Bayram oldu
Bayram oldu, heç bilmirəm neyləyim…Bizim evdə dolu çuval da yoxdur.Dügüylə yağ hamı çoxdan tükənmişƏt heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,Bir söz desəm, dəxi qoymazlar kəndə.Xalq batıb noğula, şəkərə, qəndə,Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,Nə evdə bir sahibcamalımız var.Vaqif, öyünmə ki, kamalımız var,Allaha şükür ki, kamal da yoxdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayram-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm,Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.
Təzkireyi-NəvvabQarabağ içrə bir şair kəlimüllahi-Musadır,Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.
Təzkireyi-NəvvabHər səhər bad əsər ki, arizi-cananə dəyər,Toxunar sərvə gəhi, gah gülüstanə dəyər.
Düşərmi?Salmaq nəzərindən məni cananə düşərmi?Tərk eyləmək öz qulunu sultanə düşərmi?