بو گئجه من کی یاتا بیلمه ییرم باشی باشلاره قاتا بیلمه ییرم
بو گئجه من کی یاتا بیلمه ییرم باشی باشلاره قاتا بیلمه ییرم
Bu gecə mən ki yata bilməyirəm, başı başlara qata bilməyirəm
یوخوسوزلوق منی قاتلاشدیردی من بو نامرده باتا بیلمه ییرم
Yuxusuzluq məni qatlaşdırdı, mən bu namərdə bata bilməyirəm
اؤغری قالدیردی قازان – قابلامامی کیم ال آتسین حاجاتا؟ بیلمه ییرم
Oğru qaldırdı qazan-qabımı, kim əl atsın hacata? Bilməyirəm
اؤغرونون کیم یئتیریب اؤمباسین ازیخلیا بیر زؤپاتا بیلمه ییرم!
Oğrunun kim yetirib ömbəsin əzikliyə bir zöpata bilməyirəm!
آیلیق آلدوق ، ا وئردیک گئتدی نه یئیه ک ، ای وای آتا ! بیلمه ییرم
Aylıq aldıq, a verdik getdi, nə yeyək, ay vay ata! Bilməyirəm
ده ده میز یؤخ ، کیمه چکمک باراتی کیمی سالماخ باراتا بیلمه ییرم
Dədəmiz yox, kimə çəkmək, baratı kimi salmaq barata bilməyirəm
جیب ده قالمیشسادا بیر بئش ماناتیم نه آلیم بئش ماناتا بیلمه ییرم
Cibdə qalmışsa da bir beş manatım, nə alım beş manata bilməyirəm
ده لی شیطان دئیری : یؤرقانی سات! قیشدی ، یؤرغاندی ، ساتا بیلمه ییرم!!
Dəli şeytan deyir: Yorğanı sat! Qışdı, yorğandı, sata bilməyirəm!!
قار دئییر گل کیشی سن پامبوغ آتاق کیشی ! من پامبوغ آتا بیلمه ییرم!!
Qar deyir: Gəl, kişi, sən pambıq ataq, kişi! Mən pambıq ata bilməyirəm!!
هی گلیب ، مندن آلیرلار شتلی کیم سالیب مازی ماتا بیلمه ییرم؟
Hey gəlib, məndən alırlar şətli, kim salıb mazı mata bilməyirəm?
زندگانلیق قؤراتا بیر شیئی اؤلوب َیه لازم قؤراتا بیلمه ییرم
Zindəganlıq qorata, bir şeyi ölüb yə lazım qorata bilməyirəm
بیر سوموک دور کی بؤغازلاردا قالیب کیم آتا یاکیم اوتا بیلمه ییرم
Bir sümükdür ki, boğazlarda qalıb, kim ata ya kim uta bilməyirəm
قار- یاغیشدا بونه قؤندوم – کؤشدوم؟ نیه دوشدوک بو اؤتا بیلمه ییرم
Qar-yağışda bu nə qondum – köşdüm? Niyə düşdük bu ötə bilməyirəm
بو کتابلار ئؤزی بیر آت یوکودور بونی کیم چاتسین آتا بیلمه ییرم
Bu kitablar özü bir at yüküdür, bunu kim çatsın ata bilməyirəm
چای سیزام تاپمیورام چای پاکاتین نه گلیب بو پاکاتات بیلمه ییرم
Çay süzəm, tapmıyoram çay paketin, nə gəlib bu pakatat bilməyirəm
هی سؤیوقدان قورولوب بیگ دورورام کیمدی یئنگه - موشاتا بیلمه ییرم
Hey soyuqdan qurulub bic dururam, kimdi yengə-muşata bilməyirəm
ال کی دوتمور یازام ، ال تاپاقدا قلمه یا داواتا ، بیلمه ییرم
Əl ki tutmur, yazam, əl tapaqda qələmə ya dəvata, bilməyirəm
گئجه میز صبح اؤلاجاق یا هله وار؟ باخیرام هی ساعاتا بیلمه ییرم
Gecəmiz sübh olacaq ya hələ var? Baxıram hey saata bilməyirəm
قوش اوچار ، آمما نه درمان ائله مک؟ داش ده گن قؤل قاناتا بیلمه ییرم
Quş uçar, amma nə dərman eləmək? Daş dəyən qol-qanata bilməyirəm
آی قاداشلار ! منه بیر ال یئتیرون یوک آغیرلاشدی چاتا بیلمه ییرم
Ay qadaşlar! Mənə bir əl yetirin, yük ağırlaşdı, çata bilməyirəm
طبع شعریم دایانیب ، سؤنجوق آتیر من ده کی سؤنجوق آتا بیلمه ییرم
Təbi şeirim dayanıb, söncük atır, mən də ki söncük ata bilməyirəm
Kitabxana.az · https://kitabxana.az/en/works/sehriyar-turkce-seir-6
Use ← → keys to move, R for a random poem