bənövşə
ilə Qaranquş, Bülbül ilə Qızılgül, Qərənfil ilə Kəpənək, Arı
ilə Zanbaq, Sünbül ilə Bildirçin qol-qola, gülə-gülə, danışa-danışa içəri
girirlər. Uzaqdan musiqi səsi gəlir. Hamı o tərəfə baxır. Musiqinin ahənginə uyğun olaraq
əl-qol ata-ata o tərəfə gedirlər. GözəlBahar, alov rəngində atlazdan don geyinmiş,
çiçəklərdən başına bir çələng qoymuşdur. Alnında bir ulduz parıl-parıl yanır. Ətrafında
çiçəkləri təsvir edən uşaqlar. İrəlidə Durna, Qırqovul, Q u, Turac, Tovuz
əllərində tar, saz, kamança, dəf, zurna-balaban çala-çala gəlirlər. Günəş, Torpaq,
S u, Bulud, Külək Gözəl Baharın arxasında, gənc qız və oğlan şəklində əsgərvarı
yeriyirlər. Dəstə çəməndə dayanır. Çəmənin bir tərəfi qalın meşə, bir tərəfi uca, otlu,
çiçəkli, meşəli dağlar dərələrdir. Göydə Qövsi-qüzeh. Gözəl Bahar otlar, çiçəklərlə
bəzənmiş bir kötük üstündə oturur. Musiqi başlayır, hamı bir ağızdan oxuyur.

Hamı
Yaşa, yaşa ey Bahar!
Yaşa daim bəxtiyar!
Yer üzünün şən qızı
Doğdu bu gün qırmızı. Dağlar, çöllər, bayırlar, Bağlar, yaşıl çayırlar
Rəngə, nura büründü.
Bax, nə gözəl göründü! Dəyişdi hər bir varlıq,

Gülümsər bəxtiyarlıq.

Yaşa-yaşa ey Bahar!

Yaşa daim bəxtiyar!

Musiqi dayanır, Gözəl Bahar onları başı ilə alqışlayır.

Qaranquş

Söz verilir Bülbülə,

Şerimiz gəlsin dilə!

Bülbül
Dəyişdi təbiət, dəyişdi zaman,
Al-əlvan rənglərə büründü hər yan,
Günəşin saçları olunca tel-tel,
Al-yaşıl geyindi dərə, dağ, orman.
Uzaqdan gəlirdi sorağın, Bahar,
Yansın ölkəmizdə çırağın, Bahar!
Şənliklər gətirdin bu coşğun elə;
Sevinc, nəşə verdin tutqun könülə.
Şairəm, ürəyim şən-şən açılır
Baxdıqca bağçamda mən qızıl gülə.
Xoş gəldin, xoş gəldin! Görüşün xoşdur, Ölkəyə can verən gülüşün xoşdur!

Musiqi başlayır.

Qaranquş
Təbrik üçün söz verilir Günəşə.

Günəş
Mən günəşəm, gülümsəyən üzüm var, Qızıl telli saçlarım, şux gözüm var.
Göy üzündə qanadımı açınca,
Al şəfəqli tellərimi saçınca
Rəngdən-rəngə girər, gülər təbiət,
Hər bir yeri alar başqa lətafət.
Torpaqlara şəfəqlərim can verir,
Hər canlıya qüvvət verir, qan verir.
Bəsləməkdir işim əkin-bostanı,
Bağ-bağçanı, bir də çölü, ormanı.

Tez-tez tutur Bulud mənim üzümü,

Qoymur açım doyunca bir gözümü.

Xoş gəldin ey təbiətin şən qızı,

Yer üzünün parlaq ayı, ulduzu!

Qaranquş

Təbrik üçün söz verilir küləyə.

Külək
Mən küləyəm, olduqca qüvvətliyəm, Aslandan güclüyəm, həm dəhşətliyəm. Mən əsəndə qaçar sislər, dumanlar,
Titrər qabağımda dağlar, ormanlar.
Ağacların sinəsinə çökərəm,
Saraldaram yarpağını tökərəm,
Yumunca mən bu acıqlı gözümü,
Onda mənim heç görməyin üzümü.
Dənizlərdə qopardaram fırtına,
Səhraları çevirərəm tufana.
Bahara bu təbiətim saz deyil,
Ancaq ona xidmətlərim az deyil:
Ağacların düyməsini açaram,
Çiçəklərdən gözəl qoxu saçaram.
Qarı, buzu əridərəm hər yazda,
İsti əssəm can qoymaram ayazda.
Yavaş-yavaş əsdikcə meh hər səhər, Şən yamaclar, dağlar, çöllər gülümsər. Xoş gəldin, ey təbiətin şən qızı,
Yer üzünün parlaq ayı, ulduzu!

Qaranquş
Təbrik üçün söz verilir Torpağa.

Torpaq
Məni adım yerdir, daşam, torpağam, Bərk olsam da, ürəyi çox yumşağam. Yoxdur fitnə, fəsad təbiətimdə;
Başqa bir aləmim vardır mənim də.
İnsanların hər işinə yararam.
Hər bir kəsə mən yaxşılıq araram.
Ürəyimi hər yaz yarar insanlar,
Toxum səpər, məhsulunu toplayar,
Mən onları qucağımda yoxlaram,
Ana kimi böyüdərəm, saxlaram.
Ağaclarım verər dadlı meyvələr,
Bağçama kim girsə, çiçək, gül dərər.
Qiymətli mədənlər yatır qoynumda,
Analıq haqqı var mənim boynumda.
Qar-Borandan qışda donub solmuşdum, Acığımdan bulud kimi dolmuşdum.
Dərdli-dərdli gurultunu dinlərdim,
Buğlandıqca kədərimdən inlərdim.
Günəş, qızıl bahar çatdı dadıma,
Çatdı bu gün mənim də imdadıma.
Xoş gəldin, ey təbiətin şən qızı,
Yer üzünün parlaq ayı, ulduzu!

Qaranquş
Təbrik üçün söz verilir ağ Suya.

S u
Mənim adım Sudur, lətafətim var,
Xalq içində adım var, şöhrətim var.
Sadə üzlü, təmiz, gözəl bir qızam,
Yer üzündə parlayan bir ulduzam.
Mənim ulu babalarım buxardır,
Uşaqları Duman, Yağışdır, Qardır.
Mən də bir aləməm, ümmanlarım var, Saysız mədənlərim, heyvanlarım var. Üzərimdə hey gəmilər üzərlər,
Qanadlanıb tərlan kimi süzərlər.
Mən sularam bağları, bostanları, İşlədərəm bütün dəyirmanları.
Gücüm çoxaldıqca birdən coşaram,
Dalğalanıb sahilləri aşaram.
Dünya üzü məndən alır yaraşıq,
Qəlbə məndən gəlir fərəh və işıq.
Məndədir həm elektrik, həm ziya,
Hər şeydə möhtacdır mənə bu dünya. Qış gəlincə gələr şaxta, qar, ayaz,
Dondurar qəlbimi qorxmaz, utanmaz... Gözəl bahar fəryadıma yetişdi,
Buzlarımı günəş əritdi, deşdi.
İndi yenə şən-şən axıb gedərəm,
Yaşıl çöllər, çəmənlər seyr edərəm.
Xoş gəldin, ey təbiətin şən qızı,
Yer üzünün gözəl ayı, ulduzu!

Ceyran tələsik gəlir, hamı ona yol verir.

Ceyran

Yamaclara çəkilmişdir azğın qış,

Deyirlər ki, böyük ordu toplamış.

Qayaları, dağları etmiş səngər,

Qəmə batmış yamaclarda çəmənlər.

GözəlBahar

(acıqlı).

Boranlı qış hələ yaşar,

Bizdən uzaqlarda coşar,

Dağlara salmış vəlvələ,

Keçməlidir düşmən ələ!

Günəş
Oddan, alovdandır mənim üz-gözüm, Başdan-başa bir yanğınam mən özüm. Göydən onu işığımla yoxlaram,
Hər bir yerdə görsəm, tutub saxlaram.

Külək
Mən də qalxıb buludları yararam,
Hər bucağı, hər dərəni araram.
Dumanlardan dağlara çəksəm hasar, Mənim əlimdən o, canmı qurtarar?

Torpaq
Mən də otdan, gül-çiçəkdən, ağacdan, Dərələrdən, qayalardan, yamacdan
Ordu çəkib yol üzünü bağlaram,
Kəkliklərdən qaravullar saxlaram.
Əmr edərəm Qırqovula, Turaca,
Pusqu üçün yayılsınlar yamaca.
Sünbüllərdən atlı əsgər çəkərəm,
Hər tərəfdən qabağını kəsərəm.

S u
Mən də daşqın sellər kimi çağlaram, Yol izini hər tərəfdən bağlaram.

Bulud
Mən də, mən də...

GözəlBahar
Sən neylərsən, qalx söylə!

Bulud
Mən də verib yoldaşlarla əl-ələ,
Qışı tapıb şimşəyimi çaxaram,
Bir vuruşda yandıraram, yaxaram.

GözəlBahar
Aranmamış qalmasın bir dağ, dərə,
Tutun onu, tez gətirin hüzurə!

Dördü də gedir. Musiqi çalınmağa başlayır. Hamı bir ağızdan oxuyur.

Hamı

Yaşa, yaşa, Gözəl Bahar!

Yaşa, yaşa, hey bəxtiyar!

Sən bizlərə verdin həyat,

Səndən aldıq biz qol-qanad.

Sən bizə nəşə, can verdin,

Çox parlaq bir dövran verdin,

Yaşa, yaşa, Gözəl Bahar!

Yaşa, yaşa, hey bəxtiyar!

Onlar oxuyarkən Ceyran oynaya-oynaya Gözəl Bahara yanaşır, ayaqları üstünə
qalxaraq, əllərini onun dizlərinə qoyur. Gözəl Bahar əli ilə onun başını oxşayır. Hava
birdən-birə tutulur. Göy gurlayır. Şimşək oynayır. Hamı heyrətlə o tərəf-bu tərəfə
baxır. Qışı tutub gətirirlər. Qış Gözəl baharın qarşısında başını aşağı dikib durur.

GözəlBahar
Bircə mənə söylə görüm, a yassar,
Bağ-bağçamı neçin etdin tar-mar?
Saldın çölə, dağa, bağa şivəni,
Qar-buz ilə çulğaladın ölkəni.
Bilmirdinmi mənim də qüvvətim var?
Yer üzündə şanım var, şövkətim var?

Qış
Çox öyünmə, varın, şövkətin qalsın!..

GözəlBahar
Şimşək yaxsın bunu, İldırım çalsın!..

Qış
Səndən əskik deyildim mən, öyünmə,
Bu dövlətlə, bu cəlalla söyünmə!..
Qəhrəmanam, Qar-Borandan gücüm var, Bu çöl, dərə, yamaclarla öcüm var.

GözəlBahar
Sus, danışma, oyna Şimşək, bunu al,
Ey İldırım, qəhrəmanı tez ol çal!

İldırım gurlayır, şimşək oynayır. Qış yerə yıxılır.

GözəlBahar
Çal, çalğıçı, gənclərimiz oynasın!..
Don ürəklər bu şən gündə qaynasın!

Çalğıçılar bir oyun havası çalır.

GözəlBahar

(ayağa qalxaraq).
Dostlar, durun! Bəyənmədim mən bunu. Gəl oynayaq “Adı gözəl” oyunu.

Musiqi çalınır, Gözəl Bahar, Torpaq, Günəş, Su, Külək, Bulud bir tərəfdə, Qaranquş,
Bənövşə, Bülbül, Qızılgül, Zanbaq, Arı, Kəpənək, Qərənfil bir tərəfdə qarşı-qarşıya durur.

GözəlBahardəstəsi

Ağ tərək, ağ tərək,

Adı gözəl kim gərək?

Qaranquşdəstəsi

Bizə şən Bahar gərək.

GözəlBahardəstəsi

Tarnan gəlsin, zurnaynan?

Qaranquşdəstəsi

Həm tar, həm də zurnaynan!

Hamı əl çalır. Gözəl Bahar oynaya-oynaya gedib Qaranquş dəstəsinə qarışır. Birinci
dəstə yenə təkrar edir.

Birincidəstə

Ağ tərək, ağ tərək,

Adı gözəl kim gərək?

İkincidəstə

Bizə al Günəş gərək!

Birincidəstə

Saznan gəlsin, qavalnan?

İkincidəstə Həm saz, həm də qavalnan!

Günəş oynaya-oynaya gedib ikinci dəstəyə qarışır.

Birincidəstə Ağ tərək, ağ tərək,
Adı gözəl kim gərək?

İkincidəstə Bir sərin Bulud gərək!

Birincidəstə Saznan gəlsin, qavalnan?

İkincidəstə Həm saznan, həm qavalnan!

Bulud oynaya-oynaya ikinci dəstəyə qarışır.

Birincidəstə Ağ tərək, ağ tərək,
Adı gözəl kim gərək?

İkincidəstə Gurlayan Külək gərək!

Birincidəstə Tarnan gəlsin, qavalnan?

İkincidəstə Həm tar, həm qavalnan!

Külək oynaya-oynaya ikinci dəstəyə qarışır.

Birincidəstə Ağ tərək, ağ tərək,
Adı gözəl kim gərək?

İkincidəstə Anamız Torpaq gərək!

Birincidəstə Saznan gəlsin, zurnaynan?

İkincidəstə Həm saz, həm də zurnaynan!

Torpaq oynaya-oynaya onlara yaxınlaşanda öz dəstəsi bir-bir ona qarışır, bir-birinin
arxasınca ortada bir-iki dairə oynadıqdan sonra öz əvvəlki yerlərində sıra ilə durub əl
çalırlar. Bu dəfə qaranquş dəstəsi də onlara qarışır. Çalğı səsləri artır, şən havalar çalınır,
hamısı sevinc və fərəhlə oynayır, oxuyur.

Hamı
Yaşa, yaşa, gözəl Bahar!
Yaşa, yaşa hey bəxtiyar!
Ölkəmizin hər fəslində
Min fərəh var, min nəşə var...

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü fəsil

I1904-cü ilin əvvəlində başlamış rus-yapon müharibəsi bütün dəhşəti ilə davam etməkdə idi. Çar ordusunun Lyaodun və Mukden cəbhələrində məğlubiyyəti, Uzaq Şərqdə ən möhkəm qala sayılan Port-Arturun yaponlar tərəfindən alınması, xüsusən çarın böyük ümid bəslədiyi donanmanın Susima boğazında darmadağın edilməsi çar tərəfdarlarını böyük matəmə batırmışdı. Rus ordusunun göstərdiyi qəhrəmanlığa baxmayaraq, bu müharibə çar üsuli-idarəsinin nə qədər çürük və zəif olduğunu da ortaya çıxarmışdı.

193644 min
Dördüncü fəsil

IBazar günü idi. Araz yoldaşlarını görmək məqsədi ilə evdən çıxıb fəhlə qışlasına getmək istəyirdi. Əlisəfanın qapısı yanından keçərkən əncir ağacı yanında durmuş bir nəfər:

193623 min
Beşinci fəsil

ITətil və nümayişlər gündən-günə canlanırdı. Hər gün təşkilat rəhbərləri və fəal fəhlələr tutulub həbsə atılırdı. Buna baxmayaraq, tətil və nümayiş bütün qüvvəti ilə davam edirdi. Bir çox qurban verən bu davamlı tətil və nümayişlər yatdığı zaman Doqquz yanvar hadisəsi baş verdi. Proletariatın inqilab ruhu ilə coşub-daşdığı bir zamanda Putilov zavodundan bir neçə fəhlənin qovulması böyük bir həyəcan doğurdu. Peterburqda ümumi tətillər başlandı. Fəhlələr keşiş Qaponun məsləhəti ilə çarın yanına gedib özü ilə görüşməyə və dərdlərini açıb ona söyləməyə qərar verdilər. Yanvarın 9-da böyük bir izdihamla irəlidə xaç və çarın rəsmi Qış sarayına doğru hərəkət etdilər. Dəstə içindən bir neçə səs eşidildi:

193628 min
Altıncı fəsil

IIAslan bəy böyük oğlu Varisi realnıməktəbə vermişdi. Varis aşağı siniflərdə ciddi və istedadlı bir şagird kimi görünürdü. Böyüyüb yuxarı siniflərə keçdikcə ildən-ilə dəyişirdi. Yalnız təbiətində deyil, vücud və simasında belə bir dəyişiklik əmələ gəlmişdi. O çox ərköyün böyüdüyündən tərbiyəsi və əxlaqı gündən-günə pozulurdu. Öz sinif yoldaşı Şamilin və onun kimi yoxsul tələbələrin başına bir bəla kəsilmişdi. Onları hər gün, hər saat təhqir edir və bundan böyük zövq alırdı.

193635 min

Poems by other poets