Balasqelin yolu dolu atlıdır,
Hər üzləşmə on min ölüm deməkdir.
Bulud-bulud yaraqlıdır, sürünür,
Hər üzləşmə on min ölüm deməkdir.

Üç təkərli, dörd təkərli qoşqular,
Qoşa atlı, altı atlı daşqalar,
Minellilər, Balasqlaşan başqalar,
Sıyrılmadır çox qılınclar, şoşqalar,
Yüzər, Düzər, Qızod, Odər-qalınclar,
Qalınclardan törəmələr, qorunclar,
Minellidən üz döndərən qorxunclar,
Hər üzləşmə on min ölüm deməkdir.

Bu toplumlar gəlir qanlı duruşa,
Mindiyarla, Minelliylə vuruşa,
Göydə oxlar bənzər seyrək yağışa,
Hər üzləşmə on min ölüm deməkdir.

Balaşq bilir, Balasqelin dilini,
Yey tanıyır elatını, elini,
Yaşayıbdır orda otuz ilini,
Hər üzləşmə on min ölüm deməkdir.

İki toplum bir-birinə dirənir,

Öncə çıxır ortalığa Eldəbir,
Deyir: – Gəlsin qabağıma, kim gəlir!
Balasqelcə Balaşq neçə söz deyir,
Deyir: – Balasqeldən gələn Minelli,
Anlamadan bizə qarşı gələli,
Biliniz ki, biz qardaşıq sizinlə,
Qılınc tutub, vuruşmayın bizimlə,
Minellidən törəyənlər, ayılın!
Dədələriz Mindiyarlı sayılır,
Kökləriniz bu soy üstə qoyulub,
Hər üzləşmə on min ölüm deməkdir.

Bizuc, topbuz, qılınc, tutaq toqquşur,
Minellilər bir-biriylə tapışır,
Balasqelin toplumundan qopuşur,
Mindiyarın başrağından yapışır,
Hər üzləşmə yüz min ölüm deməkdir.

Tunqər qovur ortalığa Çil-çili,
Çil-çil bilir döyüşlərdə hər dili,
Qoşaağız qılınc ilə təkəlli,
Bir vurumla yerdə qalır beş ölü,
Hər üzləşmə yüz min ölüm deməkdir.


Mindiyarın səsləncləri gurlayır,
Hər yürüşdə başraq əl-əl öndədir,
Balasqelin öncülləri qırılır,
Hər yürüşdə başraq əl-əl öndədir.

Kimdir geri üz tutaraq qaçanlar,
Kimdir qanlı torpaqları qucanlar,
Kimdir yeni,yeni yollar açanlar,
Kimdir dillə özgəsini sancanlar,
Hər yürüşdə başraq əl-əl öndədir.

Haradasan,ahay, Balaşq yüzbaşı,
Axtar gətir həndəvərə Daryaşı,
O başlayıb bu on günlük savaşı,
Hər yürüşdə başraq əl-əl öndədir.

Ölənləri, qazın, yüz-yüz basdırın,
Yaralıya su çatdırın, susdurun,
Sonevləri tutuqlara qazdırın,
Quzqunları qovalayın, azdırın,
Kimlər kimdir, bir bucağa yazdırın,

Hər yürüşdə başraq əl-əl öndədir.

Daryaş yoxdur, hara qaçıb, yoxlayın,
Atlı salın, yalı, yolu bağlayın,
Yaralının yarasını dağlayın,
Innən belə ayıqlığı saxlayın,
Hər yürüşdə başraq əl-əl öndədir.

Tunqun hər bir göstərişi acıqlı,
İçi,çölü, gözü,könlü yanıqlı,
Tutuq düşən yaraqlılar qılıqlı,
Hər yürüşdə başraq əl-əl öndədir.

Kumar deyir: – Balasqeli çapax biz,
O Daryaşı orda gəzib tapaq biz,
Üzə çıxaq, Balasqeldən qabaq biz,

Yerlərini bir-bir alaq, tutaq biz,
Qarış-qarış Mindiyara qataq biz,
Hər yürüşdə başraq əl-əl öndədir.

Balaşq deyir: – Yerim-yurdum ordadır,
Doğma anam, yoxsul atam dardadır,
Bir qardaşım qalıb orda, xırdadır,
Hər yürüşdə başraq əl-əl öndədir.


“Anam-bacım, qız qardaşım, Elçiçək,
Tanrısoydur sevgi; sevil, tanrılaş.
Sən də mənim tanrım oldun sevgilim,
Tanrısoydur sevgi; sevil, tanrılaş.

Heç bilmədim oğlum oldu, ya qızım,
Heç bilmədim necələşdin sən özün,
Tanrı boyda bir sevgimiz var bizim,
Tanrısoydur sevgi; sevil, tanrılaş.

Biləcəksən niyə dönüb gəlmədim,
Körpəmizi gəlib görə bilmədim,
Sənlə güldüm, sənsiz, gülüm, gülmədim,
Tanrısoydur sevgi; sevil, tanrılaş.

Gec gəlsəm də, gülüm, acıq saxlama,
Yaraşığa, vara könül bağlama,
Qız sevgili-sevgisini yoxlamaz,
Ayrı düşsə ayrılıqdan laxlamaz,
Sən yerincsən, yerinc acıq saxlamaz,
Tanrısoydur sevgi; sevil, tanrılaş.

Körpəmizi dindir mənim yerimdə,
Gec dönsəm də sən incimə ərindən,
Mən sevirəm səni lap-lap dərindən,
Tanrısoydur sevgi; sev, öl tanrılaş.”

Tunqər düşdü çil-çil atı yalladı,
Yazı yazdı, göyərçinlə yolladı,
Göyərçini özü göyə tolladı,
Öz özündən küsdü, dodaq salladı,
Tanrısoydur sevgi; sevil, tanrılaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love