Vardı bir qaziyi-bülənd-cənab,Əzqəza bir gecə oxurdu kitab.Gördü qazı yazıbdılar hikmət –Kim, ola kimsədə bu iki sifət:Başı kiçik ola, uzun rişi,Olur əhməq zəmanədə o kişi.Dedi, ey vay kim, bu iki sifətTapılır məndə, bəs zəhi xiclət!O gecə pərt oldu əhvali,Sübh şagirdin eylədi hali.Dedi şagird: – Ey imami-mübin,Olma bu fikrdən əbəs qəmgin.Lilləhül-həmd kim, kəmalın var,Gözəl adabü yaxşı halın var.Bu deyil şərü fiqh məsələsi,Gəlib əhli-qiyafənin həvəsi,Çox yazıblar bu növ əhvalat,Etibarı nədir onun, heyhat!Dəfeyi-sani, ol rəfi-cənabOxuyurdu gecə evində kitab.Yenə ol sərgüzəştə oldu düçar.Dedi kim, xeyr, məndə var asar.Etdi şagird vəsfimi zahir,Mənə verdi təsəlliyi-xatir.Məndə əhməqliyin əlaməti var,Bəs gərək çarəsin tapam naçar.Başa əmmaməni böyük qoyaram,Olu başım böyük, tutar aram.Kəsərəm nisfini çü saqqalık,Rəf olur qüssəsi bu əhvalın.Olmasam mən əgər uzunsaqqal,Məni əhməq deməzlər əhli-kəmal.Bir vəcəb tutdu rişin ol mürtaz,Axtarıb evdə tapmadı miqraz.Tutdu rişin çirağa, odlandı,Yandı saqqalı, həm əli yandı.Qoydu əldən təmam saqqalı,Sərbəsər yandı həm rüxi-alı.Həmi yandırdı saqqalın, həm üzün,Alov az qaldı kim, çıxarda gözün.Yerbəyerdən üzü tuluqlandı,Özünün axmaq olduğun qandı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets